Psixo Film 1960 - Wikipedia
"Psixo" (ing. Psycho) — rejissor Alfred Hiçkokun filmi.
Psixo | |
---|---|
ing. Psycho | |
Janr |
triller qorxu |
Əsas mövzu | seriyalı qatil |
Rejissor | Alfred Hiçkok |
Prodüser | Alfred Hiçkok |
Ssenari müəllifləri | |
Baş rollarda |
Entoni Perkins Canet Li |
Operator | Con L. Rassell |
Bəstəkar | Bernard Herrmann |
İstehsalçı | Paramount Pictures |
Distribütor | Paramount Pictures |
İlk baxış tarixi | 1960, 7 oktyabr 1960[2], 17 avqust 1960[3], 8 sentyabr 1960[3] |
Filmin digər adı | Psixoz |
Filmin növü | bədii film |
Müddət | 109 dəqiqə |
Büdcə | 806 min $ |
Gəlir | 32 milyon $ |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
İl | 1960 |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Kaliforniya, Arizona |
IMDb | ID0054215 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktəGənc qadın Merion Kreyn müdirin ona etibar etdiyi 40 min dollar pulu oğurlayır. O, bunun cinayət olduğunu düşünməyərək öz-özünə pulları oğurlayır. Merion sadəcə olaraq şəhərdən getmək və öz sevgilisi ilə yeni həyata başlamaq istəyir. Qaçış zamanı avtomobili idarə edərkən daxili gərginlikdən yorulan qız maşını şose yoluna döndərmək və gecəni oradakı boş moteldə keçirmək qərarına gəlir. Burada polis onu tapa bilməzdi. Burada isə onu qorxulu cəza gözləyirdi. Moteli Norman Beyts adli gənc oğlan idarə edir. O, şəxsi iztirab çəkir: moteldə onunla birlikdə sevimli, lakin çoxdan ölmüş anası yaşayır. Normanda Meriona meyil yaranır. Amma onun "anası" oğlunun hislərinin qəti əleyhinə çıxır. "O" Normandan tələb edir ki, Meriondan uzaqlaşsın. Bu tələbinə rədd cavabı alandan sonra isə qızı öldürmək qərarına gəlir və öz fikrini Merion duş qəbul edərkən həyata keçirir. Bu vaxt Merionu axtaran şəxsi xəfiyyə Milton Arboqast ortaya çıxır. O, Normanın qorxulu sirrini açmağa çalışır. Lakin tapdığı faktları qızın sevgilisinə və bacısına çatdıra bilmir. Çünki Norman Arboqastı da öldürür.
Ancaq hər halda nəhayət ki, qızın bacısı və sevgilisi Normanı birlikdə dolaşığa sala bilirlər. Yalnız onda məlum olur ki, Normanın anası çoxdan ölüb və motelin sahibi onun qurumuş meyitini ehtiyatla otaqların birində kresloda oturmuş vəziyyətdə saxlayıb.
Film haqqında
redaktə- Alfred Hiçkokun sonuncu ağ-qara filmidir.[4]
- Öz karyerasının başlanğıcında yeni sima olan aktyor Entoni Perkins daha çox ikinci Ceyms Din kimi tanınırdı. Lakin onun bu Hiçkokun bu filmində çəkilməsi cəmiyyətin ona olan fikrini tamamilə dəyişir.[5]
Mükafatlar
redaktə- Ən yaxşı bədii film – Cozef Stefano, Robert Blox
1961-ci ilin "Qızıl qlobus" mükafatı:
redaktə- İkinci planda ən yaxşı aktrisa – Canet Li
- Ən yaxşı rejissor işi – Alfred Hiçkok
- Ən yaxşı operator işi – Con L. Rassell
- İkinci planda ən yaxşı aktrisa – Canet Li
- Ağ-qara filmdə ən yaxşı quruluşçu rəssam işi – Cozef Hörli, Robert Kletvorti, Corc Maylo
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Əsərin müəllifi : Robert Blox (roman)
- Ssenari müəllifi : Cozef Stefano
- Rejissor : Alfred Hiçkok
- Operator : Con L. Rassell
- Bəstəkar : Bernard Herrmann
- Prodüser : Alfred Hiçkok
Rollarda
redaktə- Entoni Perkins – Norman Beyts
- Canet Li – Merion Kreyn
- Vera Maylz – Merionun bacısı Layla
- Con Gevin – Sem Lumis
- Martin Balsam – detektiv Milton Arboqast
- Con Makintayr – şerif El Çambers
- Saymon Oklend – Fred Riçmond
- Von Teylor – Corc Louveri
- Frenk Albertson – Tom Kessidi
- Laren Tattl – şerifin xanımı Eliza
- Patrisiya Hiçkok – Kerolin
- Con Anderson – Çarli
- Mort Mayllz – polis zabiti
İstinadlar
redaktə- ↑ https://www.siamzone.com/movie/m/2880.
- ↑ Lexicon of international films (alm.). Zweitausendeins.
- ↑ 1 2 IMDb (ing.). 1990.
- ↑ Cellania. "Psycho: Alfred Hitchcock's Scariest Film" (ingilis). Neatorama. 28.06.2012. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-08.
- ↑ "Only the most talented actors have the nerve to tackle roles that push them to their physical and mental limits". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.
Mənbə
redaktə- "Kinonun 10 ən yaxşı manyakı". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 40-41.