Piyada Kecidi - Wikipedia
Piyada keçidi — piyadaların yolun və ya küçənin digər tərəfinə təhlükəsiz keçməsini təmin etmək üçün yolun üzəri ilə müəyyən edilmiş və ya yeraltı və yerüstü tikilmiş yer. Yol hərəkəti haqqına qanuna əsasən, piyada keçidi xüsusi yol nişanları ilə göstərilməlidir.
Piyada keçidləri əsasən, ictimai nəqliyyat dayanacaqlarına yaxın, həmçinin, piyada axınının intensiv olduğu yerlərdə piyadaların hərəkətini tənzimləmək üçün qurulur. Qanunvericiliyə əsasən yolda istənilən hərəkətin təhlükəsizliyi yol-müfəttişi tərəfindən tənzimlənir.
Piyada keçidlərinin təsnifatı
redaktəYolun üzərində
redaktəYolun üzərində olan piyada keçidi (zebr) — yolun (və ya dəmiryolun), piyadaların keçidi üçün nəzərə alınmış hissəsi. Yol üzərində zolaqlarla çəkildiyi üçün zebr da adlandırılır.
Nizamlanmayan
redaktəNizamlanmayan piyada keçidi — ən sadə piyada keçididir. Belə keçidlərdə avtomobil və digər nəqliyyat vasitələrinin sürücüləri piyadalara yol verməlidir. Nizamlanmayan piyada keçidləri hərəkət intensivliyi nisbətən zəif olan yollarda (və ya küçələrdə) salınır. Bu cür keçidlər Azərbaycan Respublikası yol nişanlarına əsasən 5.16.1, 5.16.2 və 5.17.1, 5.17.2 "Piyada keçidi" nişanları ilə göstərilir. Nizamlanmayan piyada keçidlərinə, həmçinin işıqforla təchiz edilmiş piyada keçidləri də aiddir lakin bu halda yolu keçən zaman işıqforun göstəricisi nəzərə alınmalıdır.
Nizamlanmış
redaktəNizamlanmış piyada keçidləri — tam təchiz edilmiş, ştat rejimində işıqforla işləyən keçidlərdir.
Nizamlanmış piyada keçidləri əksər hallarda dörd yol ayırıcında salınır. Bu yollar xətlər ilə nişanlanmış və piyada və avtomobil işıqforlarını nizamlanmış olur.
Dörd yol ayırıcından kənarda nizamlanan piyada keçidləri mövcuddur, bu halda tələbə görə işıqforun işıqlarının dövrü intervalı azaldılmışdır.
Yoldan kənar
redaktəBu cür keçidlərə yeraltı və yerüstü piyada keçidləri aiddir. Bu keçidin salınması digərlərinə nisbətən çətindir. Buna görə də yeraltı və yerüstü piyada keçidləri nəqliyyatın daha sıx olduğu küçələrdə tikirlər. Yerüstü və yeraltı piyada keçidləri piyadaların yolu daha təhlükəsiz keçməsini təmin edir.
Yeraltı
redaktəAvtomobil yolları və ya dəmiryol yatağının keçid hissəsinin altında tikilir.
Yerüstü
redaktəYerüstü keçid (viaduk şəklində olan körpü) avtomobil yollarının və ya dəmiryol yatağının keçid hissəsinin üstündə tikilir.
Qayda pozuntusu
redaktəƏgər piyada yolun hərəkət istiqamətinin və ya dəmiryol keçidinin müəyyən edilmiş yerindən keçməzsə, Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 153.1–1 maddəsinə əsasən həmin piyadaya iyirmi manat məbləğində cərimə yazılır[1].
"Piyada keçidi" yol nişanı
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Resublikası Baş Dövlət Yol Polis ıdarəsi - Cərımələr". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-20.