Qabaqlidag - Wikipedia
Qabaqlıdağ - Haqqında Məlumat
Qabaqlıdağ və ya Qavaxlıdağ[1] ― Culfa rayonu ərazisində dağ (hünd. 2239,3 m). Zəngəzur silsiləsinin suayırıcısından cənub-qərbə airılan eyniadlı qolda zirvə. Əlincəçayın yuxarı axınında, onun Xəznədərə və Gədikçay qollarının suayırıcısında, Ərəfsə kəndindən 3 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin orta hissəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Dibəkli antiklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsindən və cənub-şərq yamacından şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.
Qabaqlıdağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2239,3 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 45. ISBN 5-8066-1468-9.