Qizil Ordunun Ermenistani Isgali - Wikipedia
Qırmızı Ordunun Ermənistanı işğalı və ya Ermənistanın Sovetləşməsi — Sovet Rusiyasının XI Qırmızı Ordusunun 1920-ci ilin sentyabrından 4 dekabr tarixinədək keçmiş Rusiya İmperiyası və Osmanlı imperiyası ərazisində qurulmuş Ermənistan Demokratik Respublikasında yeni Sovet hökuməti qurmaq üçün həyata keçirilən bir hərbi səfərdir. Müdaxilə paytaxt İrəvan və digər şəhərlərdə erməni bolşeviklərinin qiyamı ilə paralel olmuşdur. Müdaxilə Ermənistan Demokratik Respublikasının mövcudluğunun sona çatmasına və Ermənistan Sovet Sosialist Respublikasının qurulmasına gətirib çıxardı.
Qırmızı Ordunun Ermənistanı işğalı | ||||
---|---|---|---|---|
Azərbaycan-Ermənistan müharibəsi (1918-1920) Rusiya vətəndaş müharibəsi | ||||
| ||||
Tarix | sentyabr 1920 - 4 dekabr 1920 | |||
Yeri | Ermənistan Demokratik Respublikası, Cənubi Qafqaz | |||
Səbəbi | Sovet Rusiyasının Qafqazı işğal planı | |||
Nəticəsi |
Ermənistan Demokratik Respublikasının süqutu Ermənistanın Sovetləşməsi |
|||
Münaqişə tərəfləri | ||||
|
||||
Komandan(lar) | ||||
|
||||
|
Arxa plan
redaktə1917-ci ildə baş vermiş Oktyabr inqilabından sonra Azərbaycan-Ermənistan müharibəsi başlayır. Bakıdakı şəhər daxili müharibələrdən sonra şəhər azərbaycanlıların və ermənilərin yaşadığı ərazilər olaraq ikiyə bölündü. Lakin vaxt keçdikcə ermənilər Bakını boşaldıb bugünkü Ermənistanın sərhədlərinə çəkildilər.
Azərbaycan Xalq Cümhuriyyəti nizami orduların müharibəsi kimi reallaşmayan bu qarşıdurmalar nəticəsində yaradılmışdır.
1920-ci ilin sentyabrında, Türkiyə və Ermənistan arasında müharibə başlayandan sonra hücuma keçən Kazım Qarabəkir komandirliyindəki XV korpus Mîsâk-ı Milli sərhədləri içində olan Sarıqamış, Qars, Ərdahan, Artvin, Batum və İğdırı geri alaraq Gümrü şəhərinə daxil olanda, Daşnak (Erməni İnqilab Federasiyası) rəhbərliyi sülh istəməli idi. Sülh danışıqları 22 noyabr 1920-ci ildə Gümrüdə başladı. 2-3 dekabr 1920-ci il gecəsinin səhəri, sülh müqaviləsi Ermənistan daşnak hökuməti adından imzalandı.
Ermənistanın sovetləşməsi
redaktəSovet müdaxiləsi 1920-ci ildə Osmanlı imperiyasının İrəvanı boşaltması və Ağrı vadisinə çəkilməsi ilə başladı. Qızıl Ordu, 22 noyabr 1920-ci ildə danışıqlara başlanılan və 2-3 dekabr 1920-ci il tarixində imzalanan Gümrü müqaviləsindən dərhal sonra, 4 dekabr 1920-ci ildə Qırmızı Ordu İrəvana girdi. Qırmızı Ordu Ermənistan Respublikasının varlığına son qoydu və Ermənistan Sovet nəzarətinə keçdi.
Rus tarixçisi Aleksandr Borisoviç Şirokorada görə Sovet İttifaqının Ermənistana müdaxiləsində (Azərbaycandakı müdaxilədə olduğu kimi) standart bolşevik nümunəsindən istifadə edilmişdir. Yəni yerli inqilab komitəsi həqiqi və ya “virtual” işçi qiyamlarını başladır və Qırmızı Ordudan kömək istəyir. Eyni metoddan on illər sonra Sovet İttifaqının Macarıstan (1956) və Çexoslovakiyaya (1968) müdaxiləsi zamanı da istifadə edilmişdir. 28 aprel 1920-ci ildə Bakı inqilab komitəsi Rusiya Sovet Federativ Sosialist Respublikası Hökumətindən kömək istədi və nəticədə Qırmızı Ordu Azərbaycan ərazisini ələ keçirdi.
Qars müqaviləsi
redaktə13 oktyabr 1921-ci ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi arasında imzalanan Qars müqaviləsi Zaqafqaziyada nizam və hakimiyyət yaratdı. Sovet İttifaqı ermənilər və azərbaycanlılar üzərində nüfuzunu gücləndirdi. Bu razılaşma ilə Naxçıvan muxtar əraziyə çevrildi. Mîsâk-ı Millidən ilk güzəşt edildi və Batumi ruslara qaldı.