Qabriela Quncikova - Wikipedia
Qabriela Qunçikova (çex. Gabriela Gunčíková; d. 27 iyun 1993, Kromerjij, Çexiya) — Çexiya müğənnisi. O, çex-slovak telekanalında yayımlanan SuperStar musiqi yarışmasında ikinci yer qazanmış və 2011-ci ildə "Yeni sənətkar" kateqoriyasında Český slavík mükafatına layiq görülmüşdür. Qunçikova "I Stand" mahnısı ilə Çexiyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Qabriela Qunçikova | |
---|---|
çex. Gabriela Gunčíková | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Qabriela Qunçikova çex. Gabriela Gunčíková |
Ləqəbi | Gabriela Gun |
Doğum tarixi | |
Doğum yeri | Kromerjij, Çexiya |
Vətəndaşlığı | Çexiya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2011–h.h. |
Janr | |
Musiqi aləti | vokal |
Albom şirkəti | Universal Music Group |
gabrielagun.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Musiqi karyerası
redaktə2011–2015: SuperStar 2011 və Let's Dance yarışmaları
redaktə2011-ci ildə Qabriela Qunçikova çex-slovak telekanalında yayımlanan SuperStar musiqi yarışmasında iştirak etmişdir. Nəticədə yarışmada ikinci yeri qazanan ifaçı Universal Music Group albom şirkəti ilə anlaşma imzalamışdır. Eyni zamanda həmin ildə Qunçikovanın Dvojí tvář adlı debüt albomu işıq üzü görmüşdür. 2011-ci ilin sentyabr ayında o, Slovakiyanın Ulduzlarla rəqs yarışmasında iştirak etmişdir. Qunçikovanı yarışmada peşəkar rəqqas Peter Modrovski müşayiət etmişdir. Cütlük nəticə olaraq yarışmada yeddinci yerdə qərarlaşmışdır. 2011-ci ildə Qunçikova "Yeni sənətkar" kateqoriyasında Český slavík mükafatına layiq görülmüşdür.
2013-cü ildə Qunçikova Amerikalı vokal müəllimi Ken Tamplin ilə işləməyə başlamışdır. Onun ikinci studiya albomu olan Celkem jiná da məhz bu il təqdim olunmuşdur. 2014-cü ildə o, Tamplinin dərslərini bitirdikdən sonra Amerikanın Trans-Siberian Orchestra proqressiv rok qrupuna vokalist olaraq qoşulmuşdur. Lakin növbəti ildə Qunçikova qrupdan ayrılmışdır.
2016–hal-hazırda: Avroviziya Mahnı Müsabiqəsi
redaktə2016-cı ilin mart ayında Çex telekanalı ČT Qabriela Qunçikovanın "I Stand" mahnısı ilə Çexiyanı İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini bildirmişdir.[1]. Qunçikova "I Stand" mahnısı ilə müsabiqənin 10 may tarixində baş tutan birinci yarımfinal mərhələsində 10-cu səhnə almışdır. Nəticədə isə 161 xalla 9-cu yerdə qərarlaşaraq, Çexiyanı Avroviziya tarixində ilk dəfə final mərhələsinə yüksəldə bilmişdir. Finalda bir daha öz mahnısını ifa edən Qunçikova 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 41 xal toplayaraq, 25-ci yerdə qərarlaşmışdır.
Diskoqrafiya
redaktəAlbomlar
redaktə- Dvojí tvář (2011)
- Celkem jiná (2013)
İstinadlar
redaktə- ↑ "Eurovision Czech Republic: Gabriela Gunčíková to Stockholm!". esctoday.com. 2019-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2016.
Əvvəlki: Marta Yandova və Vatslav Noid Barta "Hope Never Dies" |
Çexiya Avroviziya Mahnı Müsabiqəsində 2016 |
Sonrakı: Martina Barta "My Turn" |