Piyada Qosun Novu - Wikipedia
Piyada — Quru qoşunlarındakı əsas döyüş sinifidir. Müharibədə ən ön cəbhədə yer alan, lazım gəldikdə düşmən ordusu ilə qabaq-qabağa döyüşəcək əsgərlərdən formalaşdırılır. Piyadalar, timdən tabora qədər müstəqil birliklərin tərkibində xidmət edirlər.
Piyadanın əsas silahı avtomatdır.
Piyadanın müharibədə vəzifəsi: Atəş və manevrlər ilə düşmənə yaxınlaşmaq, onu əsir almaq, məhv etmək və ya atəş açaraq, yaxından döyüş və əks-hücum ilə düşmənin hücumunu dayandırmaq və düşməni geri çəkilməyə məcbur etməkdir. Bir bölgənin tam olaraq ələ keçirilməsi və nəzarət altında saxlanılması, ancaq piyada birliklərinin mövcudluğu ilə mümkündür.
Piyadalar öz vəzifələrinə görə müxtəlif siniflərə bölünürlər: Piyada, Mexanikləşdirilmiş Piyada, Motorlu piyada, Komando, Sərhəd, Tank əleyhinə, Minaatan və Hava-Desant Qüvvələri olaraq müəyyənləşdirilmişdirlər.[1]
Qalereya
redaktə-
Amerika Birləşmiş Ştatları piyadaları Bağdadda kəşfiyyat apararkən.
-
Alman ordusundakı motoatıcı piyadalar 2006-cı ildə keçirilmiş bir hərbi təlim zamanı.
-
Türk piyadaları Kosavada patrulda.
-
Türkiyənin təlim keçdiyi Somali ordusunun piyadaları.
İstinadlar
redaktə- ↑ "Kara Kuvvetleri Komutanlığı – Piyade Sınıfı". 2020-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-28.