Parfenon - Wikipedia
Parfenon (q.yun. Παρθενώνας) — Afinanın məbədi, e.ə. V əsrdə Afina Akropolunda inşa edilib.
Qədim Yunanıstanın bu günə qədər qorunan tikililəri arasında ən məşhuru Parfenondur. O, Qədim yunan memarlığının ən böyük əsəri olaraq qəbul edilir. Xarici cəbhədə istifadə edilən heykəltaraşlığın yunan sənətinin ən yüksək nöqtəsi olduğu düşünülür. Dünyanın ən böyük mədəni abidələrindən biri olaraq Parfenon Qədim Yunanıstanın və Afina demokratiyasının da simvoludur. Məbəd Dori üslubunda inşa edilib.
Parfenon adının Afina Parfenosun heykəlindən gəldiyi zənn edilir. Bu heykəl Fidi tərəfindən fil dişi və qızıl istifadə edilərək düzəldilib və Afinanın sifəti parfenos (παρθένος, bakirə) tanrıçanın bəkarətini simvolizə edir.
Qızıl bölgünün insanlar tərəfindən ilk tətbiqlərindən biridir. Cəbhədən baxılanda genişliyinin hündürlüyünə nisbəti təxminən qızıl bölgüyə bərabərdir.[1]
Tarixçə
redaktəParfenon farsların e.ə. 480-ci ildə qədim Afina məbədini yox etməyindən sonra edilmişdir. Bir çox yunan məbədi kimi Parfenon da xəzinə olaraq istifadə edilib.
VI əsrdə Parfenon bakirə Məryəmə həsr edilən bir kilsəyə çevrilmişdir. Osmanlı İmperiyasının fəthindən sonra 1456-cı ildə isə məscid olaraq istifadə edilməyə başlanmışdır. 1687-ci ildə türklər buranı silah deposu olaraq istifadə edərkən bina Venesiya tərəfindən bombardmana tutulmuşdur. Partlayışlar məbədə böyük zərər vermişdir.
Yunan üsyanı vaxtı yunanlar tərəfindən müdafiə məqsədilə istifadə edilmişdir. XIX əsrdə heykəl parçaları Lord Elqin tərəfindən İngiltərəyə daşınıb və hazırda Britaniya muzeyində nümayiş olunur. Bu əsərlərin Yunanıstana göndərilib-göndərilməyəcəyi hələ də müzakirə edilməkdədir.
İstinadlar
redaktə- ↑ "Mimaride Altın Oran". 2017-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-21.