Qirmizi Qaragat - Wikipedia
Qırmızı qarağat (lat. Ribes rubrum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü.
Qırmızı qarağat | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Qırmızı qarağat |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəYabanı halda Asiyada və Avropanın kölgəli, rütubətli ərazilərində yayılmışdır.
Botaniki təsviri
redaktəKolun hündürlüyü 2 m-ə qədərdir. Yarpaqları 3-5 dilimli olub, uzunluğu 3-5 sm-dir. Çiçəkləri sarı-yaşılı rəngli, kasaşəkilli formalı, 5 sm uzunluğunda salxımlarda seyrək halda yerləşir. May ayında çiçəkləyir, meyvələri iyunda yetişir. Meyvələri qırmızı, turş, yumru, diametri 8–12 mm olan giləmeyvədir.
Ekologiyası
redaktəBitki bitmə şəraitinə az tələbkar, zərərverici və xəstəliklərə davamlıdır.
Azərbaycanda yayılması
redaktəQuba-Qusar, Lənkəran və digər bölgələrdə həyətyanı sahələrdə becərilir.
İstifadəsi
redaktəYeyinti sənayesində marmelad, jele, kisel, cem, meyvə şirələri və digər konserv məmulatlarının istehsalında istifadə edilir. Qırmızı qarağatın giləmeyvələrində C vitamini vardır, mürəbbə hazırlanmasında da istifadə edilir. Meyvələrinin müalicəvi-dietik qidalanmada böyük əhəmiyyəti vardır. Onların tərkibində şəkər, üzvi turşular, mineral duzlar, giləmeyvələrində pektin maddələri vardır. Xalq təbabətində giləmeyvələri qədimdən zökəmə, qan dövranının bərpasında, baş ağrısında və yaraların sağaldılmasında istifadə edilir. Qırmızı qarağatın şirəsi soyuqdəymə xəstəliklərinə qarşı yaxşı vasitə hesab olunur.
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 200.