Quvayi Milliye - Wikipedia
Qüvayi-milliyə (osman. قواى مليه ; hərf. {{{1}}} "Milli Qüvvələr"[1][2] və ya "Milliyyətçi Qüvvələr"[3]) – Türkiyə Qurtuluş Savaşının erkən dövründə fəaliyyət göstərən nizamsız türk milis qüvvələri[3]. Bu qüvvələr Mudros barışıq müqaviləsinə uyğun olaraq Türkiyənin bəzi hissələri Müttəfiq qüvvələr tərəfindən işğal edildikdən sonra ortaya çıxdı. Daha sonra Qüvayi-milliyə Böyük Millət Məclisinin nizami ordusuna (Qüvayi-Nizamiyə)[3] birləşdirildi. Bəzi tarixçilər Türkiyə Qurtuluş Savaşının bu dövrünü (1918–20) "Qüvayi-milliyə mərhələsi" adlandırırlar.[4]
Qüvayi-milliyə | |
---|---|
قواى مليه | |
Növü | Militant |
Yaranma tarixi | 1918-1921 |
Ölkə | |
Tabedir | Türkiyə Böyük Millət Məclisi |
Sayı |
5000 nəfər (1919) |
Şüarı | Ya istiqlal, ya ölüm! |
Rəngləri | Qırmızı və ağ |
Müharibələr | Türkiyə İstiqlaliyyət müharibəsi |
Komandanlıq | |
Məşhur komandirləri |
Mustafa Kamal Atatürk Çərkəz Əthəm Yörük Əli Əfə Şahin Bəy Topal Osman |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMudros barışıq müqaviləsində Osmanlı İmperiyası müttəfiqlər arasında bölündü, burada Yunanlar qərbi, ingilislər paytaxtı və cənub-şərqi, italyanlar və fransızlar ölkənin cənubunu işğal etdilər. Anadolu və Rumelidə türklərin və müsəlmanların hüquqlarını müdafiə edən ilk silahlı dəstələr Qüvayi-milliyə idi. Qüvayi-milliyə Osmanlı ordusunun fərari zabitləri və milislərindən ibarət idi. Yunanlar İzmiri işğal etdikləri zaman Qüvay-milliyə fəallaşdı. Təsdiq edilməmiş Sevr müqaviləsi ilə Anadolunun bölünməsinə qarşı çıxan insanlar müqavimətə qoşuldular. Fransa-Türkiyə müharibəsini demək olar ki, yalnız Türkiyə tərəfində olan Qüvayi-milliyə birlikləri aparırdı. Qərbi Anadoluda Qüvayi-milliyə nizami ordu qurulana qədər yunan ordusuna qarşı vur-qaç taktikası ilə vuruşdu.[5] Qüvayi-milliyənin müqaviməti yunanların Anadoluda irəliləməsini ləngitdi.[6]
Qüvayi-milliyənin dağılması
redaktəQüvayi-milliyə Türkiyənin qurtuluşunda müqavimətin ilk addımı sayılsa da, sonradan nizamsız müharibəyə son qoyuldu. Milisdə nizam-intizam və təcrübə yox idi; Yunanlara qarşı daha böyük açıq meydan döyüşlərində şansları yox idi. 1920-ci ilin sentyabrında onlar qərb cəbhəsində 15.000-dən az qüvvə ilə 107.000-dən çox adamdan ibarət yüksək təlim keçmiş və yaxşı təchiz edilmiş Yunan Ordusunun irəliləməsini dayandırmalı oldular. Türkiyə Böyük Millət Məclisi açıldıqdan sonra müxtəlif Qüvayi-milliyə qrupları birləşdirilərək nizami ordu yaradıldı. Qüvayi-milliye 1920-ci ilin sonlarında ləğv edildi. Baxmayaraq ki, Qüvayi-milliyənin bəzi hissələri hələ 1921-ci ilə qədər cənub cəbhəsində döyüşürdü. Birinci İnönü döyüşü daimi ordunun yunan qüvvələrinə qarşı vuruşduğu ilk müharibədir.
Üsyançılar
redaktəBəzi Qüvayi-milliyə qrupları, ən çox da Çərkəz Əthəmin Qüvayi Səyyarəsi qüvvələrinin dağıdılmasından imtina edərək Ankara hökumətinə qarşı qiyam qaldırdı. Yaranmış yeni nizami ordu Türkiyə Qurtuluş Döyüşünün sonunda həm Yunan Ordusunu, həm də Üsyançı Qüvvələri məğlub etdi.
İstinadlar
redaktə- ↑ Akşin, Sina, Turkey: From Empire to Revolutionary Republic: The Emergence of the Turkish Nation from 1789 to the Present, New York University Press, 2007, səh. 126, ISBN 978-0-8147-0722-7
- ↑ Shaw, Stanford J; Shaw, Ezel Kural, History of the Ottoman Empire and Modern Turkey, 2, Cambridge University Press, 1977, səh. 341, ISBN 978-0-521-29166-8
- ↑ 1 2 3 Smith, Elaine Diana, Turkey: Origins of the Kemalist Movement and The Government of the Grand National Assembly, 1919–1923, The American university, 1959, səh. 68
- ↑ Kasalak, Kadir, "Kuva-yı Milliye'nin Askeri Açıdan Etüdü", Atatürk Araştırma Merkezi Dergisi (türk), Türkiye Cumhuriyeti'nin, XIV (42), November 1998: 75, 2011-12-10 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2023-05-08. Yılı Özel Sayısı.
- ↑ Belleten, 65, Türk Tarih Kurumu, 2001, İstifadə tarixi: 2010-08-18
- ↑ Kuva‐i Milliye // Cum Huriyet, Etarih, 2010-11-15 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2010-08-18