Puldest - Wikipedia
Puldəşt (və ya Ərəblər) (fars. پلدشت) — İranın Qərbi Azərbaycan ostanının şəhərlərindəndir və Puldəşt şəhristanının inzibati mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,584 nəfər və 2,205 ailədən ibarət idi[3]. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.[4]
Puldəşt | |
---|---|
39°20′53″ şm. e. 45°04′16″ ş. u.HGYO | |
Ölkə | |
Əhalisi | |
Əhalisi | |
Şəhərin əski adı Ərəblər olsa da sonradan 1938-ci ildə farslaşdırılaraq Puldəşt adı verilmişdir.[4] Hazırkı rəsmi adı olan Puldəşt farsca "körpü" mənasını verən "pul", və "düz, düzənlik, çöl" mənalarını verən "dəşt" sözlərindən ibarətdir; adın mənası "körpü yanında yerləşən düzənlik" kimi açıqlana bilər.
Puldəşt şəhərinin yerləşdiyi Puldəşt şəhristanı Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli və Şərur rayonları ilə həmsərhəddir.
İstinadlar
redaktə- ↑ https://www.amar.org.ir/Portals/0/census/1395/results/tables/jamiat/tafsili/shahrestan/jamiat04.xls.
- ↑ جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
- ↑ ""Census of the Islamic Republic of Iran, 1385 (2006)"". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-13.
- ↑ 1 2 Official website of Governor of Poldasht county :شهرستان پلدشت Arxivləşdirilib 2018-04-23 at the Wayback Machine