Qirisiqmeyveli Itburnu - Wikipedia
Qırışıqmeyvəli itburnu (lat. Rosa rugosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Qırışıqmeyvəli itburnu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Qırışıqmeyvəli itburnu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
redaktəRusiyanın qərbində, Çində, Yaponiyada və Koreyada yayılmışdır.
Botaniki təsviri
redaktəHündürlüyü 0,8-6 m-dək olan, düzdayanan, qalın budaqlı, əlverişli şəraitdə sıx, keçilməz budaqlar əmələ gətirən koldur. Qoca budaqları oduncaqlaşmış, qonur və çılpaq, cavan zoğları açıq yaşıl və sıx tükcüklüdür. Yarpaq yerləşməsi növbəli, saplaqdır. Yalançı zoğları enli, saplaqla bitişmiş, ucu biz, üstü çılpaq, alt tərəfi ağ tükcüklüdür. Xırda yarpaqları yeddi, bəzən beş və ya doqquz, yumru ellipsvaridən uzunsov ellipsvariyədək, uzunluğu 2,5-3 sm, eni 1,5-2 sm, üstü qırışlı, parlaq, alt tərəfi tükcüklü, boz keçəli, kənarları dişlidir. İyun-iyulda çiçəkləyir, əlverişli şəraitdə yenidən sentyabr-oktyabrda çiçəkləyə bilər. Çiçəkləri tək və ya iki-üç, iri, diametri 6-7 sm-dən, uzunluğu 1,5-2 sm olan çiçək saplağında, vəziçiçəklərlə örtülmüş, çiçək altlıqları yumurtavari, ucu bizdir. Çiçək zoğları iynələrlə örtülmüşdür. Kasayarpaqları beş, yumurtavari-lansetvari və ya xətvari-lansetvari, açıq yaşıldan qırmızı-yaşıl rəngədək, uzunluğu 2,5-3 sm, alt tərəfi tükcüklüdür. Ləçəkləri beş cüt və ya yarımçıqləçəkli, tünd çəhrayı, ağ əks-yumurtavari, ucu oyuqludur. Sütuncuqların başı iri, təxminən oturaq, ağ keçəlidir. Meyvələri hamar-şarşəkilli, ətli, əvvəlcə açıq yaşıl, sonradan parlaq narıncı və ya qırmızı rənglidir.
Ekologiyası
redaktəQumlu, gilli torpaqlarda, dəniz kənarı ərazilərdə və qayalıqlarda bitir.
Azərbaycanda yayılması
redaktəAzərbaycanda mədəni şəraitdə becərilir.
İstifadəsi
redaktəMeyvələrində təxminən 3% C vitamini vardır.