Pxencxan - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Pxençxan(kor. 평창군) - Cənubi Koreyada eyni adlı bölgənin mərkəzi.
Pxençxan | |
---|---|
37°22′03″ şm. e. 128°23′45″ ş. u.HGYO | |
Ölkə | Cənubi Koreya |
Bölgə | Kanvando |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1387 |
Sahəsi | 116,31 km² |
Mərkəzin hündürlüyü | 600 m |
İqlimi | musson |
Saat qurşağı | UTC+9 |
Əhalisi | |
Əhalisi | 9.013 nəfər |
Sıxlığı | 77,49 nəf./km² |
Rəsmi dili | Koreya dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +82 33 |
Poçt indeksi | 232700–232956 |
Digər | |
en.yes-pc.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəPxençxanın tarix boyu bir neçə dəfə adı dəyişdirilmişdir. Eramızdan əvvəl Uko,daha sonralar Peqo adlanmışdır. Koryö dövlətinin mövcudluğu dövründə bu ərazi rayon statusu alır və mərkəzi ilə birlikdə hazırkı adını alır. Rayon sərhədlərində 1996-cı ilə qədər bir çox dəyişikliklər edilmişdir.
Coğrafiya
redaktəŞəhər Pxençxanqan çayının sahilində paytaxt Seuldan 180 km şərqdə yerləşir.
Əhali
redaktə2016-cı il siyahıya almasına əsasən şəhərin nüfuzu 9013 nəfərdir.
İqtisadiyyat
redaktəPxençxanda ipək,bal və tənbəki istehsal edən sənaye obyektləri var.Bundan başqa şəhər mühüm alpinizm və qış idmanı mərkəzidir.
İdman
redaktəPxençxan bölgəsi 2018 Qış Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etsə də heç bir qarşılaşma şəhər mərkəzində keçirilməyəcək.