Pavlovun Evi - Wikipedia
Pavlovun Evi (rus. Дом Павлова) — Volqoqradın Lenin meydanında[rus.] yerləşən, Stalinqrad döyüşü zamanı bir qrup sovet əsgərinin 58 gün ərzində müdafiəni qəhrəmancasına saxladığı 4 mərtəbəli yaşayış binası. Bəzi tarixçilər hesab edirlər ki, müdafiəyə idarəetməni yaralanmış baş leytenant İvan Afanasyevdən[rus.] götürmüş Yakov Pavlov[rus.] rəhbərlik etmişdir.[1] Başqa bir versiyaya görə Pavlov binanı ələ keçirən hücum qrupunun komandiri olub, müdafiəyə isə Afanasyev rəhbərlik edib.[2]
Pavlovun Evi
Дом Павлова | |
Müharibədən əvvəl
redaktə9 Yanvar meydanında (indiki Lenin meydanı) Penzenskaya küçəsi 61 ünvanında[3] yerləşən, Regional İstehlakçılar Birliyinin dörd girişi olan dörd mərtəbəli yaşayış binası 1930-cu illərin ortalarında memar Sergey Voloşinov tərəfindən tikilmişdir. Bu ev Stalinqradın ən prestijli evlərindən biri hesab olunurdu.
Stalinqrad döyüşü
redaktə13-cü qvardiya diviziyasının 42-ci qvardiya atıcı alayı Stalin meydanı ərazisində müdafiə mövqelərində idi. Alay komandiri polkovnik Elin kapitan Jukova iki mühüm yaşayış binasını ələ keçirmək üçün əməliyyat keçirməyi tapşırdı. Bunun üçün 2 yaradıldı. Bunlar leytenant Zabolotnı və Pavlovun qrupları idi. Hər iki bina ələ keçirildi, lakin geri çəkilən almanlar Zabolotnının olduğu evi yandırdılar və ev müdafiəçiləri ilə birlikdə məhv oldu. Serjant Pavlovun rəhbərlik etdiyi 4 nəfərdən ibarət qrup isə girişi almanların hədəfində olan evə girə bildilər. Evin zirzəmisində mülki şəxslər və onlarla birlikdə 42-ci alayın 3-cü batalyonunun sanitar təlimatçısı var idi[4]. Üçüncü gün evə baş leytenant Afanasyevin komandanlığı ilə 17 əsgər, bir pulemyot, 3 tank əleyhinə tüfən ilə əlavə qüvvə gəldi. Bir neçə gündən sonra evə kiçik leytenant A. Çernışenko dəstəsi (4 döyüşçü və 2 minaatan) gəldi. İlk gecələrdə improvizə edilmiş qarnizon evi müdafiə qalasına çevirdi. Alman mövqelərindən binaya olan girişlər minalandı, ev məftillə əhatə olundu. Əlaqə üçün yerin altı ilə telefon xətti çəkildi. Adam Vilqelmin[rus.] xatirələrinə görə, polkovnik Roske ona demişdir ki, alman hücum qrupları binanın aşağı mərtəbəsini ələ keçirmişlər, lakin onu tamamilə ələ keçirə bilməmişlər.[5]
Binanın müdafiəsindəki ilk 30 gün ən çətini idi. Almanlar gündə bir neçə dəfə hücumlar təşkil edirdilər. Hər dəfə əsgərlər və ya tanklar evə yaxınlaşmaq istəyəndə İ. F. Afanasyev və yoldaşları onları zirzəmidən, pəncərələrdən və damdan güclü atəşlə qarşılayırdılar.
Pavlovun evinin müdafiəsi zamanı (1942-ci il sentyabrın 23-dən noyabrın 25-dək) sovet qoşunları əks hücuma keçənə qədər zirzəmidə dinc sakinlər qalmışdı.
Pavlovun evinin 31 müdafiəçisindən üçü onun müdafiəsi zamanı öldürüldü — minaatan leytenant A. N. Çernışenko, serjant İ. Ya. Xait və sıravi İ. T. Svirin. Həm Pavlov, həm də Afanasyev yaralandılar, lakin müharibədən sağ çıxdılar.[6]
Evin müdafiəsi 58 gün davam etdi. Marşal Vasili Çuykov öz xatirələrində yazırdı: "Bir evi müdafiə edən bu kiçik dəstə, Parisin alınması zamanı nasistlərin itirdiyindən daha çox düşmən əsgərini məhv etdi".[7]. Çuykov bu məsələdə yanıldı: Paris döyüşsüz almanlara təslim edilmişdi.[8]
Müharibədən sonra
redaktəBaş leytenant İ. F. Afanasyevin qarnizonunun saxladığı ev Stalinqradda bərpa edilmiş ilk tikili hesab olunur. Evin bərpasına 9 iyun 1943-cü ildə başlanılıb.[9] 4 may 1985-ci ildə Sovetskaya küçəsi tərəfdən evin kənar divarına xatirə divar-abidəsi yerləşdirildi. Xatirə divarındakı yazıda deyilir: "Bu evdə silah və əmək şücaəti birləşdi"(rus. В доме этом слились воедино подвиг ратный и трудовой). Hazırkı ünvanı: Sovetskaya küçəsi, 39.
İstinadlar
redaktə- ↑ Antony Beevor. Stalingrad. Penguin Books, 1999. p. 171.
- ↑ "Умер легендарный волгоградский журналист Юрий Беледин". // Областные вести (Волгоград). 2014-05-13. 2015-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-06.
- ↑ "Труд: Сержант Павлов не уходил в монастырь". Archived from the original on 2008-05-05. İstifadə tarixi: 2023-03-25.
- ↑ Гуркин В. "Дом Павлова" — символ доблести и геройства советских воинов. // Военно-исторический журнал. — 1963. — № 2. — С.48–54.
- ↑ [https://web.archive.org/web/20100504225612/http://militera.lib.ru/memo/german/adam/02.html Arxivləşdirilib 2010-05-04 at the Wayback Machine ВОЕННАЯ ЛИТЕРАТУРА -[ Мемуары ]- Адам В. Катастрофа на Волге]
- ↑ "Грани. Ру: Сталинград: цена победы | Блоги". 2012-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-25.
- ↑ Чуйков В. И. Сражение века Arxivləşdirilib 2017-05-12 at the Wayback Machine. — М.: Советская Россия, 1975.
- ↑ Deustche Volksunion. "Deutsche Wehrmacht - Parade über die avenue foch". YouTube (alman). 28 February 2012. 7 February 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 November 2021.
- ↑ Сталинград. Дом Павлова Arxivləşdirilib 2021-01-16 at the Wayback Machine (движение по восстановлению города в свободное от работы время)