Primorsk Cereyani - Wikipedia
Primorsk cərəyanı (Liman cərəyanı[1], və ya Şrenka cərəyanı[2]) — Yapon dənizinin soyuq dəniz cərəyanlarından biri.
Primorsk cərəyanı | |
---|---|
| |
Ümumi məlumatlar | |
Akvatoriya | Sakit okean |
Tip | Soyuq |
Orta axın cərəyanı | 1 |
Hidroqrafiya
redaktəPrimorsk cərəyanı Tatar boğazından başlayır. Xabarovsk və Primorsk diyarlarının sahili boyunca şimaldan cənuba doğru istiqamətdə hərəkət edir[3][4]. Cərəyanın suları soyuqdur. Amur çayının mənsəbindən başladığından duzluğu azdır. Amur limanına kimi onun duğluğu 5-dən 15 ‰ qədər artır. Ancaq Soya cərəyanının bu arada düzluğu isə 33,8–34,5 ‰[5] təşkil edir. Cərəyanın güçü 1 km/s olur. Bəzi yerlərdə 2–2,5 km/s çata bilir. Cərəyanın eni 100 km, dərinliyi 50 metrdir Povorotnıy burnu yaxınlığında cərəyan iki qola ayrılır. Biri açıq dənizə digəri isə Koreya sahilləri istiqamətinə yönəlir (Şimali Koreya cərəyanı).
Əhəmiyyəti
redaktəPrimorsk və Tsuşima cərəyanları Yapon dənizinin əsas su sirkulyasını icra edir. Bu cərəyanın səbəbindən kontinental bölgələrin iqlimi mülayım, yayı sərin olur. Yay ayları güçlü tuman müşahidə edilir.
İstinadlar
redaktə- ↑ "История исследования Японского моря". 2014-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.
- ↑ "корейские моря :: Корея: страна и люди :: Авторские проекты на Восточном портале". 2013-02-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-22.
- ↑ "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.
- ↑ "Arxivlənmiş surət". 2013-12-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.
- ↑ "АТЛАС ПО ОКЕАНОГРАФИИ БЕРИНГОВА, ОХОТСКОГО И ЯПОНСКОГО МОРЕЙ". 2013-01-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-18.