Pir Xamus Xanegahi - Wikipedia
Pir Xamuş xanəgahı və ya Pirqamış xanəgahı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Şahab məhəlləsində ziyarətgah.
Pir Xamuş xanəgahı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Şahab məhəlləsi |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Əvvəllər möhrədən tikilmiş kiçik bir binadan ibarət olmuşdur. Bəzi tədqiqatçıların fikirlərinə görə isə, əvvəllər burada məscidin yerinə ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir.[1]
Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu xanəgah yenidən bərpa olunmuşdur. Ümumi həyətyanı sahəsi 3000 m², iç sahəsi isə 484 m²-dir. Hündürlüyü döşəmədən günbəzədək 13 metr, minarəsinin hündürlüyü 18 metrdir. Bəzi fikirlərə görə əvvəllər məscidin yerində ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir. Əslində isə məscidin adı orta əsrlər zamanı bütün müsəlman şərqində olduğu kimi Azərbaycanda da geniş yayılan və ölkənin ictimai-siyasi və ideoloji həyatında mühüm rol oynayan sufi təriqətləri ilə əlaqədar yaranmışdır. Keçmişdə məscidin yerində sufi təriqətinin fəaliyyət göstərdiyi xanəgah da olmuşdur.[2]
Məscidin ilkin adı Pirqamış deyil, Pir Xamış olmuşdur. Adın birinci hissəsində qeyd olunan Pir titulu sufilikdə ən yüksək məqam sayılır və orta əsrlər zamanı çox nadir şəxsiyyətlərə verilirdi. Lüğətdə Pir sözü ziyarətgah, ocaq, qoca mənaları ilə yanaşı təriqət başçısı, şeyx, dini rəhbər, mürşid, bir təriqətin banisi və başçısı kimi də mənalan dırılır. Bu titul orta əsrlər zamanı məscidin yerində fəaliyyət göstərən xənəgahın rəhbərinin titulu olmuşdur. Məscidin adının ikincisi hissəsində indi qamış kimi tələffüz olunan xamuş sözü isə fars dilində sakit, dinməz mənasını verir. Təsəvvüf tarixindən məlumdurki, bir sıra məşhur sufi şeyxləri, xüsusilə ariflik mərtəbəsinə yüksəlmiş, pir titulu almış təriqət başçıları danışmaq dan çox susmağa üstünlük vermiş lər. Bunun səbəbi isə onların mənəvi kamilləşmənin həqiqət mərhələsində heç bir şey bilmədiklərini, yaxud da bildikləri nin az və qüsurlu olduqlarını qavramaları olmuşdur. Ona görə də məşhur sufi Cüneyd Bağdadi ariflik mərtəbəsinə yüksəlmiş, pir titulu qazanmış sufi şeyxlərini özü susduğu halda içində haqqın danışdığı kişi kimi xarakterizə etmişdir. Şahab məhəlləsindəki bu xanəgahın da şeyxi çox danışmağı sevməyən gününü sakit, zikr etməklə keçirən bir adam olduğundan xalq arasında susan pir-Pir Xamuş adı ilə tanınmış, onun xanəgahı da belə adlanmışdır. Xanəgahın ziyarətgaha çevrilməsi Pir Xamuş öldükdən sonra onun xanəgahda dəfn olunması ilə əlaqədardır. Belə ki, orta əsrlər zamanı sufi şeyxləri ailələri ilə birlikdə xanəgahlarda yaşayır, öldükdən sonra isə xanəgahda və ya xanəgahın yanında dəfn olunurdular. Pir Xamuş da öz xanəgahında yaşamış, öldük dən sonra orada da dəfn olunmuşdur. Qəbri müridləri və əhali tərəfindən ziyarətgaha çevrilmişdir. İnsanların ziyarət etdiyi bu yer zaman keçdikcə mahiyyətini dəyişmiş və məscidə çevrilmişdir.[3]
İstinadlar
redaktə- ↑ Azərbaycan folkloru antologiyası Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. II cild. Bakı: 2011, səh.75. (az.)
- ↑ Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.399 (az.)
- ↑ Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.400 (az.)
Ədəbiyyat
redaktə- Səfərli H.Y. Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər. Bakı: 2003.