Qudsi Osmanov - Wikipedia
Qüdsi Dursun oğlu Osmanov (16 fevral 1966, Ləmbəli, Noyemberyan rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri.
Qüdsi Osmanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 fevral 1966 (58 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | diplomat |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Rütbəsi | Baş starşina |
Elmi fəaliyyəti | |
Elm sahəsi | diplomat |
|
|
Təltifləri |
Həyatı
redaktəQüdsi Osmanov 16 fevral 1966-cı ildə Ermənistan SSR Noyemberyan rayonu Ləmbəli kəndində anadan olub.
Sankt-Peterburq Su Kommunikasiyaları Universitetini (İqtisadiyyat), Sankt-Peterburq Dövlət Universitetinin Hüquqşunaslıq və Beynəlxalq Münasibətlər fakültələrini bitirmişdir. Siyasi elmlər namizədidir. Rusiya Federasiyasının XİN nəzdində Diplomatik akademiyasının "Beynəlxalq iqtisadiyyat" fakültəsinin magistraturasını bitirmişdir.
1984–1987 — keçmiş SSRİ hərbi qüvvələr sırasında xidmət etmişdir.
Evlidir, dörd övladı var.
Karyerası
redaktə- 1997–2004 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Fəxri konsulu vəzifəsində çalışıb.[1]
- 2004-cü il dekabrın 16-da ona 1-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.[2]
- 2005–2013 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulu vəzifəsini daşıyıb.[3][4]
- 2013–2016 — Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfir müavini vəzifəsini yerinə yetirib.[5][6][7]
- 2016-cı il sentyabrın 7-də o, Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi ilə təltif edilib.[8]
- 2016-2023 — Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.[9]
9 dekabr 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.[10]
Qüdsi Osmanov Fövqəladə və Səlahiyyətli Səfir diplomatik ranqına malikdir.
Fəaliyyət sahəsi
redaktə- Azərbaycan ilə Rumıniya arasında iqtisadiyyat, ticarət, mədəniyyət, idman və elmi-texniki sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi.
- Azərbaycan Respublikasının milli maraqlarının, Azərbaycan Respublikasının Rumıniyada yaşayan vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafelərinin qorunması.
Mükafatları
redaktə- "Sankt-Peterburqun 300-illiyi", "Rusiya donanmasının 300-illiyi" və Rusiyanın görkəmli dövlət xadimi və diplomat A. M. Qorçakov adına medallar ilə təltif edilib.[11]
- Azərbaycan Respublikası Prezidentinin 09 iyul 2019 il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[12]
- 09 iyul 2019 il tarixində Azərbaycan Respublikasının Xarici İşlər nazirliyinin "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif olunub.
- Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiyası Nazirliyinin "Diplomatik xidmətə görə" II dərəcəli medalı (30 oktyabr 2023-cü il)
- "Şərəf" ordeni (Moldova) (12 dekabr 2023)[13][14][15]
- Moldova Respublikası Daxili İşlər Nazirliyinin “Əməkdaşlığa görə” medalı (27 dekabr 2023-cü il)
- Moldova Hökumətinin Fəxri Diplomu (28 dekabr 2023-cü il)[16]
İstinadlar
redaktə- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az. 2023-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-17.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az. 2023-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-17.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az. 2023-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-17.
- ↑ "Распоряжение Президента Азербайджанской Республики Об отзыве Г.Д.Османова с должности генерального консула Азербайджанской Республики в городе Санкт-Петербург Российской Федерации » Официальный сайт президента Азербайджанской Республики". president.az (rus). 2023-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-17.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az. 2023-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-17.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az. 2023-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-17.
- ↑ "Бывший генконсул Гудси Османов назначен на новую должность". 2013-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az. 2023-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-17.
- ↑ "Q.D.Osmanovun Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-08.
- ↑ "Q.D.Osmanovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-09.
- ↑ В САНКТ-ПЕТЕРБУРГЕ ОТМЕТИЛИ ДЕНЬ ДИПЛОМАТИЧЕСКОГО РАБОТНИКА
- ↑ "Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-09.
- ↑ "Указ Президента Республики Молдова от 12 декабря 2023 года № 1235 «о награждении господина Гудси Дурсун оглу Османова орденом «Ordinul de Onoare»". 2023-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21.
- ↑ "Președinta Maia Sandu s-a întâlnit cu ambasadorul Republicii Azerbaidjan la Chișinău, E.S. Gudsi Osmanov". Президент Молдавии Официальный сайт (md). 2023-12-13.
- ↑ "Президент Молдовы наградила посла Азербайджана орденом «Почета»". Azertag (rus). 2023-12-13. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-15.
- ↑ https://azertag.az/xeber/moldovanin_bas_naziri_dorin_rechan_qudsi_osmanovu_fexri_diplomla_teltif_edib-2868571 (#bare_url_missing_title). 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.