Pfals Zimmern - Wikipedia
Pfals-Zimmern (alm. Pfalz-Simmern), Vittelsbax sülaləsinin eyniadlı qolu tərəfindən idarə olunan Almaniyanın Reynland-Pfalts əyalətinin müasir Reyn-Hunsrük rayonunda yerləşən Müqəddəs Roma İmperiyasının dövlətinin adı idi.
Müqəddəs Roma İmperiyasının tərkib hissəsi | |||
Pfals-Zimmern | |||
---|---|---|---|
alm. Pfalz-Simmern | |||
|
|||
|
|||
Paytaxt | Zimmern | ||
İdarəetmə forması | Monarxiya | ||
Sülalə | Vittelsbax sülaləsi | ||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəPfals-Zimmern, 1444-cü ildə, Zimmern-Çvaybrükgen qrafı Stefan onun ərazisini — Pfals-Zimmern və Çvaybrükgeni iki oğlu arasında bölüşdürdükdə, ayrıca bir knyazlıq olaraq qurulmuşdu.[1] Stefanın qərarına görə kiçik oğlu I Lüdviq Çvaybrükgün qraflığını və Veldenz qraflığını aldı. Böyük oğlu Fridrix isə Pfals-Zimmerni almışdı. Bu torpaqlar Stefana 1453-cü ildə atası Almaniya kralı III Rupert sayəsində keçmişdi. Həmin ildə Stefan Veldenz qraflığını qayınatası III Fridrixdən miras almışdı. Stefanın titulları arasında "Bavariyada hersoq" da var idi ki, hər iki oğul bu titullardan istifadə etmək hüququnu miras aldılar, buna görə də yeni yaranan qraflıqlar bəzən hersoqluq kimi təsvir edilirdi. Pfals-Zimmern hakimləri həm də Şponhaym qrafları idilər. Vittelsbax sülaləsinin bu qolu daha sonra Pfals kürfürstlüyünü miras aldı.
Ərazisi
redaktəPfals-Zimmern aşağıdakı torpaqlardan ibarət idi:
- Zimmern şəhəri: 1358-ci ildə Rauqraflar (və onların varisləri) şəhəri Pfals kürfürstlərinə satdılar. Zimmern daha sonra ilk hersoq I Fridrixin iqamətgahı oldu. Bu səbəbdən şəhərdə və qalada geniş tikinti işləri aparılmışdır.
- Ravenqirsbuq Prioratı: 1408-ci ildə Kirburqun son vildqrafının ölümündən sonra ərazi III Rupert tərəfindən müsadirə edildi və 1410-cu ildə yeni Pfalz-Zimmernə verildi. Bu, ən böyük ərazi kompleksi idi.
- Köhnə saray: Raynböllen, Ellern, Dixtelbax, Erbax və Klayn-Veydelbax kəndləri daxil idi.
- Yeni saray: Mörşbax, Şnorbax, Valbax və Mutterşid kəndlərindən ibarət idi.
- Kumbd ağalığı: 1420-ci ildə Stefan ərazini Bertam fon Vilbeldən və Şöneberq hakimlərindən satın aldı. Ağalığa Klosterkumbd, Georgenhauzen, Bergenhauzen, Budenbax, Rayerşid və Benzvayler kəndləri daxil idi.
- Laubax, Bubax və Horn: 1302-ci ildən sonra Pfalsa verildi. Öncələr imperiya ərazisi idi. Laubax və Horn müvafiq olaraq 1360 və 1368-ci illərdə geniş azadlıqlar aldılar.
- Rieqenros və Şöneberq
Hersoqları
redaktə- I Fridrix (1444–1480)
- I İohann (1480–1509)
- II İohann (1509–1557)
- II Fridrix (1557–1559)
Pfals kürfürstləri
redaktə- III Fridrix (1559–1576)
- VI Lüdviq (1576–1583)
- IV Fridrix (1583–1610)
- V Fridrix (1610–1623)
- I Karl Lüdviq (1649–1680)
- II Karl (1680–1685)
İstinadlar
redaktə- ↑ Huberty, Michel; Giraud, Alain; Magdelaine, F. and B. L'Allemagne Dynastique, Tome IV Wittelsbach. France: Laballery. 1985. 37–40, 43–45, 54–57, 64–65, 73, 80–88, 101, 104, 108–109, 119, 123, 140–141, 143–147, 202–208, 275–279, 336–337, 340–348. ISBN 2-901138-04-7.