Pyer Burdye - Wikipedia
Pyer Burdye (fr. Pierre Bourdieu, 1 avqust 1930[1][2][…] – 23 yanvar 2002[3][2][…], XII arondisman, Fransa[4]) — fransız filosofu, sosioloqu.
Pyer Burdye | |
---|---|
fr. Pierre Bourdieu | |
Doğum tarixi | 1 avqust 1930[1][2][…] |
Vəfat tarixi | 23 yanvar 2002[3][2][…] (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi[5] |
Dəfn yeri | |
Əsas maraqları | sosiologiya[6] |
Təsirlənib | Karl Marks, Qotfrid Leybnits, Mişel Fuko, Emil Durkhaym, Maks Veber, Klod Levi-Stross, Lüdviq Vitgenşteyn, Foma Akvinalı, Aristotel, Jan Pol Sartr |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAli Normal Məktəbi (1954) bitirmişdir. 1955– 64-cü illərdə Mulen, Paris, Lill təhsil müəssisələrində fəlsəfədən dərs demiş, 1964–2001-ci illərdə Sosial Elmlər Ali Məktəbinin (Paris) professoruru, 1982 –2001-ci illərdə Kollej de Fransın sosiologiya kafedrasının müdiri, 1985–98 illərdə Parisdə Avropa Sosiologiya Mərkəzinin direktoru, 1975-ci ildən "Actes de la recherche en sciences sociales" jurnalının baş redaktoru, 1998-ci il — dən "Liber-Raisons d’agir" nəşriyyatının rəhbəri olmuşdur.[7]
Fəaliyyəti
redaktəBurdye əsas sosioloji ziddiyyətin – sosial struktur ilə sosial hərəkət arasındakı uçurumun aradan qaldırılmasının variantını təklif etmişdir. Onun "genetik strukturalizm" konsepsiyası obyektivist (E. Dürkheym, K. Marks və strukturalizm) və subyektivist (M. Veber fenomenologiya və etnometodologiya) metodologiyalarının sintezinə cəhddir: "strukturlaşdırıcı struktur" Burdyeyə görə, habitus obyektiv strukturları, subyektiv intensiyaları (niyyətləri) və hərəkətləri birləşdirir. Sosial məkan, sahə, kapital və habitus B. konsepsiyasının əsas anlayışlarıdır.[7]
B-yə görə, sosial gerçəklik həm obyektiv – müxtəlif növ resursların bölüşdürülməsində obyek — tivləşdirilmiş sosial münasibətlərlə, həm də subyektiv – sosial münasibətlərə əks, fəal təsir göstərən sosial təsəvvürlər və yer dəyişmələrlə (dispozisiyalarla) strukturlaşdırılmışdır. Burdyeyə əsasən, sosial məkan çoxlu nisbətən muxtar yarımməkanlardan – "sahələrdən" ibarət olur. Sahəni oyunun strukturları, yerdəyiş mələri, qaydaları və istinadları müəyyən edir. Hər bir sahə predmetləşmiş forması "kapital" adlanan öz sosial münasibətlər tipi ilə qurulur. Kapital onun özünə müvafiq sosial oyunun başlıca məqsədi və va sitəsi kimi çıxış edən hökmranlıq strukturudur.[7]
Burdye kapitalı üç əsas növə ayırmışdır: iqtisadi, mədəni, sosial. Müxtəlif vaxtlarda onun tədqiqat obyekti təhsil, ədəbiyyat, iqtisadiyyat, bürokratiya sahələri olmuşdur. Burdyenin ideyaları E. Gid densə, sosiologiyada "tənqidi realizm" (ingilis alimləri R. Bhaskar, Marqaret Arçer və b.) və "praktiki dönüş" nəzəriyyə çilərinə [Karin D. Knorr-Setina, T. R. Şatski (ABŞ) və b.], tarixçilərə (R. Darnton, ABŞ; E. Hobsbaum, B. Britaniya; R. Şartye, Fransa) təsir göstərmişdir.[7]
II dünya müharibəsi sonrasında ən yaradıcı alimlərindən biri olan Pyer Burdye müasir sosiologiyanın əsas nəzəriyyəçilərindən biridir.
İstinadlar
redaktə- ↑ 1 2 bioqrafiya.
- ↑ 1 2 3 4 Pierre Félix Bourdieu // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Fichier des personnes décédées mirror.
- ↑ https://www.lemonde.fr/archives/article/2002/01/25/pierre-bourdieu-est-mort_4213993_1819218.html.
- ↑ https://fh.mdp.edu.ar/revistas/index.php/pasadoabierto/article/view/3264/4256.
- ↑ 1 2 3 4 Burdye// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 82.
Xarici keçidlər
redaktə- "Социологическое пространство Пьера Бурдье" — сайт, посвященный Пьеру Бурдье, с большим количеством текстов и справочных материалов
- Пьер Бурдье "Негарантированность повсюду" Arxivləşdirilib 2010-12-25 at the Wayback Machine
- Пьер Бурдье "Общественное мнение не существует"
- HyperBourdieu@WorldCatalogue
- После Бурдье: политика теории и практика рефлексии (раздел о Бурдьё в "Новом литературном обозрении", № 60)
- Ширшова, И. Основные понятия концепции Пьера Бурдье Arxivləşdirilib 2008-09-25 at the Wayback Machine // Альманах "Восток". — 2004. — № 11, ноябрь.
- Базиль Львофф. Сми как пространство обращения капитала известности (сравниваются идеи П. Бурдье и Элвина Тоффлера)
- Некоторые работы Arxivləşdirilib 2009-06-09 at the Wayback Machine
- Пьер Бурдье в Рунете