Piano Ve Orkestr Ucun Konsert No 2 Sergey Raxmaninov - Wikipedia
Fortepiano və orkestr üçün 2 nömrəli konsert, do minor, Op. 18 — 20-ci əsr rus bəstəkarı Sergey Raxmaninov tərəfindən, 1900–1901-ci illərdə yazılmış konsert[1]. Əsərin ikinci və üçüncü hissələri ilk dəfə, bəstəkarın özü tərəfindən 2 dekabr 1900-cü ildə solo ifa edilmişdir[2]. Əsər özü bütövlükdə ilk dəfə 9 noyabr 1901 tarixində, bəstəkarın qohumu Aleksandr Siloti dirijor, bəstəkarın özü pianoda olmaqla ifa olunmuşdur[2].
Bu əsər, Raxmaninovun ən məşhur əsərlərindən biri olmaqla yanaşı[3], onu konsert bəstəkarı olaraq tanıdan ən böyük əsəridir[4].
Arxa plan
redaktəBəstəkarın 1897-ci ildə premyerası baş tutan birinci simfoniyası günümüzdə böyük nailiyyət olaraq görülsə də, o dövrün tənqidçiləri tərəfindən bəyənilməmiş və rişxənd edilmişdi[5]. Bu hadisə, şəxsi həyatındakı problemlər ilə birlikdə, bəstəkarın illərlə davam edəcək depressiyaya düşməsinə səbəb olur. Bəstələdiyi ikinci konsert, hipnoterapiya, psixoterapiya və ailəsinin də dəstəyi ilə onun kliniki depressiyadan çıxmasına və yenidən musiqi bəstələməyə başlamasına kömək olur. Konsert, Raxmaninovun depressiyadan çıxmasına kömək edən terapevt Nikolay Dala həsr olunmuşdur.[5]
Bəstə
redaktəƏsər, 2 fleyta, 2 qaboy, 2 klarnet, 2 faqot, 4 valtorn, 2 truba, 3 trombon, tuba, timpani, baraban, simbal, fortepiano və simli alətlər üçün yazılmışdır. Üç hissəli konsert formunda yazılmışdır[6]:
- Moderato (C minor)
- Adagio sostenuto – Più animato – Tempo I (C minor → E major)
- Allegro scherzando (E major → C minor → C major)
Moderato
redaktəAçılış hissəsi, pianonun xromatik zəng səsinə bənzər ağır səslərlə gərginliyi yaratması, ardınca skripka, viola və birinci klarnetin əsas temanı açması ilə başlayır.
Birinci hissədə, melodiya orkestr tərəfindən ifa olunarkən, piyano hər iki əl arasında səsin dolğunluğuna və teksturasına təsir edən sürətli arpejlər ilə orkestrə müşayiət edir. Bir qədər sonra əsas tema, bir az daha alçaq registrə keçir. Bu vaxt tema, əsasən violonçel tərəfindən ifa edilsə də, daha sonra skripka və viola da ona qoşulur və C notunda kulminasiya nöqtəsinə çatır. Uzun birinci temanın girişindən sonra, sürətli və virtuozik piano fiqurasiyası olan "piu mosso" keçidi, həm crescendo, həm də accelerando ilə müşayiət olunan bir sıra qısa orijinal kadenslərə çevrilir. Bu daha sonra nisbi açar olan E♭ majorda mülayim və lirik olan ikinci temaya keçir. İkinci temaya başlanğıcı, yüngül nəfəsli alətlər ilə müşayiət olunan piano verir. Xromatik şkalanın ardınca davam edən keçid, ikinci temanın, bu dəfə piano (p) dinamikasında tam orkestrlə yenidən bərpa olunmasına gətirib çıxarır. Ekspozisiya, hər iki əldə də E♭ major şkalasının arpejləri və təlatümlü bağlanış hissəsi ilə sona çatır.
Təlatümlü və qeyri-stabil inkişaf hissəsi, öz motivlərini hər iki temadan alır, ancaq bu səfər bunu, açarları dəyişərək və yeni musiqi ideaları formalaşarkən melodiyanı fərqli instrumentlərə verərək edir. Səs, müəyyən bir tonallıq üzərinə fokuslanmış olsa da, xromatizm ideaları daşıyır. Ardıcıl iki pianistik fiqurasiya, birinci temanın 7-ci dominant G (sol) açarında ahəstə şəkildə yenidən bərpa olunmasına gətirib çıxarır. İnkişaf hissəsi əvvəlki temanın motifləri ilə daha da irəliləyir və B♭ major "più vivo" hissəsində kulminasiyaya çatır. Üçlü arpej hissəsi, müşayiətçi pianonin hər iki əldə akordları və simli alətlərin ikinci temanı xatırlardan melodiyaları ifa etməsi ilə accelerando hissəsinə gətirib çıxardır. Parça, pianonun ahəngsiz fortississimo (fff) akordları ifa etməsi və valtornların və trubaların qısaldılmış melodiyanı təmin etməsi ilə kulminasiya nöqtəsinə çatır.
Orkestr ilk mövzunu təkrarlayarkən, müşayiətçi rola sahib olan piano, inkişaf hissəsində yarısı təqdim edilmiş marşa bənzər hissəni əsas tema olaraq ifa edir və beləliklə ekspozisiyada xeyli düzəliş edir. Bununla birlikdə, pianodakı arpejlər müşayiətçi rolunu oynayır. Bunu, birinci temanı davam etdirən və pianississimo Ab major korduna gətirib çıxardan alçalan xromatik keçidi təmin edən solo piano hissəsi davam etdirir. Daha sonra solo valtorn ilə çalınan ikinci tema eşidilir. Əsrarəngiz tema üzərində çalınan üçlü pasajlar ilə birlikdə pianonun girişi, açarı yeniden C (do) minora çevirir. Müxtəsər olaraq, parça C (do) major glissando-ya çevrilir və birinci temanın birinci açılışını davam etdirən eyni orijinal kadens ilə C (do) minorda bitən təlatümlü qapanış hissəsinə qədər dinc davam edir.
Adagio sostenuto – Più animato – Tempo I
redaktəİkinci hissə, birinci hissənin C (do) minor açarından bu hissənin E (mi) major açarına modulyasiya edən, simli alətlərin bir sıra yavaş akordları ilə başlayır.
A (la) hissəsinin başlanğıcında, piano sadə arpejli fiqurlar çalaraq giriş eləyir. Bu piano fiqurası, bəstəkarın özü tərəfindən 1891-ci ildə yazılan "Altı Əl üçün İki Parça"nın Romans hissəsinin başlanğıcı olaraq bəstələnmişti. Əsas temanın başlanğıcını fleyta verir və daha sonra ekstensiv klarnet solosu ilə davam etdirilir. Motivlər, piano və simli alətlər arasında keçir.
Pianoda qısa müddətli kuliminasiya nöqtəsinə qədər inkişaf edir və daha sonra piano üçün kadenzaya çevrilir.
Daha sonra əsas tema təkrarlanır və musiqi yavaş-yavaş sönməyə başlayır. Pianist musiqini tək başına E (mi) majorda bitirir.
Allegro scherzando
redaktəSonunci hissə, E (mi) majordan C (do) minora modulyasiya edən qısa orkestr debütü ilə başlayır. Daha sonra piano təlatümlü açılış ilə birinci temaya başlanğıc verir.
Orijinal sürətli tempo və musiqili drama bitdikdən sonra, piano hissəsinin qısa keçidi, qaboy və violaların ikinci tema olan B♭ (si-bemol) major lirik temasının başlamasına gətirib çıxardır. Bu tema özündə birinci hissənin ikinci temasının motiflərini ehtiva edir. Ekspozisiya B♭ (si-bemol) majorda bağlanaraq bitir.
Bundan sonra daha uzun və enerji dolu inkişaf hissəsi eşidilir. İnkişaf hissəsi birinci temanın ekspozisiyasına əsaslanır. Alətlər sıra ilə fırtınalı motivləri ifa etdikləri üçün, improvizasiya keyfiyyətli xüsusiyyətlərə sahibdir.
Rekapitulyasiyada, birinci tema sadəcə 8 takta endirilmişdir, çünki bu tema inkişaf hissəsində çox geniş işlədilmişdi. Keçiddən sonra, rekapitulyasiyanın ikinci teması bu dəfə yarım ton yüksək D♭ (re-bemol) majorda ortaya çıxır. Ancaq uğursuz qapanış hissəsi bitdikdən sonra sonuncu hissənin başlanğıcından, kulminasiya nöqtəsi olan C (do) majora qədər inkişaf eləyir. Sonuncu hissə təntənəli bir şəkildə, Üçüncü konsertdə olduğu kimi, dörd not tonik majorda bitir.
Qəbuletmə
redaktəİkinci və üçüncü hissəsi 1900-cü ildə ifa edildikdən sonra, əsər bütün şəkildə 1901-ci ildə ifa edildi və böyük həvəslə qarşılandı[7]. Bu əsər 1904-cü ildə bəstəkara, həyatı boyunca qazanacağı beş böyük mükafatdan birincisi olan Qlinka Mükafatı və 500 rubl pul qazandırdı[8]. Əsərin ölkə səviyyəsindəki müvəffəqiyyəti illərlə davam edən kliniki depressiyanın müalicəsini sürətləndirdi.
Bu əsərdən törəyən digər əsərlər
redaktəİkinci hissənin ikinci teması, Frenk Sinatranın "Full Moon and Empty Arms" mahnısının əsasını təşkil edir[9]. Bundan əlavə, sənətkarın yenə iki mahnısı bu əsərin birinci hissəsindən ilhamlanaraq yazılıb: "I Think of You" and "Forever and Ever"[10].
Adagio Sostenuto hissəsinin temasını, Erik Karmenin 1975-ci il mahnısı olan "All by Myself"də eşitmək olar. Erik birinci olaraq mahnının interlüdiyasını bəstələmiş, sonra konsertin əsas temasını götürmüşdür. Xor hissəsini isə öz mahnısı olan "Let's pretend"dən götürmüşdür. Karmen daha sonra demişdir: "Raxmaninovun musiqisi ən sevdiyim musiqidir"[11].
Avstriyalı skripkaçı Fritz Kreisler əsərin ikinci hissəsinin skripka və piano üçün, "Preghiera" adlanan transkripsiyasını yazmışdır.
Səsyazmalar
redaktə- 1929: Sergey Raxmaninov və Philadelphia orkestri, dirijor Leopold Stokowski[12]
- 1959: Sviatoslav Richter və Warsaw Philharmonic orkestri, dirijor Stanislaw Wislocki[12]
- 1962: Van Cliburn və Chicago Symphony orkestri, dirijor Fritz Reiner[13]
- 1965: Earl Wild və Royal Philharmonic orkestri, dirijor Jascha Horenstein[14]
- 1970: Alexis Weissenberg və Berlin Philharmonic orkestri, dirijor Herbert von Karajan[15]
- 1971: Vladimir Ashkenazy və London Symphony orkestri, dirijor André Previn[12]
- 2005: Leif Ove Andsnes və Berlin Philharmonic orkestri, dirijor Antonio Pappano[16]
- 2011: Yuja Wang və Verbier Festival orkestri, dirijor Yuri Temirkanov[17]
- 2018: Daniil Trifonov və Philadelphia orkestri, dirijor Yannick Nézet-Séguin[18]
İstinadlar
redaktə- ↑ Harrison, Max (2006). Rachmaninoff: Life, Works, Recordings. London: Continuum. pp. 92–99. ISBN 0-8264-9312-2.
- ↑ 1 2 "Rachmaninoff's Works for Piano and Orchestra". Classy Classical. 7 September 2005. Archived from the original on 13 August 2011. Retrieved 27 February 2011.
- ↑ "Brief Encounter theme is UK's top classic". The Guardian. 29 March 2005. Archived from the original on 28 February 2014. Retrieved 27 February 2011.
- ↑ Norris, Geoffrey (1993). The Master Musicians: Rachmaninoff. New York City: Schirmer Books. pp. 113–115. ISBN 0-02-870685-4.
- ↑ 1 2 Steinberg, Michael (1998). The Concerto. Oxford University Press. pp. 357–358. ISBN 0-19-513931-3.
- ↑ Woodrow Crob, Gary. "A descriptive analysis of the piano concertos of sergei vasilyevich rachmaninoff". Archived from the original on 30 September 2017.
- ↑ Bertensson & Leyda 2001, p. 90, 95.
- ↑ Riesemann 1934, p. 242.
- ↑ "Full Moon and Empty Arms". Time. 23 June 1947. Archived from the original on 3 February 2012. Retrieved 4 October 2010.
- ↑ "Rachmaninoff — Concerto No. 2 in C Minor for Piano and Orchestra — Utah Symphony". Archived from the original on 13 August 2018. Retrieved 13 August2018.
- ↑ "An Interview with Eric Carmen Conducted by Gordon Pogoda in 1991", ericcarmen.com, archived from the original on 28 September 2011, retrieved 21 September 2010
- ↑ 1 2 3 Beek, Michael (28 November 2018). "The best recordings of Rachmaninov's Piano Concerto No. 2". Immediate Media Company Ltd. Archived from the original on 3 December 2020. Retrieved 4 March 2021.
- ↑ Villella, Frank (27 February 2013). "Remembering Van Cliburn". CSO Archives. Archived from the original on 17 may 2020. Retrieved 4 March 2021.
- ↑ Barnett, Rob. "SERGEI RACHMANINOV (1873–1943) Piano Concerto No. 2". Crotchet. Archived from the original on 17 January 2020. Retrieved 4 March 2021.
- ↑ Distler, Jed. "Tchaikovsky & Rachmaninov: Piano concertos/Weissenberg". Classics Today. Archived from the original on 1 may 2021. Retrieved 4 March 2021.
- ↑ Distler, Jed. "Rachmaninov: Piano concertos 1 & 2/Andsnes". Classics Today. Archived from the original on 11 February 2021. Retrieved 4 March 2021.
- ↑ "WANG, TEMIRKANOV Rachmaninov's Piano Concerto No. 2". Verbier Festival. Archived from the original on 1 may 2021. Retrieved 4 March 2021.
- ↑ Clements, Andrew (25 October 2018). "Trifonov: Destination Rachmaninov. Departure review – peerless playing". Guardian News & Media Limited. Archived from the original on 21 January 2021. Retrieved 10 April 2021.