Qemer Topuriya - Wikipedia
Qəmər Topuriya (əsl adı: Tamara Vissarionovna Topuriya; 15 avqust 1902, Tiflis – 3 iyun 1947, Bakı) — Azərbaycan-sovet teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1943).
Qəmər Topuriya | |
---|---|
Doğum adı | Tamara Vissarionovna Topuriya |
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Tiflis quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (44 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | gürcü |
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ |
Fəaliyyəti | teatr aktrisası |
Fəaliyyət illəri | 1917–1947 |
Teatr |
Tiflis Dövlət Azərbaycan Dram Teatrı; Azərbaycan Dram Teatrı |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQəmər Topuriya 15 avqust 1902-ci ildə Tiflisin Şeytanbazar adlı məhəlləsində anadan olub. Qonşuları azərbaycanlı ailəli olduğuna görə Azərbaycan türkcəsində danışa bilirdi. Rus dilində beş sinif həcmində təhsil alıb.[1]
Əsl adı Tamara Vissarionovna Topuriya olan Qəmər xanım milliyyətcə gürcü olmuşdur. "Qəmər" onun təxəllüsüdür və səhnəyə çıxmasının ikinci ilindən tamaşaların proqramlarında adı belə (soyadsız) yazılıb. Aktrisalıq fəaliyyətinin dördüncü ilindən həm "Qəmər xanım", həm də "Qəmər Topuriya" imzaları ilə çıxış edib. Bəzi proqramlarda "Şəms Qəmər" kimi təqdim olunub.[1] İlk dəfə dəfə 1917-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" tamaşasında "Qulluqçu" obrazında səhnəyə çıxmışdır.[2]
O, 1918–1920-ci illərdə Tiflisdə və Bakıda müxtəlif truppaların hazırladıqları tamaşalarda, 1922–1925-ci illərdə Tiflis Dövlət Azərbaycan Teatrında işləyib. 1925-ci ilin əvvəllərində Bakıya dəvət olunan Qəmər Topuriya ömrünün sonunadək Azərbaycan Dram Teatrında aktrisalıq etmişdir.[2]
17 iyun 1943-cü ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülmüşdür.
Qəmər Topuriya uzun sürən xəstəlikdən sonra 3 iyun 1947-ci ildə Bakıda vəfat etmişdir.[3][4]
Təltif və mükafatları
redaktəİfa etdiyi əsas rollar
redaktə- "Arşın mal alan", Üzeyir Hacıbəyov — Gülçöhrə və Asya
- "Məşədi İbad", Üzeyir Hacıbəyov — Gülnaz
- "Ər və arvad", Üzeyir Hacıbəyov — Minnət xanım
- "Evliykən subay", Zülfüqar Hacıbəyov — Pərzad
- "Əlli yaşında cavan", Zülfüqar Hacıbəyov — Gülcahan
- "Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov — Mələk xanım
- "Ölülər", Cəlil Məmmədquluzadə — Nazlı və Zeynəb
- "Topal Teymur", Hüseyn Cavid — Olqa
- "Səyavuş", Hüseyn Cavid — Firəngiz
- "Dubrovski", Aleksandr Puşkin — Anna Sovişina və Anna Qlobova
- "Tufan", Aleksandr Ostrovski — Kabanixa
- "Cehizsiz qız", Aleksandr Ostrovski — Oqudalova
- "Günahsız müqəssirlər", Aleksandr Ostrovski — Korinkina
- "Göy quş", Moris Meterlink — Gecə məlaikəsi
- "Məkr və məhəbbət", Fridrix Şiller — Ledi Milford
- "Fiqaronun toyu", Pyer Bomarşe — Qrafinya
- "Kral Lir", Uilyam Şekspir — Reqana
- "Don Juan", Jan Batist Molyer — Şarlotta
- "Gülən adam", Viktor Hüqo — Hersoqinya Jozeanna
- "Müfəttiş", Nikolay Qoqol — Anna Andreyevna
- "Dəmirçi Gavə", Şəmsəddin Sami — Xubçöhr
- "Bakı müharibəsi", Cəfər Cabbarlı — Fəridə
- "Sevil", Cəfər Cabbarlı — Dilbər xanım
- "Aydın", Cəfər Cabbarlı — Susanna
- "1905-ci ildə", Cəfər Cabbarlı — Mariya Timofeyevna
- "Od gəlini", Cəfər Cabbarlı — Gülgün
- "Yaşar", Cəfər Cabbarlı — Tanya
- "Dönüş", Cəfər Cabbarlı — Xurşud
İstinadlar
redaktə- ↑ 1 2 İlham Rəhimli. Qəmər Topuriya // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. səh. 201–202. ISBN 978-9952-8021-9-1.
- ↑ 1 2 Rəhimli, İ. Azərbaycan Teatr Tarixi (dərslik). Bakı: Çaşıoğlu. 2005. səh. 141.
- ↑ Гәмәр ханым // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: Гајыбов—Елдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 135–136.
- ↑ 1 2 3 Гәмәр Топурия // Коммунист. № 108 (7549). 4 июн 1947-ҹи ил. С. 4.