Qizilagac Siyeneyi - Wikipedia
Alosa curensis (lat. Alosa curensis) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. Az saylı yerli (endemik) növdür. A.N.Svetavidov bu növü Alosa braschnikowii [2] növünün yarımnövü kimi qeyd etmişdir[3].
Qızılağac siyənəyi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Koqorta: Dəstəüstü: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qızılağac siyənəyi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Xarakterik morfoloji əlamətləri
redaktəBədənin: bel tərəfi göy-yaşıl, yanları və qarnı ağ olur. Ağızda inkişaf etmiş dişlər vardır. Yetkin fərdlərin uzunluğu 11.0 – 24.5 sm, kütləsi 45 - 150 q-a qədər olur.
Yaşayış yeri və həyat tərzi
redaktəXəzər dənizinin şortəhər yerlərində yaşayır, çoxalmaq üçün kürüsünü Kürağzı ərazilərə və Qızılağac körfəzində tökür. Orta ömrün uzunluğu 5 - 6 il olub, cinsi yetkinliyə 2 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli: kürü-sürfə-körpə-yetkin fərd şəklində olur[4].
Cinsi statusu və çoxalma xüsusiyyətləri
redaktəİki cinsli olub çoxalma kürüləmə yolu ilə olur. Kürüsünü hissə-hissə tökür. Kürü tökmə zamanı suyun temperaturu 14 - 280C olur. Reproduktivliyin forması – kürü şəklində olur. Birdəfəlik reproduksiyanın sayı- 8 - 130 min kürü olur. Reproduktivliyin periodu- ildə bir dəfə, hər il. Generasiyaların sayı – orta ömrün uzunluğundan asılı olaraq 4 - 5 dəfə olur.
Yayılması
redaktəAzərbaycanda Cənubi Xəzərin qərb hissəsində Kür ağzına yaxın sahələrdə, Qızılağac körfəzində, Lənkəran yaxınlığında və az miqdarda Qaradağ rayonunda təsadüf edilir.[5]
Sayı və limit faktorları
redaktəXəzər dənizinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen amillər. Azərbaycanda 5 növ ilə təmsil olunmuşdur.
Düşmənləri
redaktəYırtıcı balıqlar (nərə, bölgə, naxa), suitilər və balıq parazitləri.
İnsan həyatına təsiri
redaktəEkoloji əhəmiyyəti müəyyənləşdirilməyib. Sosial-iqtisadi əhəmiyyəti:ov və vətəgə əhəmiyyətlidir. Elmi-mədəni əhəmiyyəti müəyyənləşdirilməyib. Ziyanvericilik xüsusiyyətləri məlum deyil.
Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri
redaktəOvunun tənzim olunması barədə qanun qəbul edilməsinə ehtiyac vardır. Xəzərin çirkləndirilməsinə və ovlama işlərinə nəzarəti gücləndirmək lazımdır.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Whitehedd, 1985
- ↑ Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
- ↑ Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
- ↑ Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: “Легкая и пищевая промышленность”, 1981, 65 с.
Ədəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
- Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
- Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: “Легкая и пищевая промышленность”, 1981, 65 с.
- Cветовидов А.Н. Сельдевые. (Clupeidae). Фауна СССР, Рыбы, том II, вып. 1, М.-Л.: АН СССР, 1952, 330 с.