Qasim Dagi - Wikipedia
Qaşım_dağı - Haqqında Məlumat
Qaşım dağı – Babək rayonu ərazisində dağ (hünd. 1125 m). Naxçıvan dağarası çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin cənub-qərb yamacında zirvə. Sirab kəndindən 0,5 km-dək cənub-qərbdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Kotandağ qrupuna aid Alt Miosen yaşlı andezit-dasit tərkibli kiçik ölçülü ekstruziv günbəzdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının tağ hissəsində yerləşir. Cənub-qərb və şimal-şərq yamacılarndan şimal-qərb istiqamətli faylar keçir.[1]
Qaşım dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1125 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Həmçinin bax:
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.