Qabil Eliyev Riyaziyyatci - Wikipedia
Qabil Qəribxan oğlu Əliyev — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Tətbiqi ritaziyyat şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor.
Qabil Əliyev | |
---|---|
Qabil Qəribxan oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | mexanika |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi |
Həyatı
redaktəƏliyev Qabil Qəribxan oğlu 1935-ci il fevralın 18-də Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Kirov adına Azərbaycan Dövlət Universisetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakultəsini bitirmişdir. 1963–1966-cı illərdə AMEA Riyaziyyat və mexanika institutunun aspirantı, 1966-cı ildə akademik A.A.İlyuşinin rəhbərliyi altında "Устойчивость нелинейно упругих армированных цилиндрических оболочек при натяжении связей" mövzusunda AMEA Riyaziyyat və Mexanika Elmi şurasında elmlər namizədi elmi dərəcəsini almaq üçün dissertasiyanı müdafiə etmişdir.1967–1979-cu illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin doktorantı olmuş və 1980-ci ildə "Теоретические основы гибких неметаллических труб на основе волокнистых структур и их приложение" mövzusunda, akademik A.A.İlyuşinin rəhbərliyi altında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi şurasında doktorluq dissertasiyanı müdafiə etmişdir. 1961-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda işləyir..1985-ci ildən professordur. Hal hazırda Tətbiqi Riyaziyyat şöbəsinin müdiridir.
Təhsili
redaktə1957–1962-ci ildə Kirov adına Azərbaycan Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsi,tələbə
1963–1966-cı illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutu, aspiant
1967–1979-cu il Moskva Dövlət Universiteti, "Bərk Cisim" kafedrasında, doktorant
Elmi dərəcələri, elmi adları
redaktə1966-cı il- Fizika-riyaziyyat elmləri namizədi.(20.02.01-Deformasiya olan berk cisim mexanikası)
Dissertasiyanın adı: "Устойчивость нелинейно-упругих армированных цилиндрических оболочек при натяжении связей"
1980-ci il Moskva Dövlət Universiteti, fizika-riyaziyyat elmləri doktoru.(20.02.01-deformasiya olan bərk cisim mexanikasıeхanikası).
Dissertasiyanın adı:"Теоритические основы гибких неметаллических труб на основе волокнистых структур и их приложение" 1985-сi il -mexanika ixtisası üzrə professor.
Əmək fəaliyyəti
redaktə•1961–1963-cü illərdə elmi işçi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda,
1967–1970-ci illərdə böyük elmi işçi.
•1970–1992-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Kompozit mexanikası" şöbəsinin müdiri,
•1992–2007-ci illərdə Türkiyənin Marmara Universitetinin və Niqde Universitetinin Fən-Ədəbiyyat Fakultəsinin professoru,
•2007-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və mexanika institutunun "Tətbiqi Riyaziyyat"şöbəsinin müdiridir.
İctimai fəaliyyəti
redaktə- Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika elmləri üzrə ekspert şurasının sədr müavini;
- AMEA-nın RMİ-nin nəzdindəki doktorluq dissertasiya şurasının üzvü.
Mükafatları
redaktə• Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Fəxri Fərmanı(2010-cu ildə),
• SSRİ ixtiraçısı Fəxri döş nişanı(1984),
• Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezerin təşəkkürü(2002),
• 2013-cü ildə Avropa nəşr Mətbu Evi tərəfindən "Ən yaxşı vətənpərvər tədqiqatçı Alim" qızıl medalı ilə təltif olunub.
• 2016-cı ildə Rusiya Federasiya Təbiət Elmlərinin Birlikləri Akademiyasının müxbir üzvü seçilmişdir,
• 2016-cı ildə Rusiya Federasiya Təbiət Elmlərinin Birlikləri Akademiyasının Böyük Pyotr ordeni ilə təltif olunub.
• 2017-ci ildə Azərbaycan kütləbi informasiya Həmkarlar İttifaqı tərəfindən "İlin Alimi" medalı ilə təltif olunub
Həmçinin bax
redaktəElmi maraq dairələri
redaktə• lifli armirlənmiş cisimlər və kompozit materiallar mexanika nəzəriyyəsi,
• materialın fiziki-kimyəvi xassələrinin dəyişməsini nəzərə almaqla,polimer və kompozit materialların eksperimental-nəzəri mexanikasının nəzəriyyəsi,
• kiçik ölçülü sistemlərdə kvant-mexanik effektlər nəzərə almaqla mayelərin hidrodinamika nəzəriyyəsi
Əsas elmi nəticələri
redaktə• armirlənmiş cisimlər və kompozit k qeyri metal boruların layihələndirilməsinin nəzəri əsasları və onların tətbiqi;
• fiziki-kimyəvi xassələrinin dəyişkənliyi nəzərə alınmaqla, polimer materiallardan hazırlanmış laylı və armirlənmiş konstruksiyaların möhkəmlik nəzəriyyəsi;
• materıalın fiziki-kimyəvi xassələrinin dəyişməsini nəzərə almaqla, polimerlərin, kompozit materialların, həmçinin polimerləşdirilmiş liflər dəstəsinin fiziki-mexaniki xassələrini öyrənmək üçün eksperimental- nəzəri metod təklif edilmişdir;
• polimer materialın fiziki-kimyəvi xassələrinin dəyişkənliyini nəzərə almaqla ümumiləşmiş Huk qanunu təklif edilmişdir;
• konstruksiya laylarının fiziki-kimyəvi xassələrinin dəyişkənliyini nəzərə almaqla, laylı və çoxlaylı armirlənmiş boruların adqezion möhkəmlik kriteriyası təklif olunmuşdur;
• materialların şişmə effektini nəzərə almaqla birölçülü konstruksiya elementlərinin dayaniqlıq kriteriyası təklif edilmişdir;
• yeni mexaniki effektlər aşkar edilmişdir: materialın şişmə effektini nəzərə almaqla, polimer materialın kütləvi qüvvələrinin dəyişkənliyi; yalnız materialın şişmə effektinin təsiri altında çubuğun qabarması; bir neçə polimer materialın birgə deformsiyasının layların şişmə xarakterindən asıllığı-mexaniki effekti eksperimental və nəzəri təyin edilmişdir;
• kimyəvi dəyişkən mühitlərdə elektromaqnit xassələrinin dəyişmə mexanizmi öyrənilmişdir;
• elektromaqnit xarakteristikalarının (ε, μ, λ) 2 komponentli mayelərin kimyəvi dəyişkənlik xarakterindən riyazi asılılığı müəyyən edilmişdir;
• ümumiləşmiş Maksvell tənliyı, yəni kimyəvi dəyişən mühitlərdə elektromaqnit dalğalarının yayılması tənliyi təklif olunmuşdur;
• Kiçik ölçülü sistemlərdə kvant-mexanik effektlər nəzərə almaqla hidrodinamika nəzəriyyəsi yaradılıb.
• Kiçik ölçülü sistemlərdə bir çinsli mayenin deyri çinsli mayeyə çevrilməsi səbəbi aşkar edilib; mayenin mexanik özəllikləri fiziki mühitdən aslılığının riyazi-fizik modeli təklif edilib; kvant-mexanik effektlərinin təsirini nəzərə almaqla ideal və özlü mayelərinin hidrodinamik tənliklər qurulub.
Əsərləri, Monoqrafiyalar
redaktə- Алиев Г.Г. Основы механики армированных гибких труб "ЭЛМ" НАНА, г.Баку,1987 г.
- Алиев Г.Г. Упруго-пластические деформации многослойно-армированных толстостенных цилинров. НПО "Космических исследований",Баку,1988г.
- Алиев Г.Г. Сопротивление полимерных и композиционных материалов с учетом изменения их физико-химических свойств.Изд.Азерб.Гос.Нефтяная Академия, г.Баку, 1994г.
- Aliyev G.G. Kısmı Türevli Diferensiyel Denklemler. Milli Egitim Bakanlıqı Yayınları −2962, "Bilim ve Kültür Eserleri Dizisi- №4, İstanbul-1995
- Aliyev G.G. Polimer ve Kompozit Malzemelerin Fiziko-Kimyasal Özellikleriyle Degişim Teorisi. Milli Egitim Bakanlıqı Yayınları-2963, "Bilim ve Kültür Eserleri Dizisi-871", Egitim Dizisi-№5, İstanbul-1995
- Aliyev G.G. Matematigin Fizik ve Muhendislige Uyqulamaları.Niğde Universiteti Yayınları,№2, İstanbul,1998
- Aliyev G.G. Kompozit Maddələr Mekaniqin Matemфtik Temelleri. Niğde Universiteti Yayimları №2, Fen-Edebiyat Fakültesi Matematik Bölümü Yayınları, №2,İstanbul,1998
- Aliyev G.G. Özel Fonksiyonlar. Niğde Universiteti Fen-Edebiyat Fakültesi Matematik Bölümü Yayınları, №3,Ankara,2000
- Aliyev G.G. 21 Asrın Temel Bilimleri(Doğanın Gerçek Fiziksel Temel Bilimleri). Niğde Universiteti Fen-Edebiyat Fakültesi Matematik Bölümünü, Özel Bilimsel Dizi №1,1999
- Алиев Г.Г. Основы механики полимерных и композитных материалов с учетом изменения физико-химических свойств. "ЭЛМ" НАНА,2012г.
- Aliyev G.G.,Naqiyev F.B.Engineering Mechanics of Polymeric Materials. USA, CPC Press, Taylor and Frencis Group. 2013.
- Алиев Г.Г.,Алиев А.Г. Теоретические основы гидродинамики в низкоиерных системах (Гидродинамика с учетом квантово-механических эффектов). LAP LAMBERT Akademic Publishing, Германия, 2016г.
Məqalələr
redaktə150-dən çox elmi məqalənin müəllifidir.