Pontlu Kleopatra - Wikipedia
Pontlu Kleopatra (e. ə. II əsr – e. ə. I əsr) — Pont şahzadəsi və Ermənistan kraliçası.
Pontlu Kleopatra | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | e. ə. II əsr |
Vəfat tarixi | e. ə. I əsr |
Atası | VI Mitridat Evpator |
Həyat yoldaşı | |
Uşaqları |
Pont kralı VI Mitridat və kraliça Laodikanın qızlarından biri idi. Kleopatra bəzən onu eyniadlı bacısından fərqləndirmək üçün Böyük Kleopatra kimi çağırılır və Pont Krallığında anadan olub və böyüyüb. O, erməni kralı Böyük Tiqranın arvadı idi.
Eramızdan əvvəl 94-cü ildə Tiqranla evlənərək Pont və Ermənistan arasında ittifaqı möhkəmləndirdi. Tiqranın və bütün Ermənistanın həyatında həlledici rol oynadı. Kleopatra Tiqrandan üç oğul doğdu: Zariadres, Ermənistanlı II Artavazd və Tiqran və iki qız. Bir qızı Parfiya kralı I Pakora, digəri isə Midiya Atropatena kralı I Mitridatla evləndi.
Tiqran öz maraqlarına əsaslanaraq Roma Respublikasına qarşı Mitridatdan fərqli bir xarici siyasət seçdi və nəhayət eramızdan əvvəl 68-ci ildə Artaksata döyüşündən sonra Roma ilə müqavilə imzaladı, bunun nəticəsində Kleopatra atasının təsiri altında oğullarını Tiqranı satmağa təhrik etdi. Eramızdan əvvəl 66-cı ildə Qney Pompey kiçik Tiqranı ələ keçirdi və onu Romaya girov götürdü. Tiqran daha sonra eramızdan əvvəl 58-ci ildə Publi Klodi Pulkerin köməyi ilə qaçdı. Roma tarixçisi Askon hadisəni təsvir etmişdir. Oğullar taxtı Tiqrandan ələ keçirməyə uğursuz cəhd etdilər; Zariadres və onun kiçik qardaşı Tiqran tərəfindən edam edildi.
Kleopatra atasının yanına qaçdı və ömrünün qalan hissəsini Pontda yaşadı.