Qr Kodu - Wikipedia
QR_kodu - Haqqında Məlumat
QR kodu (ing. Quick Response code — "Tez cavab") — ştrix kodların növlərindən biri. "Quick Response" ("tez cavab") sözlərinin abreviaturasıdır. 1994-cü ildə Yaponiyanın "Denso-Wave" şirkəti tərəfindən işlənib hazırlanmış və təqdim olunmuş matrisli kod (ikiölçülü barkod). Yaponiyada böyük populyarlıq qazanmış barkodun (BAR CODE) getdikcə tələbatı ödəməməsi, yəni onun vasitəsilə kodlaşdırılan informasiyanın həcminin məhdud olması səbəbindən yaranıb. Bir QR koduna 7089 rəqəm, 4296 işarə (rəqəm və hərf), 1817 heroqlif yerləşdirmək mümkündür.
Tarixi
redaktə1994-cü ildə təkmilləşdirilmiş QR kodunun patenti Yaponiyanın Denso şirkətinə aiddir[1].
Statistik göstəriciləri
redaktəBir QR koduna 7089 rəqəm, 4296 işarə (rəqəm və hərf), 1817 heroqlif yerləşdirmək mümkündür[2].
Xüsusi qeydlər
redaktə- Ən böyük QR kodu Kanadanın Albert əyalətində yaşayan fermer ailəsi tərəfindən hazırlanmışdır. Onlar bunu özlərinə məxsus 2,9 hektar qarğıdalı sahəsində hazırlayıblar. Kodda fermanın saytına istinad şifrələnmişdir. Onu təyyarə və ya vertolyotdan görmək olar. Fermaya gələn turistlər üçün maraqlı olan, bu kodu labirintə çevirmək üçün fermer ailəsi 13 il vaxt sərf etmişdir. Bu rekordu "Ginnesin Rekordlar Kitabı"nın nümayəndələri 2012-ci ildə qeydə alaraq, onu dünyada ən böyük QR kodu kimi təsdiqləyiblər[3].
İstinadlar
redaktə- ↑ Borko Furht (2011) Handbook of Augmented Reality. Springer. p. 341. (ing.)
- ↑ Şəklimi çəkə-çəkə… Arxivləşdirilib 2012-09-20 at the Wayback Machine (az.)
- ↑ Ən böyük QR-kod Arxivləşdirilib 2019-09-15 at the Wayback Machine (az.)
Ədəbiyyat
redaktə- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Xarici keçidlər
redaktə- qrcode.com — Rəsmi saytı