Pul Kredit Siyaseti - Wikipedia
Monetar siyasət (ing. Monetary policy) — zamanı iqtisadiyyat pul və onun alətləri vasitəsilə idarə edilir və tənzimlənir. Monetar siyasətdən XIX əsrlərin sonlarından etibarən istifadə edilməyə başlanılıb. Bu siyasət faiz dərəcəsinin iqtisadiyyata təsirinə əsaslanır və borc götürülən pulun qiymətini və pulun məcmu təklifini dəyişir. Monetar siyasət bunları idarə etmək üçün müxtəlif alətlərdən istifadə edir ki bu da iqtisadi artıma, inflyasiyaya, işsizliyə və məzənnəyə təsir göstərir[1]. Belə ki, əgər valyutanın buraxılışı bir mərkəzdən həyata keçirilirsə və ya iqtisadi subyektlər üçün pulu təmin edən bankların mərkəzi banka tabe olduğu nizamlama sistemi mövcuddursa, monetar siyasət (iqtisadi məqsədlərə çatmaq üçün) pul təklifini və faiz dərəcəsini idarə edir. 1970-ci ildən bəri monetar siyasət ümumilikdə fiskal siyasətdən ayrı həyata keçirilir[2]. Hətta bundan əvvəl Bretton Vuds sistemi də dövlətin iki siyasəti ayrılıqda formalaşdırımasını təklif edirdi[3].
Modern dövrdə əksər ölkələrdə monetar siyasəti həyata keçirən müstəqil qurumlar (ABŞ-də Federal Ehtiyatlar Sistemi, İngiltərə Bankı, Avropa Mərkəzi Bankı, Çin Xalq Bankı, Yeni Zellandiya Ehtiyat Bankı və Yaponiya Bankı) mövcuddur. Ümumilikdə bu qurumlar mərkəzi bank adlandırılırlar və adətən maliyyə sistemindəki əməliyyatların düzgün və səlis həyata keçirilməsinə məsuldurlar[4].
Monetar siyasətin növləri
redaktə- Daraldıcı siyasət yeridilirsə — bu zaman pul təklifi azaldılacaq və ya az artırılacaq, yaxud faiz dərəcəsi yüksəldiləcək.
- Genişləndirici siyasət zamanı isə pul təklifi kəskin artacaq və ya faiz dərəcəsi azaldılacaq.
Bundan əlavə monetar siyasətin məqsədindən asılı olaraq aşağıdakı növləri var:
- Yumşaq pul siyasəti — Mərkəzi bank faiz dərəcəsin aşağı salmaqla iqtisadi artıma təkan verir
- Neytral pul siyasəti — Mərkəzi bank faiz dərəcəsində dəyişiklik etmir. Beləliklə nə iqtisadi artım təşviq edilir nə də inflyasiya ilə mübarizə aparılır.
- Sərt pul siyasəti — bu zaman faiz dərəcəsi yuxarı səviyyədə saxlanmaqla inflyasiya azaldılır.
Monetar siyasətin alətləri
redaktəMonetar siyasətin əsas alətlərindən biri açıq bazar əməliyyatlarıdır[5]. Bu alət dövlət istiqrazlarının, şirkətlərin səhmləri və xarici valyutaların alınması və satılması ilə pulun miqdarı idarə edilməsinə səbəb olur. Bütün bu əməliyyatlar zamanı az ya da çox həcmdəki valyuta bazar dövriyyəsindən çıxır və ya dövriyyəyə daxil olur[6]. Adətən qısa müddətli açıq bazar əməliyyatlarının səbəbi qısa müddətli faiz dərəcəsinə nail olmaqdır. Digər tərəfdən isə bu əməliyyatlar hər hansı xarici valyutada (və ya qızılda) xüsusi mübadilə dərəcəsini qoruyub saxlamağa xidmət edir. Monetar siyasətdə istifadə edilən digər əsas alətlərə isə aşağıdakılar daxildir:
- Diskont faiz dərəcəsi,
- Məcburi ehtiyat norması,
- Mənəvi razısalma (ing. Moral suasion),
- Açıq ağız əməliyyatları (ing. Open Mouth Operations)
Monetar siyasət likvidlik tələsində effektsizdir. İnflyasiya və faiz dərəcəsi sıfıra yaxın olduqda Mərkəz Bankı ənənəvi yollarla monetar siyasət həyata keçirə bilmir[7]. Bu zaman qeyri ənənəvi üsullar tətbiq edir: dövlət istiqrazları almaqdansa, korporativ qiymətli kağızlar almaqla istehsalın artımını təmin edir ya da uzunmüddətli istiqrazlar alır və qısa müddətli istirazlarını satır[8].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Friedman, B.M. Monetary Policy // International Encyclopedia of the Social & Behavioral Sciences. 2001. 9976–9984. doi:10.1016/B0-08-043076-7/02257-9. ISBN 9780080430768.
- ↑ "Federal Reserve Act". Federal Reserve Board. May 14, 2003. May 17, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 19, 2020.
- ↑ Levy Yeyati, Eduardo; Sturzenegger, Federico. Monetary and Exchange Rate Policies // Handbooks in Economics. Handbook of Development Economics. 5. 2010. 4215–4281. doi:10.1016/B978-0-444-52944-2.00002-1. ISBN 9780444529442.
- ↑ Expansionary Monetary Policy: Definition, Purpose, Tools Arxivləşdirilib 2021-04-28 at the Wayback Machine. The Balance.
- ↑ Abdel-Monem, Tarik. "What is The Gold Standard?". University of Iowa Center for The Center for International Finance and Development. 2009-11-21 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Bordo, Michael D., 2008. "monetary policy, history of," The New Palgrave Dictionary of Economics, 2nd Edition. Abstract Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine and pre-publication copy. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- ↑ "Bank of England founded 1694". BBC. March 31, 2006. February 19, 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 19, 2020.
- ↑ "History of the Bank of England - Bank of England". 2019-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-19.