Qeribe Adam Film 1979 - Wikipedia
Qəribə adam | |
---|---|
Janr | dram |
Rejissor | Əjdər İbrahimov |
Əsərin müəllifi | Nazim Hikmət |
Ssenari müəllifləri |
Əjdər İbrahimov Marqarita Maleyeva |
Baş rollarda |
Qriqore Qriqoriu — Əhməd İrina Miroşniçenko — Nihal Həsənağa Turabov — Arif Əjdər İbrahimov — Rəcəb İlham Namiq Kamal — Əbdürrəhman |
Operator | Rafiq Qəmbərov |
Bəstəkar | Murad Kajlayev |
Rəssam | Rafiz İsmayılov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 19 noyabr 1978 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 142,5 dəq. |
Ölkə | SSRİ |
Dil | rusca |
İl | 1979 |
Texniki məlumatlar |
2 seriyalı 15 hissə 3900 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID1542730 |
Məzmun
redaktəBurada çox mühüm mənəvi məsələlərə toxunulmuşdur: insan, onun mənəvi təmizliyi, öz ləyaqəti uğrunda mübarizəsi.
Filmdə pulun hakim olduğu bir ölkədə təmiz adamın ağır taleyindən danışılır.
Gənc vəkil Əhmədə (Qriqore Qriqoriu) doğruluğuna, təmizliyinə görə "Qəribə Adam" ləqəbi verilir. Pulun hakim kəsildiyi, rüşvətxorluğun geniş yayıldığı, əşya azarının epidemiya xarakteri daşıdığı cəmiyyətdə ağır sınaqlara düçar olan, beləliklə də sarsılıb ruh düşkünlüyünə qapılan Əhməd həyata inamı itirir. Bəlkə də səhv etdiyini, yanıldığını düşünən vəkil natəmiz adamlar cərgəsinə qoşulur. Lakin bu yad mühitə uyğunlaşmağa, mənəvi saflığına, təmizliyinə axıradək xəyanət etməyə, vicdanının səsini susdurmağa Əhmədin gücü çatmır. Çünki o, təbiətən başqa adamdır.
Belə sarsıntılar keçirdiyi bir vaxtda fəhlə Səlim (Q.Səlimov) Əhmədin köməyinə gəlir, onu xilas edir. Əhməd Səlimin və onun dostlarının namuslu, vicdanlı olduqlarını, saf hisslərlə yaşadıqlarını görür, yenidən xeyirxah insanların sırasına qayıdır.
Film haqqında
redaktəFilm aktrisa Tanilə Əhmərovanın kinoda ilk işidir.
Film aktyor Əliqulu Səmədovun kinoda ilk işidir.
Film Türkiyə yazıçısı Nazim Hikmətin eyniadlı əsərinin motivləri əsasında yaradılmışdır.
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Film 2-ci kateqoriyaya layiq görülmuşdur.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Əsərin müəllifi: Nazim Hikmət
- Ssenari müəllifi: Əjdər İbrahimov, Marqarita Maleyeva
- Quruluşçu rejissor: Əjdər İbrahimov
- Quruluşçu operator: Rafiq Qəmbərov
- Quruluşçu rəssam: Rafiz İsmayılov
- Bəstəkar: Murad Kajlayev
- Rejissor: Ramiz Əliyev
- Operator: Nemət Rzayev
- Səs operatoru: Vladimir Savin
- Geyim rəssamı: Rafiz İsmayılov
- Qrim rəssamı: V.Arapov
- Montaj edən: Rəfiqə İbrahimova
- Stajçı-rejissor: Rauf Nağıyev
- Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu
- Quraşdırılmış səhnələrin rəssamı: Gennadi Tişşenko
- Rejissor assistenti: Q.Səlimov, Nadir Əzməmmədov, Maarif Məhərrəmbəyli
- Montaj üzrə assistent: R.İsrafilova
- Rəssam assistenti: Y.Kirşner
- Operator assistenti: Aydın Mustafayev
- İşıq ustası: Nataliya Qudovskaya
- İnzibatçı: Aydın İmrani, S.Quliyev, Arif Səfərov
- Redaktor: Nadejda İsmayılova
- Mahnılaırn mətni: Nəbi Xəzri, İlya Reznik, M.Podberyozki
- Mahnıları ifa edən : Zeynəb Xanlarova, L.Serebrennikov, Larisa Dolina
- Dirijor: Murad Kajlayev
- Filmin direktoru: Gennadi Lapşuk
Rollarda
redaktə- Qriqore Qriqoriu — vəkil Əhməd
- İrina Miroşniçenko — Nihal
- Həsənağa Turabov — jurnalist Arif
- Əjdər İbrahimov — tacir Rəcəb
- İlham Namiq Kamal — Əbdürrəhman
- Tanilə Əhmərova — Aytən
- Şahmar Ələkbərov— Nuru
- Kamil Dadaşov — Məqsud
- Əbdül Mahmudov — Orxan
- Rafiq Kərimov — Xəlil
- Kamil Quliyev — Kamal
- Məmməd İsmayıl — Əziz
- Q.Səlimov — Səlim
- Ələsgər Məmmədoğlu — Xalid
- A.Quliyev — Əli
- Marqarita Maleyeva
- Hacıməmməd Qafqazlı
- Əhməd Əhmədov
- M.Əliyev
- N.Dəmirov
- V.Daşdəmirov
- L.Bayramov
- İ.Əbdürrəhmanov
- A.Əsədov
- Yusif Vəliyev
- Elxan Cəfərov — uşaq
- Tofiq Tağızadə — sərxoş
- Amaliya Pənahova — Fəridə
- Əfrasiyab Məmmədov — Filipp
- Əliqulu Səmədov
- Səyavuş Şəfiyev
- Süleyman Ələsgərov
- Elçin Məmmədov
Sponsor
redaktə- Mərkəzi Televiziya (Moskva)
Mənbə
redaktə- Tağızadə, Ş. “Qəribə adam” Bakıda çəkiləcəkdir. [Azərbaycan SSR xalq artisti Əjdər İbrahimovun Nazim Hikmətin "Məhəbbət əfsanəsi" əsərinin motivləri əsasında "Məhəbbətim mənim, kədərim mənim" Sovet-Türkiyə filminin çəkiləcəyi haqqında] //Bakı.- 1979.- 25 aprel.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 147; 167.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 218; 220-226.