Qizil Ucurum - Wikipedia
Qızıl_uçurum - Haqqında Məlumat
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Qızıl uçurum (rus. Золотая пропасть) — Azərbaycan filmi.
QIZIL UÇURUM | |
---|---|
Fayl:Qızıl Uçurum (1980).JPG | |
Janr | dram |
Rejissor | Fikrət Əliyev |
Əsərin müəllifi | İbrahim bəy Musabəyov |
Ssenari müəllifi | Mirzəağa Atəş |
Baş rollarda |
Əliabbas Qədirov-Cəlil Həmidə Ömərova-Şəfiqə Hamlet Xanızadə-Lütfəli bəy Yelena Qabets-Ağbəniz Məmmədrza Şeyxzamanov-Qurban Həsənağa Turabov-Usta Bağır Sadıq Hüseynov-Əhməd Şamil Süleymanov-Əziz |
Operatorlar | Valeri Kərimov, Kənan Məmmədov |
Bəstəkar | Cahangir Cahangirov |
Rəssamlar | Kamil Nəcəfzadə, Arif Əbdürrəhmanov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 11 mart, 1981 |
Filmin digər adları | Neft və Milyonlar Səltənətində |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 76 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dillər |
Azərbaycan dili Rus dili |
İl | 1980 |
Texniki məlumatlar |
8 hissə 2127 metr genişekranlı 35 mm |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
IMDb | ID0230999 |
Məzmun
redaktəXIX əsrin sonu. Bakıda neft sənayesi yaranır... Kasıb Cəlil (Əliabbas Qədirov) taleyin hökmü ilə neft sahibkarlarından biri olur. Lakin gözlənilmədən əldə olunan var-dövlət Cəlilə xoşbəxtlik gətirmir. Zəhmətsiz qazanılmış milyonlar onu yoldan çıxarır, pullarını göyə sovurur, mənəvi iflasa uğrayır. O, tədricən dostlarını, evini, ailəsini itirir, özü də məhv olur...
Filmdə pulun hakim olduğu cəmiyyətin iç üzü, eybəcərlikləri, bu cəmiyyətin insanların həyatına göstərdiyi təsir, onun nümayəndələrinin əxlaq və mənəviyyatındakı ziddiyyətlər öz əksini tapmışdır.
Film haqqında
redaktə- Film aktrisa Həmidə Ömərovanın kinoda ilk işidir.
- Film yazıçı İbrahim bəy Musabəyovun "Neft və Milyonlar Səltənətində" povestinin motivləri əsasında çəkilmişdir.
- Bu, povestin 2-ci ekran variantıdır.[1]
- Film rejissor Fikrət Əliyevin böyük kinoda ilk müstəqil işidir.
- Filmdəki neft buruqları səhnələri üçün rejissorun təlimatı ilə 16 buruq qurulmuş və tonlarla mazut-neftdən istifadə edilmişdir.
- Filmin titrləri: XIX əsrin sonralarında Bakı torpaqlarının təkindən sel kimi axıb gələn "Qara qızıl" buranı ehtirasların toqquşma meydanına çevirdi...
- Film bədii rəhbər Eldar Quliyevin kinoda ilk işidir.
Festivallar və mükafatlar
redaktə- 1)Vilnüsdə Ümumittifaq kinofestivalı
- Film əsas Mükafatlardan birinə layiq görülmüşdür.
- 2)1983-cü ildə Leninqradda XIV Ümumittifaq kinofestivalı
- Rejissor Fikrət Əliyevə uğurlu debütə görə Priz verilmişdir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Əsərin Müəllifi : İbrahim bəy Musabəyov
- Ssenari Müəllifi : Mirzəağa Atəş
- Bədii rəhbər : Eldar Quliyev
- Quruluşçu rejissor : Fikrət Əliyev
- Quruluşçu operator : Valeri Kərimov, Kənan Məmmədov
- Quruluşçu Rəssam : Kamil Nəcəfzadə, Arif Əbdürrəhmanov
- Bəstəkar : Cahangir Cahangirov
- Səs operatoru : Kamal Seyidov
- Rejissor : T. Məmmədov
- Operator : Nemət Rzayev
- Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev
- Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
- Qrim rəssamı : V. Arapov
- Montaj edən : Rəfiqə İbrahimova
- Redaktor : Əhmədağa Qurbanov
- Rejissor assistenti : X. Şirinova, Zəfər Murtuzov (Z. Murtuzov kimi), Sergey Ratnikov
- Operator assistenti : Q. Əlizadə, Aydın Mustafayev
- İşıq Ustası : Məhəmməd Hacıyev
- Rəssam assistenti : Y. Kirşner, Asif Məmmədov
- Məsləhətçi : Püstəxanım Əzizbəyova (tarix elmləri doktoru), M. Mürsəlov (akademik), N. Əliyev (texnika elmləri namizədi)
- Çalır : SSRİ Kinematoqrafiyasının Dövlət Simfonik Orkestri
- Filmin direktoru : Əli Məmmədov, Aydın İmrani
Rollarda
redaktə- Əliabbas Qədirov-Cəlil
- Həmidə Ömərova-Şəfiqə
- Hamlet Xanızadə-Lütfəli bəy
- Yelena Qabets-Ağbəniz
- Məmmədrza Şeyxzamanov-Qurban
- Həsənağa Turabov-Usta Bağır
- Sadıq Hüseynov-Əhməd
- Şamil Süleymanov-Əziz
- Kamil Məhərrəmov-Qüdrət
- Eldəniz Zeynalov-Nuru bəy
- Muxtar Maniyev-Xəlil
- Muxtar Avşarov-Arabaçı
- Y. Kayaks
- V. Kornilov
- Yaşar Məmmədov
- Qafar Həqqi
- O. Qamazov
- M. Bağırzadə
- Gümrah Rəhimov-Faytonçu
- Şəmsi Şəmsizadə-Bəy
- Şahin Cəbrayılov-Pəltək
- Nübar Novruzova-Fahişə
- Ələsgər Məmmədoğlu-Neftçi
- Nəcəf Həsənzadə-Nökər
- Cahangir Aslanoğlu-Qonaq
Filmi səsləndirənlər
redaktə- Əminə Yusifqızı-Şəfiqə (Həmidə Ömərova) (titrlərdə yoxdur)
- Ramiz Əzizbəyli-Əziz (Şamil Süleymanov) (titrlərdə yoxdur)
- Rafiq Əzimov-Qüdrət (Kamil Məhərrəmov) (titrlərdə yoxdur)
- Amaliya Pənahova-Ağbəniz (Yelena Qabets) (titrlərdə yoxdur)
- Həsən Məmmədov-Hakim (titrlərdə yoxdur)
- Eldəniz Rəsulov-Qonaq (titrlərdə yoxdur)
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 13.
Mənbə
redaktə- Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 300-301.
Həmçinin bax
redaktəXarici keçid
redaktə- Filmi izlə (rus.)
- izlə (az.)