Prokliyan Golu - Wikipedia
Prokliyan gölü (xorv. Prokljansko jezero) — Xorvatiyanın Dalmaçiya regionunda, Skradin və Şibenik şəhərlərinin yaxınlığında yerləşən göl.[1]
Prokliyan gölü | |
---|---|
xorv. Prokljansko jezero | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 500 m |
Sahəsi | 11,1 km² |
Dərin yeri | 25 m |
Tökülən çaylar | Krka, Quduça |
Yerləşməsi | |
43°52′45″ şm. e. 15°55′21″ ş. u.HGYO | |
Ölkə | Xorvatiya |
Region | |
Yerləşməsi |
Skradin Şibenik |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəProkliyan gölü Xorvatiyanın ən böyük 3-cü gölüdür. Krka Milli Parkında və Krka çayının cənubunda yerləşən göl, 11,1 kvadrat kilometrlik bir sahəni əhatə edir[1]. Dəniz səviyyəsindən yüksəkliyi 0,5 metrdir. Gölün ən dərin yeri 25 metrdir.[1] Gölün dənizlə əlaqəsi olmasına baxmayaraq yüksək duzluluq dərəcəsinə sahib deyil. Gölün aşağı təbəqələrində su duzludur, səthinin yaxınlığında isə şirinsu mövcuddur. Gölün şimal hissəsi dayazdır. Gölün şimal hissəsinin orta dərinliyi təxminən 4 metrdir. Cənub hissəsi isə 20 ilə 25 metr arasındadır. Gölün əsas qolu, mənbəyi Bosniya və Herseqovina-Xorvatiya sərhədinin yaxınlığında yerləşən Krka çayıdır. Çay Knin şəhərindən keçərək, Skradin şəhərinin yaxınlığında yerləşən Prokliyan gölünə axır.
Görməli Yerləri
redaktəGölün şimal hissəsində antik dövrdən orta əsrlərə qədər gedib çatan xarabalıqlara sahib olan Stipanas adında kiçik bir adacıq mövcuddur.
İqtisadiyyatı
redaktəKrka Milli Parkı, Skradin şəhərindən təxminən on beş kilometr uzaqlıqda yerləşən və hər il təxminən 700 min ziyarətçini cəzb edən məşhur bir turizm mərkəzidir.
Balıqçılıq
redaktəProkliyan gölündə bütün il balıq ovçuluğu olur. Şirinsu və duzlu suya sahib olduğundan ötəri bu balıqlar ovlanılır:
- Çipura balığı
- Pilot balığı
- Adi palamud
- Tuna balığı
- Kalmar
- Anguillidae
- Treska balığı
- Kumja balığı
İstinadlar
redaktə- ↑ 1 2 3 ""Coğrafi və meteoroloji məlumatlar"" Arxivləşdirilib 2016-08-03 at the Wayback Machine (PDF). Statistika İlliyi. Xrovatiya Statistika Şöbəsi. 2009. Alındı 2011-09-20.