Qemersah Cavadov - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Qəmərşah Cavadov (23 fevral 1938, Aydınkənd, Quba rayonu – 27 aprel 2005, Bakı) — Azərbaycan tarixçisi, etnoqrafi, tarix elmləri doktoru, professor.
Qəmərşah Cavadov | |
---|---|
Doğum tarixi | 23 fevral 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 27 aprel 2005 (67 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | tarix, etnologiya |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili | |
Elmi rəhbəri | Əlisöhbət Sumbatzadə |
Həyatı
redaktəQəmərşah Cavadov 1938-ci il fevral ayının 23-də Quba rayonunun Aydınkənd kəndində anadan olmuşdur. Atası və beş əmisini Böyük Vətən Müharibəsində itirmişdir. Orta məktəbi bitirdikdən sonra 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Universiteti tarixçi ixtisası ilə bitirdikdən sonra bir müddət Dəvəçi rayonunun (indiki Şabran rayonu) Aygünlü kənd məktəbində müəllim işləmişdir.[1] Sonra Azərbaycan EA Tarix İnstitutunda etnoqrafiya ixtisası üzrə aspiranturaya qəbul olmuşdur.
Qəmərşah Cavadov ilk dəfə olaraq xalq əkinçilik texnikasının məhəlli köklərini və inkişaf mənbələrini müəyyən etməklə azərbaycanlıları gəlmə etnos sayanlara tutarlı cavab verdi. Akademik V.K.Bondarçuk Qəmərşah Cavadovun elmi monoqrafiyasına yazdığı rəydə bildirirdi: "Q.Cavadovun monoqrafiyası onun müəllifinin Azərbaycan xalqının əkinçilik texnikasının öyrənilməsi və tədqiqi sahəsində nə kimi böyük, əzəmətli işlər gördüyünü qiymətləndirməyə əsas verir. Gənc alimin tədqiqatları… dünya etnoqrafiya elminə böyük töhfədir".
Q.Cavadov 300-ə yaxın elmi məqalənin və 10 monoqrafiyanın müəllifidir. Bunların arasında "XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri", "Azərbaycanda əkinçilik mədəniyyəti: ənənələr və müasirlik", "Əkinçilik mədəniyyətimizin sorağı ilə", "Xalq təbabətimiz məişətimizdə", "Udilər", "Talışlar" kitabları xüsusi yer tutur.
Kitabları
redaktə- XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri. Bakı: Elm, 1979, 128 səh.
- Azərbaycanda əkinçilik təqvimi və xalq meteorologiyası. Bakı: Qızıl Şərq, 1986, 40 səh.
- Azərbaycanda əkinçilik mədəniyyəti: ənənələr və müasirlik. Bakı: Qızıl Şərq, 1986, 40 səh.
- Народная земледельческая техника Азербайджана. Баку: Элм, 1989, 304 стр.
- Əkinçilik mədəniyyətimizin sorağı ilə. Bakı: Azərnəşr, 1990, 168 səh.
- Azərbaycanda el köməyi adətləri. Bakı: Azərnəşr, 1993, 104 səh.
- Xalq təbabətimiz məişətimizdə. Bakı: Azərnəşr, 1995, 84 səh.
- Udilər (tarixi-etnoqrafik tədqiqat). Bakı: Azərbaycan, 1996, 240 səh. (Professor Rauf Hüseynovla şərikli)
- Azərbaycanın azsaylı xalqları və milli azlıqları. Bakı: Elm, 2000, 440 səh.
- Talışlar (tarixi-etnoqrafik tədqiqat). Bakı: Elm, 2004, 616 səh.
- Yazdım ki, izim qalsın. Bakı: "MBM", 2005, 428 səh.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-23.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |