Qacaq Nebi Axundov - Wikipedia
Qaçaq_Nəbi_(Axundov) - Haqqında Məlumat
Qaçaq Nəbi — Əhliman Axundovun tərtib etdiyi və ilk dəfə 1941-ci ildə nəşr edilən Azərbaycanın xalq qəhramanı Qaçaq Nəbidən bəhs edən dastan.
Qaçaq Nəbi | |
---|---|
| |
Müəllif | Əhliman Axundov |
Janr | Dastan |
Orijinalın dili | Azərbaycanca |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 1941 |
Nəşriyyat |
Azərnəşr (1961) Çıraq (2009) Bakı Kitab Klubu (2016)[1] |
Səhifə |
440 (2009) 504 (2016) |
Məzmun
redaktəAzərbaycan xalq qəhrəmanı 19-cu əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı olan Alı oğlu Nəbi Zəngəzur və Naxçıvanda (Zəngəzur qəzası) qorxmadan partizan müharibəsi aparan qaçaqlardan biri olmuşdur. Kitab xalq qəhrəmanının həyatı,qaçaqlıq fəaliyyəti haqqında dolğun və hərtərəfli tarixi məlumatlarla zəngindir.
Nəşr və tərcümə
redaktəDastan ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1941-ci ildə, 2-ci dəfə 1961-ci ildə Azərnəşrdə çap edilib. Latın qrafikalı Azərbaycan əlifbası ilə 2009-cu ildə Çıraq nəşriyyatında 440[2], 2016-cı ildə Bakı Kitab Klubunda 504 səhifədə çap edilib.[3]
İstinadlar
redaktə- ↑ "Kitab Klubunun YENİ NƏŞRLƏRİ". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-01.
- ↑ Qaçaq Nəbi
- ↑ "Qaçaq Nəbi" ( (az.)). bbclub.az. 2019-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-31.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "Qaçaq Nəbi" ( (az.)). bbclub.az. 2019-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-31.