Pristina Beynelxalq Hava Limani - Wikipedia
Adem Yaşari adına Priştina Beynəlxalq Hava limanı — (alb. Aeroporti Ndërkombëtar i Prishtinës Adem Jashari; serb. Међународни аеродром Приштина) — Kosovo Respublikasının paytaxtı Priştinadan 15 km cənub-qərbdə yerləşən beynəlxalq hava limanı.
Priştina Beynəlxalq Hava Limanı | |
---|---|
42°34′22″ şm. e. 21°02′09″ ş. u.HGYO |
|
IATA: PRN – ICAO: BKPR | |
Məlumat | |
Hava limanı tipi | Hərbi |
Ölkə | Kosovo |
Açılış tarixi | 1965 |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəHava limanı 1965-ci ildə inşa edilmiş və 1990-cı ilədək Belqrada uçuşlar təşkil edən yerli hava yolları üçün xidmətdə olmuşdur. 1990-cı ildən hava limanına beynəlxalq status verilmişdir. Slatina Hava limanı İsveçrə və Almaniya hava limanlarından müntəzəm uçuşlar qəbul etmişdir.
1999-cu ilin martından 15 oktyabra kimi hava limanı hərbi məqsədlər üçün istifadə edilmişdir. 1999-cu il 15 oktyabrında artıq mülki sərnişin təyyarələrini qəbul etmişdir[1].
Yuqoslaviya müharibəsi
redaktəNATO-nun Yuqoslaviyaya qarşı müharibəsi zamanı Yuqoslaviya HHMQ aid 83 qırıcı bölüyü yerləşirdi. Ancaq NATO tərəfindən təşkil edilən hava hücumu zamanı 37 MiQ-21 təyyarəsindən yalnız 12-si zərər görməmişdir.
Xüsusiyyətləri
redaktəUçuş eniş zolağının uzunluğu 2500 metrdir. Bir çox yollara, texniki, təmir, yaşayış binalarına və anqarlara sahibdir. Hava limanı istənilən müasir növ təyyarəni qəbul etmək imkanına sahibdir.
Priştina Beynəlxalq Hava Limanı bölgədəki ən yüklənmiş hava limanıdır. Buradan hər il təxminən 17 min uçuş həyata keçirilir və hava limanı 1,2 milyon sərnişinə xidmət edir. 2008-ci il nəticələrinə əsasən aeroportun gəlirləri 25 milyon avro təşkil edir[2]. Hava limanı dünyanın 35 avia şirkəti ilə əməkdaşlıq edir[3].
Priştina Beynəlxalq Hava Limanının bir hissəsi KFOR əsgərləri tərəfindən hərbi hava bazası kimi istifadə olunur (ing. Slatina Air Base)[4]. Hərbi terminal hava limanının mülki sektorundan müəyyən məsafədə yerləşir. Əsasən hava limanı kompleksinin şərq hissəsində, aeroportun yeraltı obyektlərində qərarlaşır[5][6].
İstinadlar
redaktə- ↑ Priştina Beynəlxalq Hava Limanı
- ↑ "Kosovo yeganə beynəlxalq hava limanını satır". 2009-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
- ↑ Косово сложило крылья Arxivləşdirilib 2011-11-11 at the Wayback Machine (rus.)
- ↑ (ing.)
- ↑ "Priştina Beynəlxalq Hava Limanının sxemi". 2011-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
- ↑ "(YouTube.com)". 2017-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.