Qedim Larsa - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qədim Larsa | |
---|---|
31°17′09″ şm. e. 45°51′13″ ş. u.HGYO | |
Yer qeydləri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəIII minilliyin sonunda III Ur dövlətinin dağılmasından sonra (təqribən 2112–2004) hökmdarlar Cənubi Mesopotamiyada ayrı-ayrı şəhərlərə nəzərati ələ aldılar ve yerli sülalələr meydana gəldi. İkinci minilliyin əvvəllərində bu yerli padşahlar hakimiyyət uğrunda mübarizə aparırdılar. İsin, Larsa və sonra Babildəki hökmdarların sülalələri, ardıcıl olaraq Cənubi Mesopotamiyanın böyük hissələrini nəzarət altına aldı. Bu şəhərlər adlarını müasir xronoloji dövrlərə verdilər:İsin-Larsa dövrü(e.ə 2004–1763) və Köhnə Babil dövrü(e.ə 1894–1595). Larsa günəş tanrısı Utu Kultunun mərkəzi olan Qədim Şumerin vacib bir şəhəri idi. İraqın Zi Qar valisindəki Urukdan 25 km cənub-şərqdə, Şell en-Nil kanalının şərq sahili yaxınlığında Tell-as Senkereh və ya Sankarah qəsəbəsi yerindədir. Şumer kral siyahısına görə Larsa əfsanəvi antililuvian dövründə ''krallığı həyata keçirən'' beş şəhərdən biri idi.
Tarixi ''Larsa'' onu imperatorluğuna birləşdirən Laqaşın Eannatumun dövründən əvvəl mövcud idi. İsin-Larsa dövründə şəhər siyasi bir qüvvəyə çevrildi. Hər şəhərin hökmranlığını möhkəmləndirdiyi dövrdə İsin və Larsa bir əsrdən çoxdur silahlı bitərəflik şəraitində yaşayırlar. III Ur Xanədanlığı təqribən m.ö 1940-cı oldə dağıldı. III Ur Xanədanlığının son kralı İbbi-Sinin məmuru İsbi Erra İsinə köçdü və III Urun varisi olduğunu iddia edən bir hökumət qurdu. Orada İsbi Erra Urla yanaşı Larsanın tabe olduğu Uruk və Laqaş şəhərlərini də yenidən ələ aldı. Sonrakı İsin hökmdarları Larsa üzərində hökmranlıq etmək üçün ora öz qubernatorlarını təyin edirdilər.
Hökümdarları
redaktəBelə valilərdən biri Güngünum adlı bir Amorit idi. O, İsinlə əlaqəni kəsdi və Larsada müstəqil bir sülalə qurdu. Güngünum hakimiyyətini qanuniləşdirmək və İsinə bir zərbə vurmaq üçün Ur şəhərini ələ keçirdi. Larsa bölgəsi, Fars körfəzi üzərində əsas ticarət mərkəzi olduğu üçün, İsin olduqca gəlirli bir ticarət yolunu və eyni zamanda çox dini əhəmiyyətə sahib olan bir şəhəri itirdi. Şəhərdə tapılan gil lövhələrdəki iş qeydləri Larsada beçinci və altıncı padşahların Güngünum və Abisarenin dövründə Larsanın artıq hökmranlıq yolunda olduğunu göstərirdi. Güngünumun iki xələfi Abisare və Samuel hər ikisi də İsini kanallardan tamamilə kənarlaşdırmaq üçün addımlar atdı. Bir müddət sonra İsin siyasi və iqtisadi qüvvəsini sürətlə itirdi. Larsa gücləndi, amma heç vaxt böyük bir əraziyə sahib ola bilmədi. Xanədanın 12-ci kralı Silli-Adad yalnız bir il padşahlıq etdi. Silli-Adad Babilli Sabium tərəfindən məğlub edildi və döyüşdə öldürüldü. Elam kralı Kutur-Mabuk Larsada haIXkimiyyətə oğlu Warad-Sin'i gətirdi. Bu hərəkət Larsanın iqtisadi həyatında kiçik bir pozuntuya səbəb olsa da, bu dövr minlərlə iş sənədinin təsdiq etdiyi kimi ən uğurlu dövr hesab olunur. Warad-Sinin dövründə əkinçilik və heyvandarlıq inkişaf etdi, suvarmaya çox diqqət yetirildi və uzunmüddətli ticarət dəri, yun, bitki yağı və fil sümüyü ticarəti yolu ilə Fəratı Hind vadisi ilə birləşdirdi. XIX əsrin əvvəllərində İsinin cənubunda və Ur'a daha yaxın olan Larsa şəhəri ərazisini digər yaxın şəhərlərin hesabına artırdı I Rim-Sin Larsa əyalətini e.ə 1822–1763-cü illərdə idarə etmişdi. Bacısı İn-anne-du Urdakı ay tanrısının baş kahini idi. I Rim-Sin Babil hökmdarı Hammurabi və Uruklu İrdanene ilə çağdaş idi. Rim-Sinin Larsa hökmranlığı e.ə 1822-ci illərdə qardaşı Warad-Sinin yerinə keçdikdən sonra başladı. O hakimiyyətə gələn kimi dərhal qonşu Uruk, İsin və Babil şəhər dövlətlərinə hücum edərək Larsanı genişləndirməyə başladı.1803-cü ilə qədər şəhər o qədər böyük idi ki, digər şəhərlər onun böyüməsindən narahat idi. Uruk hökmdarı, Babil başçısı və İsin kralı Rim-Sinə qarşı yürüyüşə başladı.1793-cü ildə İsini fəth etdi və daima önəmli olan dini şəhər Nippurda daxil olmaqla Cənubi Mesopotamiyanın böyük bir hissəsinə nəzarəti əldə etdi.1810-cu ildə Uruk məğlub edildi və nəhayət e.ə 1803-cü ildə tutuldu. I Rim-Sin dövründə zirvəsində olan Larsa, Mesopotamiya tarixindəki digər sülalələrin nəzarət etdiyi ərazinin heç bir yerində olmayan təxminən 10–15 başqa şəhər-dövlətini idarə edirdi. Buna baxmayaraq şəhər əyaləti nəhəng tikinti layihələrini və kənd təsərrüfatı işlərini həyata keçirməyi bacarır. Rim-Sin dövründə sənətlər, xüsusən də Köhnə Şumer yazıçı məktəbləri böyük təşviq aldı. Rim-Sin müasir dövrdə digər Mesopotamiya hökmdarları tərəfindən kölgədə qaldığı halda, Mesopotamiya tarixindəki digər krallardan daha uzun müddət hökm sürdü.1763-cü ildə I Rim-Sin Babil hökmdarı Hammurabi tərəfindən məğlub edildi. Hammurabinin ölümü zamanı II Rim-Sin, Samsu-İlunanın Babil imperatorluğuna qarşı üsyana rəhbərlik etməyi fürsət olarağ görür. Arxeoloji dəlillər Larsanın, Babilin Fars Əhəməniləri imperatorluğunun tərkibinə girməsindən sonra Neo-Babil imperatorluğunun sonuna qədər işğal altında qaldığını göstərir
Arxeologiyası
redaktəO zaman Sinkara kimi tanınan Tell-es-Senkereh bölgəsi ilk dəfə 1850-ci ildə William Loftus tərəfindən bir aydan az müddətdə qazılmışdır. Arxealoji qazıntıların ilk günlərində səylər elmi məlumatlardan daha çox muzey nümunələri eldə etməyə yönəlmişdi. Loftus, Neo Babil imperatorluğu II Nebukadnezzarın tikinti kərpiclərini bərpa etdi və bu yerlərin Qədim Larsa şəhəri kimi tanınmasına imkan verdi.1933-cü ildə Larsada Andre Parrot tərəfindən aparılan qısa qazıntılar nəticəsində bir ziqqurat, günəş tanrısına ibadətgah və Nur-Addanın yeri həmçinin Neo-Babil və Selevki dövrünə aid bir çox məzar və digər qalıqlar tapılmışdır. O 1967-ci ildə yenidən həmin yerdə qazıntılar aparır. 1969 və 1970-ci illərdə Larsa Jean-Cloude Margueron tərəfindən qazılmışdır. Larsanın Babil riyaziyyatını əhatə edən bir çox tabletin, o cümlədən Pifaqor üçlülərin naxışlarını ehtiva edən Plimpton322 tabletinin mənbəyi olduğu düşünülür.Warad-Sin, king of Larsa.jpgImage
İstinadlar
redaktəhttps://www.britannica.com/place/.Larsa
https://www.historyfiles.co.uk/.KingListsMiddEast/.MesopotamiaLarsa.htm