Qerbi Arpacay - Wikipedia
Qərbi Arpaçay (erm. Ախուրյան, osman. ارپه چاى, türk. Arpaçay) — Ermənistan yaylası ərazisində Kiçik Qafqaza doğru axan çay. Araz çayının sol qolunu təşkil edir. Şimal axarlarda Ermənistab ərazisindən axsa da aşağı axarlarda Türkiyə Ermənistan (tarixi Azərbaycan torpaqları) sərhəddindən axır. Ərpiliç su anbarından axan çay Baqaran kəndin yaxınlığında Araza birləşir.
Qərbi Arpaçay | |
---|---|
erm. Ախուրյան, türk. Arpaçay | |
Ölkələr | |
Mənbəyi | Arpi gölü |
• Yüksəkliyi | 2023 m |
Mənsəbi | Araz |
• Yüksəkliyi | 780 m |
Uzunluğu | 126 km |
Meyilliyi | 17.5 m/km |
Su sərfi | 269 m³/s |
Su hövzəsi | Araz→Kür→Xəzər |
Hövzəsinin sahəsi | 2 630 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adı
redaktəErmənilər çayı Axuryan adlandırırlar. B.e.ə VIII əsrdə Sarıqamış şəhərində aşkarlanmış Urartuya aid Axuriani şəhərinin adı çəkilir. Çayın adını bunla əlaqələndirirlər. Üstəlik «Axuryan» adını Movses Xorenli[1] qeyd edir. Türkiyədə çay "Arpaçay" və ya Qərbi Arpaçay olaraq adlanır.
Coğrafi və fiziki xüsusiyyətləri
redaktəÇay öz başlanğıcını 2023 metr hündürlüyü olan platodan götürür. 1950-ci ildə təşkil olunmuş Ərpiliş su anbarının daxilinə axaraq cənuba isriqamətlənir. Buradan 15 km məsafədə rütubətli vadsidən axır. Bu hissədə Keçut silsiləsindən çoxlu sayda qol qəbul edir. Bu hissədə sahilləri bataqlıqlaçmışdır və çayın axını yavaşdır.
Sonradan çay cənuba istiqamətlənir və Şirak platosundan axır. Burada isə çay dərin dərələrdən axır. Onların dərinliyi 400 merdə çatır. Aqin dəmir yol stansiyasından bir qədər aşağıda çayın qarşısına bənd atılmışdır. Burada Axuryan su anbarı yerləşir. Qərbi Arpa çayına tökülən nisbətən iri çay Qars çayıdır. Çayın hidrologiyası, rejimi, qolları və axdığı ərazilərin greomorfologiyası Dumitraşko, Q. K. Qabreilyan, S. P. Balayan, Mişa Oqanesoviş Davoyan tərəfindən öyrənilmişdir.
Baqaran kəndi yaxınlığında Qərbi Arpaçay Araza birləşir. Bu rayonda M-5 avtomagistralı indeksini M-9 olaraq dəyişir.
Qərbi Arpaçayın əhəmiyyətli qolları: sağdan — Qaraxan, Qars, Çaryun, Alacan və Tekor, soldan — Karanqum.
Çayın uzunluğu 186 km-dir. Bu uzunluğunun 2/3 hissəsini Türkiyə-Ermənistan sərhəddindən keçir. Hövzəsi 9670 km²-dir. Çay üzərində Karnut və Axuryan su anbarı inşa edilmişdir. Suyu əsasən əkinçilikdə istifadə edilir. Gümrü yaxınlığında üzərində kiçik su anbarı fəaliyyət göstərir. Bu su anbarı Ermənistan ərazisində ilk su anbarıdır.
1973-cü ildə SSRİ və Türkiyə arasında əməşdaşlıq və Qərbi Arpa çayı üzrərində bəndin inşası barədə anlaşma inmzalanır[2]. Bu anlaşma ilə Ermənistan Araz və Qərbi Arpacayın suyunun yarısını istifadə etmək hüqüqu əldə edir.Bununlada ölkənin su ehtiyatları 0,94 km³/il artmışdır.
1985-ci ildə Şirak bölgəsində Qərbi Arpaçay üzərində su anbarının inşasına başlanılır. Buradax 73 metrlik dambanın 20 metri inşa edilmişdir. 1993-cü ildə bütün işlər dayandırılır. 2013-cüq ildə isə onun bərpasına başlanılmı qərara alınır[3].
Şayda Çəkikimilər fəsiləsinə aid çoxlu sayda balıq növü yayılmışdır. Burada yayılmış balıq növləri:Aspius aspius, Barbus lacerta cyri, Barbus capito, Barbus mursa, Chondrostoma cyri, Cyprinus carpio carpio, Gobio persus, Mylopharyngodon piceus, Silurus glanis, Hypophthalmichthys nobilis.
Sahilləri
redaktəQərbi Arpaçayın sol sahilində Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrü yerləşir. Qədimdə Qərbi Arpaçay üzərində 9 körpü olmuşdur. Onların böyük hissəsinin eni 23-30 metr arasında olmuşdur. Bəzilərinin qalıqları isə indiyəənə kimi qalır.
XIX əsrdə çayın sahilində türk qüvvələri ilə ruslar arasında Arpaçay döyüşü olmuşdur.
İstinadlar
redaktə- ↑ "Мовсес Хоренаци. История Армении, Книга вторая". 2012-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-08.
- ↑ Н.З. Мосаки. "Иран в водной геополитике региона". Институт Ближнего Востока. 2010-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-08.
- ↑ "Восстановление водохранилища Капси будет стоить 18,5 миллионов евро". ecolur.org. 12.08.2013. 2014-01-28 tarixində arxivləşdirilib.