Patrik Stefan Klüvert 1976-cı ildə HollandiyanınAmsterdam şəhərində anadan olub. Hücumçudur. Futbolçu karyerasına 1994-cü ildə Ayaks klubunda başlayıb. 1997-ci ilə qədər bu klubun şərəfini qoruyub. Ayaks klubunun heyətində çıxdığı 70 oyunda 39 qola imza atıb. Ayaks klubu ilə 2 dəfə (1995,1996) Hollandiya çempionluğunu, 2 dəfə də (1994, 1995) Hollandiya Superkubokunu qazanıb. 1 dəfə (1995) isə çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. Həmin il Vyanada “Milan”la keçirilən final matçının 85-ci dəqiqəsində gözəl qola imza ataraq, Ayaks klubuna kuboku qazandıran oyunçu oldu. Onun gənc yaşda belə parlaq çıxışı nəhəng klubların skautlarının da gözündən yayınmadı. “Milan” rəhbərliyi 1997-ci ilin yayında onu heyətinə cəlb etdi. Lakin futbolçu İtaliyada qənaətbəxş futbol nümayiş etdirə bilmədi. Burada meydana çıxdığı 27 matçda cəmi 6 qola imza ata bildi. 1998-ci ildə digər bir nəhəng kluba-”Barselona”ya transfer edildi. “Barsa”nın heyətində 192 matçda 90 qola imza atmağa müvəffəq oldu. 2004-ci il mövsümünün gedişində Frank Raykardın “Barselona”ya gəlişindən sonra futbolçu özünə heyətdə yer tapa bilmədi. Nəticədə, “Barsa” ilə Klüvertin yolları ayrıldı. “Barsa”dan ayrılandan sonra tez-tez komanda dəyişsə də, məşqçilərlə yola getmədiyi üçün heç bir komandanın heyətində möhkəmlənə bilmədi. “Nyukasl”, “Valensiya”, “PSV” və “Lill” onun şərəfini qoruduğu digər klublardır. Hazırda Fransanın “Lill” klubunda çıxış edir. Bu mövsümdə “Lill”in heyətində cəmi 6 matçda oynayıb və 2 qola imza atıb. Hollandiya yığmasının heyətində son dəfə 2004-cü ildə meydana çıxsa da, Hollandiya yığması tarixində hələlik ən çox qol vuran futbolçudur (40 qol).