Prespa Golu - Wikipedia
Prespa — cənub-şərqi Avropada Albaniya, Yunanıstan və Makedoniya arasında bölünən iki şirin su gölünün adıdır. Ümumi səthinin sahəsinin 176.3 km²-i Makedoniya Respublikasına, 46.3 km²-i Albaniyaya və 36.4 km²-i Yunanıstana aiddir. Bunlar, 853 metr yüksəklikdəki Balkan yarımadasındakı ən yüksək tektonik göldür.
Prespa gölü | |
---|---|
alb. Liqeni i Prespës yun. Λίμνες Πρέσπες mak. Преспанско Езеро | |
| |
Ümumi məlumatlar | |
Tipi | Tektonik |
Mütləq hündürlüyü | 853 m |
Eni | 17000 km |
Uzunluğu | 28000 km |
Sahil uzunluğu | 107 km |
Sahəsi | 259 km² |
Dərin yeri | 54 m |
Orta dərinliyi | 54 m |
Yerləşməsi | |
40°52′ şm. e. 21°06′ ş. u.HGYO | |
Ölkələr | |
Yerləşməsi | Balkan Yarımadası (Yunanıstan, Albaniya və Makedoniya) |
Adalar | Qolen Qrad, Mal Qrad |
|
|
Rəsmi adı | Lake Prespa |
Tarixi | 4 aprel 1995 |
İstinad nöm. | 726[1] |
Rəsmi adı | Albanian Prespa Lakes |
Tarixi | 13 iyun 2013 |
İstinad nöm. | 2151[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Prespa Gölü (alb. Liqeni i Prespës, yun. Μεγάλη Πρέσπα, mak. Преспанско Езеро) Albaniya, Yunanıstan və Makedoniya arasında bölünmüşdür. Kiçik Prespa Gölü (alb. Prespa e Vogël, yun. Μικρή Πρέσπα) yalnız Yunanıstan (138 km² drenaj sahəsi, 42.5 km² səth sahəsi) və Albaniya (51 km² drenaj sahəsi, 4.3 km² səth sahəsi) arasında bölünmüşdür.
Ərazi, Albaniya, Yunanıstan və Makedoniya Respublikasında olan üç Milli parka aiddir. Prespa gölləri ərazisindəki ən böyük yaşayış məntəqəsi Makedoniya Respublikasında olan Resen qəsəbəsidir. 2014-cü ildə Albaniya ilə Makedoniya arasındakı Ohri-Prespa Transsərhəd Qoruğu UNESCO-nun Dünya Biosfer Qoruğu Şəbəkəsinə əlavə edildi.[3]
Tarixi
redaktəXX əsrdə Çar Samuyil, sərhədin Yunanıstan tərəfindəki Kiçik Prespa gölündəki Aqiyos Açilliyos adlı bir ada üzərində Müqəddəs Açilliyus qalasını və kilsəsini inşa etdi. Makedoniya tərəfindəki Böyük Prespa gölündəki ən böyük ada, Qolen Qrad (azərb. Böyük Şəhər) və Zmiski Ostrov (azərb. İlan Adası)-dur. Digər ada Mal Qrad (Albaniyadakı kiçik bir qəsəbə), Müqəddəs Pyotra həsr olunmuş XIV əsrdən qalma dağılmış bir monastırın olduğu yerdir. Bu gün, hər iki ada da boşdur.
Böyük Prespa Gölü qərbdə yalnız təxminən 10 km-lik bir sahədə olan Ohri gölündən təxminən 150 metr uzaqlıqda olduğu üçün, sular Karstaki yeraltı kanallarından keçməkdə və Ohri Gölünə axan çayları bəsləyən bulaqlardan çıxmaqdadır.[4]
Vəhşi Həyatı
redaktəGöldə yalnız 11 yerli balıq növü bilinir, ancaq bunların 9-u endemikdir: Prespa İnci Balığı ; Alburnus belvica ; Barbus prespensis ; Chondrostoma prespense ; Cobitis meridionalis ; Pelasgus prespensis ; Rutilus prespensis ; Salmo peristericus və Squalius prespensis [5]
Qalereya
redaktəHəmçinin Bax
redaktəİstinadlar
redaktə- ↑ "Lake Prespa". Ramsar Sites Information Service. 2020-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2018.
- ↑ "Albanian Prespa Lakes". Ramsar Sites Information Service. 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2018.
- ↑ "UNESCO-nun Dünya Biosfer Qoruğu Şəbəkəsinə əlavə edilən on üç yer - UNESCO". 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- ↑ Tomas Vilke, Risto Vayinola, Frank Riyedel (2009), Qədim Göllərdə Türləşmənin növləri və Prosesləri: Qədim Göllərdə Türləşmə Simpoziumu, Berlin, Almaniya, Sentyabr 4-8, 2006 (Hidrobiyologiyadakı İnkişaflar) Arxivləşdirilib 2022-06-11 at the Wayback Machine, səh. 107, Springer, ISBN 1-4020-9581-3
- ↑ Talevski, Miloseviç, Mariç, Petroviç, Talevska və Talevska (2009). İxtiyofauna'nın Prespa Gölünəki , Ohri Gölündəki və Skadar Gölündəki Biomüxtəliflik. Biotexnologiya və Biotexnologiya Avadanlıqları.[ölü keçid] Biotexnologiya və Biotexnologiya Avadanlıqları 23(2). ISSN 1310-2818