Qelegah - Wikipedia
Qələgah — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Qələgah | |
---|---|
41°12′54″ şm. e. 48°52′16″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şabran rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 255 nəfər |
Etimologiyası
redaktəYerli tələffüz formaları "Qalagə", "Qələyə", eləcə də "Qələgah" və yaxud "Qələgah"dır.
Sözün birinci komponenti olan qala (qələ) sözü yerli şivələrdə qala və yaxud qələ varianlarında işlənmişdir. Gah komponenti yerli şivələrdə gəh və gə variantlarında işlədilir. Mənşəcə İran dillərinə məxsus olan gah ünsürü həmin dillərdə (xüsusilə qədim və orta fars dillərində) "yer, məkan", "vaxt", "taxt-tac" mənaları daşıyan müstəqil söz kimi işlənmişdir. Müasir İran dillərində gah söz-şəkilçi funksiyasını yerinə yetirir. Linqvistik və ekstralinqivistik faktlar göstərir ki, bu yolla yaranmış mürəkkəb oykonimlər Azərbaycan toponimlər sistemində qədim yaşayış məntəqəsi adlarındandır. Onlar "gah"ın həm İran, həm də türk dillərində məhz müstəqil leksik vahid kimi işləndiyi dövrlərdə meydana gəlmişdir. Həm də toponimlərin tərkibindəki bu format başqa mənalarda deyil, məhz "yer, məkan" mənasında işlənmişdir. Topoformatın incə semantik çalarına diqqət edildikdə məlum olur ki, onda "yer, məkan" mənası ilə yanaşı, "kənd,yaşayış yeri, yaşayış məskəni" çaları daha güclüdür. Bu cəhətdən onun keçmişində, əsasən oykonim yaradan formant kimi işləndiyini qəbul etmək olar. Gah komponentli oykonimlər Azərbaycanın şimal-şərq və cənub-şərq zonaları üçün səciyyəvidir. Oykonim qala və tat dilində məkan, yer bildirən "gə" sözlərindən ibarət olub "qala olan yer, qala yeri"mənalarını ifadə edir.[1]
Tarixi
redaktəQələgah (Qalagah) kəndi yanında ilkin orta əsrlərdə mühüm müdafiə əhəmiyyəti olan Xursan (Xurs) qalası olmuşdur. Qala dağıldıqdan sonra buraya köçüb gələnlər buranı sadəcə Qalagah (Qalayeri) adlandırmışlar. VI əsrdə Sasanilər Qafqaz Albaniyası arasında mərzbanlar oturan on bir vilayətə bölmüşdülər. Bu vilayətlərdən biri də Xursanşahlıq olmuşdur. Bəlazurinin (IX əsr) məlumatına görə ləzgiləri tabe vəziyyətinə salmış Xursan hakimləri əvvəllər ərəblərə müqavimət göstərsələr də, sonralar onların vassalığını (asılığını) qəbul etməyə məcbur olmuşlar. Xursanın ərazisi X əsrin ortalarında Şirvanşah Məhəmməd ibn Yəziddin dövründə Şirvan şahlığına qatıldı.
Əhalisi
redaktə1886-cı ilin ailə siyahılarından çıxarılmış Zaqafqaziya vilayəti əhalisinin sayına dair statistik məlumatlara əsasən, Bakı quberniyasının Quba qəzasının Bilici kənd dairəsi, Qələgah kəndində 76 tüstü və 907 nəfər sünni təriqətli müsəlman tat yaşayırdı.[2]
Kəndin əhalisi 255 nəfər təşkil edir.
İnfrastruktur
redaktəKənd 19 iyul 2013-cü ildə ölkə Prezidentinin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. II cild, səh.11.
- ↑ Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков на 1886 год. Тифлис: Типография И. Мартиросианца. 1886. 255.
- ↑ "İlham Əliyev Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun açılışında iştirak etmişdir". president.az. 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.06.2014. (az.)
Şabran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |