Qacar Zeyid - Wikipedia
Qəcər-Zeyid — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alekseyevka bələdiyyəsinin tərkibindədir[1].
Qəcər-Zeyid | |
---|---|
41°22′29″ şm. e. 48°38′18″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Quba-Xaçmaz |
Rayon | Quba |
Tarixi və coğrafiyası | |
Sahəsi | 5.71 km² / 570.62 ha |
Mərkəzin hündürlüyü | 364 m / 1194 feet |
İqlimi | Mülayim |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 873 nəfər (2009) |
Sıxlığı | 152.9 nəfər/km² |
Milli tərkibi | Azərbaycanlı |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 23 |
Poçt indeksi | 4035 |
Toponimikası
redaktəKənd Qaraçayın sahilində, Qusar maili düzənliyində yerləşir. Qəcər Zeyid variantında da qeydə alınmışdır. XIX əsrin ortalarında rayonun dağlıq zonasında yerləşən Zeyid kəndindən çıxmış ailələr həmin kəndə məxsus qışlaqlarda iki yeni məntəqə salmışdılar. Həmin məntəqələri fərqləndirmək üçün biri Qacar kəndi yaxınlığında yerləşdiyinə görə Qacar Zeyid, digəri isə Ağbil kəndi yaxınlığında yerləşdiyinə görə Ağbil Zeyid adlandırılmışdı. Oykonim "Qacar kəndi yaxınlığındakı Zeyid kəndi" mənasındadır.[2]
İqtisadiyyatı
redaktəKəndin əsas gəlir mənbəyinin əsasını meyvəçilik 90% (xüsusəndə alma yetişdiriciliyi) tutur.
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 873 nəfər əhali yaşayır.[3]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
redaktə Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |