Piri Murselzade - Wikipedia
Piri Mürsəlzadə və ya Pirqulu Mürsəlov (1892, Bakı – 1920, Bakı) — azərbaycanlı jurnalist, siyasətçi, repressiya qurbanı. "Müsavat" partiyasının Gənclər qolunun rəhbəri, "Səda" və "Azərbaycan" qəzetlərinin müxbiri.
Piri Mürsəlzadə | |
---|---|
Doğum tarixi | 1892 |
Doğum yeri | |
Vəfat tarixi | 1920 |
Vəfat yeri | |
Fəaliyyəti | jurnalist, publisist |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Aprel işğalından sonra bolşeviklər tərəfindən həbs edilərək güllələnib. Məmməd Əmin Rəsulzadə özünün "Azərbaycan Cümhuriyyəti" kitabında onu "istiqlal şəhidi" adlandırıb.
Haqqında
redaktəPiri Babaverdi oğlu Mürsəlzadə 1892-ci ildə Bakının Binəqədi kəndində anadan olub.[1] Bakı Real məktəbini bitirib. Bir müddət Binəqədi kəndində müəllimlik edib.[1]
1910-cu ildə Haşım bəy Vəzirov Səda mətbəəsini qurub.[2] Piri Mürsəlzadə də bu mətbəədə çap olunan qəzetlərdə əvvəlcə tərcüməçi daha sonra isə jurnalist kimi fəaliyyət göstərib.[1] "Səda" qəzetində fəaliyyət göstərdiyi vaxt 1911-ci il martın 18-də hökumət əleyhinə təbliğatda təqsirləndirilərək[3] bir neçə qəzetin jurnalistləri ilə birlikdə jandarma tərəfindən həbs olunub.[4][5] Qəzetin redaksiyasında axtarış aparılıb[6] bir neçə ay sonra isə qəzet bağlanıb.[7] Cəzasını çəkmək üçün Bayıl həbsxanasına göndərilib.[8] 1911-ci il aprelin 9-da həbsdən azad edilib.[9] Həbsdən buraxılsa da jandarma tərəfindən daim təqib olunub.[9]
Məmməd Əmin Rəsulzadə ilə tanış olduqdan sonra 1917-ci ildə Müsavat partiyasının Gənclər qolunun üzvü daha sonra isə rəhbəri olub.[10][11] 1917-ci ildə məhəlli hökumətin təşkilində kömək etmək məqsədilə Bakıdan Türküstana göndərilən 3 nəfərdən biri olub.[1] Burada Ümum-Rusiya Müəssislər Məclisinə Səmərqənd dairəsindən üzv seçilib.[12][13] Bir müddət fəaliyyət göstərdikdən sonra Bakıya geri qayıdıb.[1]
1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra dövlətin rəsmi mətbu orqanı olan Azərbaycan qəzetinin əməkdaşı olub.[5][14] Qəzetdə "Piri" imzası ilə yazılar yazıb.[14]
1919-cu il iyunun 13-də Denikin təhlükəsi əleyhinə Bakıda mitinq keçirilib. Müsavat Partiyası adından çıxış edən Piri Mürsəlzadə bütün təşkilat üzvlərinin Azərbaycanın müstəqilliyini qorumağa hazır olduğunu bildirib.[15]
1920-ci ildə Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin müttəfiq dövlətlər tərəfindən tanınması xəbərindən sonra yanvarın 14-ü bütün dövlət müəssisələrinin qulluqçuları üçün qeyri-iş günü elan edilib.[16] Həmin gün parlamentin təntənəli iclası, hərbi parad, mitinq və nümayişlər keçirilməsi keçirilib. Piri Mürsəlzadə də mitinqdə çıxış edərək sülh konfransının işindən ətraflı bəhs edib.[11]
Aprel işğalından sonra Həbib Cəbiyev tərəfindən həbs olunaraq 1920-ci ildə güllələnib.[10][17][18] Qəbrinin yeri bilinmir.[19] Ədəbiyyatşünas, şair Əmin Abid Gültəkinin yazdığına görə Piri Mürsəlzadə Qum adasında güllələndikdən sonra cəsədi dənizə atılıb.[20]
Məhəmməd Əmin Rəsulzadə özünün "Azərbaycan Cümhuriyyəti" kitabında onu "istiqlal şəhidi" adlandırıb.[21][22]
Şəkil
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Abid Gültəkin, Əmin. Buzlu cəhənnəm (türk). Azerbaycan Kültür Evi Yayınları. 2018. 76. ISBN 9786056603358.
- ↑ Aşırlı, Akif. Azərbaycan mətbuatı tarixi: 1875-1920 (az.). Bakı: Elm və təhsil. 2009. 107. 2024-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-30.
- ↑ Zeynalzadə, Ağarəfi. Jurnalistlər niyə həbs olunublar? // Azərbaycan mətbuat tarixi antologiyası (az.). Bakı: Elm və təhsil. 2011. 177.
- ↑ "პირკული მურსალოვი" [Pirqulu Mürsəlov]. საქართველოს ეროვნული არქივი [Gürcüstan Milli Arxivi] (gürcü). Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivi, fond 153, siyahı 3, iş 3319. 2022-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
- ↑ 1 2 İsayev, Orxan. "Rəsulzadənin "İstiqlal şəhidi" adlandırdığı binəqədili". xezernews.az. 2023-05-29. 2023-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-29.
- ↑ Mirzəyev, Mirzə Şərif. Материалы для истории тюркской печати на Кавказе (az.). Bakı: Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. 2007. 184.
- ↑ Aşırlı, Akif. Azərbaycan mətbuatı tarixi: 1875-1920 (az.). Bakı: Elm və təhsil. 2009. 108. 2024-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-30.
- ↑ Zeynalzadə, Ağarəfi. Jurnalistlər niyə həbs olunublar? // Azərbaycan mətbuat tarixi antologiyası (az.). Bakı: Elm və təhsil. 2011. 178.
- ↑ 1 2 Zeynalzadə, Ağarəfi. Jurnalistlər niyə həbs olunublar? // Azərbaycan mətbuat tarixi antologiyası (az.). Bakı: Elm və təhsil. 2011. 179.
- ↑ 1 2 ""Yaralı adamı duzlu su ilə dolu boçkaya saldılar" – Çekistlərin törətdiyi dəhşətlər". 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-05.
- ↑ 1 2 Quliyev, Vilayət. "1920-ci ilin sevinc dolu yanvar ayı - Azərbaycan Xalq Cümhuriyyəti-100". 525-ci qəzet. 2018-02-04. İstifadə tarixi: 2024-10-29.
- ↑ "Члены Учредительного Собрания // Биографический справочник М". www.hrono.ru. 2024-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-30.
- ↑ "Бакинцы - члены Всероссийского учредительного собрания". ourbaku.com. İstifadə tarixi: 2024-10-30.
- ↑ 1 2 Tohidi, Solmaz. "31 mart 1918-ci il Bakı hadisələri bir il sonra..." 525-ci qəzet. 2020-03-31. 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-29.
- ↑ Yaqublu, Nəsiman. Azərbaycan Milli İstiqlal Mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə (PDF) (az.). Bakı. 2001. 65. 2024-08-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-10-30.
- ↑ Əhmədova, Firdovsiyyə. "Azərbaycanın istiqlaliyyəti 90 il əvvəl beynəlxalq səviyyədə tanındı". Azərbaycan qəzeti. 2010-01-14. İstifadə tarixi: 2024-10-29.
- ↑ Hüseynov, Şirməmməd. "İlk cümhuriyyətimiz - olmuşlar və düşüncələr". 525-ci qəzet. 2019-02-04. İstifadə tarixi: 2024-10-29.
- ↑ Nəzərli, Əzizə. XI Красная Армия в Северном Азербайджане: оккупация, расправы, бесчинства (az.). Bakı: Elm və təhsil. 2014. 63. 2024-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-30.
- ↑ "Ədəbiyyat:Məzarı tapılmayan azərbaycanlı azadlıq fədailəri və repressiya qurbanları". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-05.
- ↑ Abid Gültəkin, Əmin. Buzlu cəhənnəm (türk). Azerbaycan Kültür Evi Yayınları. 2018. 77. ISBN 9786056603358.
- ↑ Rəsulzadə, Məhəmməd Əmin. Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1990. 80. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2023-11-07.
- ↑ "Azərbaycanlı şairin Rəsulzadəyə məktubu". 2023-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-05.
- ↑ "Bir şəklin tarixçəsi: Üzeyir Hacıbəyli və Məhəmməd Əmin Rəsulzadə... - İki əqidə dostu bir arada". 2023-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-05.