Pambiq Isi - Wikipedia
Pambıq işi (rus. хлопковое дело, özb. paxta ishi) və ya özbək işi (rus. узбекское дело, özb. o'zbek ishi) — Şərəf Rəşidovun rəhbərliyi altında olan Özbəkistan SSR-də və həmçinin SSRİ-n başqa yerlərində 70-ci illərin axırında və 80-ci illərində araşdırılan korrupsiya və iqtisadi sui-istifadələr ilə bağlı bir sıra cinayət işləri.
Arxa plan
redaktəLeonid Brejnevin SSRİ-n Baş Katibi olduğu dövründə korrupsiya adi hal idi. Amma, hətta o dövrün standartlarına görə, Özbək SSR-dəki korrupsiyanın səviyyəsi çox yüksək dərəcəyə çatmışdı.[1]
XX əsrin ortasında Mərkəzi Asiya Respublikaları və özəlliklə Özbəkistan, əsas hissəsi RSFSR-in Avropa hissəsində yerləşən SSRİ-n yüngül sənayəsi üçün xammal olan pambıq isehsalın mərkəzinə çevirmiş. 70-ci illərin əvvəlində artıq Özbəkistanın bütün əkilə bilən torpaqları pambıqçılıq üçün işlənilirdi.[2] Mərkəzi Asiyada artıq yığılan pambığın miqyasını artmaq mümkünsüz idi, amma eyni zamanda, SSRİ-n dövlət planı (pambığın idxalının qarşısını almaq üçün) hər beşillik Özbəkistan və başqa Mərkəzi Asiya Respublikalarının pambıqçılığı üçün artıq onsuz da qeyri-realistik hədəfləri şişirdirdi. Monokultura ilə toksik gübrələrin və pestisidlərin presedentsiz işlətməsi və məhsulun rotasiyasından imtina ekologiyada fəlakətə gətirirdi.[3] 60-90 illərin arasında sulanan torpaqların sahəsi ikiqat genişlənməsi suyun xərcini artıb. Bunun nəticəsində, Aral dənizinin özbək hissəsi bu gün artıq az qala tamamilə qurumuş, əvəzinə isə yeni yaradılmış Aralqum səhradaki küləklər keçmişdən dənizin dibində qalan zəhərli gübrələri havaya qaldırır.[4]
İstintaq
redaktəÖzbək SSR-in rəhbərliyinin korrupsiyası və rüşvətxoruğunu araşdırmağa ilk cəhdləri 70-ci illərin ortasında baş verib. Məsələn, 1975-ci ildə Özbək SSR-in Ali Məhkəməsinin Sədri cavabdeh olmuş, 1970-1974 illərin aradında SSRİ-n Ali Sovetinin Millətlər Sovetinin sədri, Y.S. Nəsriddinova da hüquq-mühafizə orqanların diqqətini cəlb etmişdi; fəqət, onun Brejnevə təsiri olduğuna görə, istintaq dayandırılmışdı.[5]
1979-cu ildə Buxara vilayətinin Sosialist Əmlakının Oğurlanmasına Qarşı Mübarizə İdarəsinin başçısına A. Muzafarova və qorpromtorqun başçısına Ş. Kudratova iqtisadi cinayətlərdə ittiham olunublar. 1982-ci ildə bu işin istintaqı Telman Qdlyana verilib.
Brejnevin ölümü və Andropovum onun yerinə SSRİ-n baş katibi seçilməsi istintaqı stimullaşdırıb. Bunun iki səbəbi var idi. Andropovun öncə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsini tutması, beləliklə, onun məsələ ilə dərin şəkildə tanış olmaq üçün yətərincə vaxtı olması və onun Rəşidov ilə münasibətlərinin mənfiliyi.[6]
1983-cü ildə Rəşidov vəfat edib. Həmin ilin yayında yeni Baş Katibi seçmək məqsədi ilə Özbək SSR-in Kommunist Partiyasının Mərkəzi Komitəsinin XVI plenumu keçirtməyə Yeqor Liqaçyov başçılığı altında Sov.İKP MK-nın əməkdaşlar qrupu respublikaya gəlib. Plenumda hələ bu yaxınlarda Rəşidovu tərifləyənlər onu korrupsiyada, rüşvətxorulqda, nepotizmdə və özbək xalqına qarşı törətdiyi sayrı pisliklərdə ittiham edirdilər. Plenumun nəticəsində İnamjon İnamhocayev Özbəkistan Kommunist Pariyasının yeni Baş Katibi seçilmişdi.[7]
Nəticələri və təsiri
redaktə1989-cu ilin aprel ayında SSRİ-n Ali Məhkəməsinin Plenumu T.X. Qdlyan başçılığı altında olan SSRİ Prokurorluğunun istintaqçı briqadasının istintaqı vaxtında yol verdiyi qanunilik pozğunları haqqında fərman buraxıb.[8] Həmin ilin mayında SSRİ-n Prokurorluğu Qdlyan ilə İvanova qarşı Özbəkistanda apardığları istintaq zamanı qanun pozğunları haqqında cinayət işi açıb.[6] Avqustun 29-da keçən məhkəmə iclasında Narmaxonmadi Xudoyberdiyev Yuri Çurbanova qarşı danışaraq bəyan edib ki, onun şəhadəti ondan "döyülərək" alınırdı.[9]
1990-cı ildə Qdlyan Prokurorluqdaki işindən və Sov. İKP-dən çıxarılmışdı. 1991-ci ilin avqust ayında ona qarşı cinayət işi bağlanılıb. Həmin ilin dekabr ayında isə, Özbəkistan Prezidenti İslam Kərimov respublika ərazisində pambıq işinə görə türmədə yatanların hamısı üçün əfv fərmanı imzalayıb.[10]
Telman Qdlyan ilə Nikolay İvanov apardığları istintaq Özbəkistan SSR-in və onun əhalisinin "oğru" və "təbii rüşvətxor" kimi sayılmağına gətirib. Özbəklərin "geridə qalmaqda" ittihamlar bizə qarşı onlar düşüncəsini gücləndirib, özbək milli kimliyinə təsir etmiş. Müstəqil Özbəkistanın Prezidenti, İslam Kərimov Rəşidovun obrazını özbək milli rəmzini, özbəkləri xeyirinə işləyən, özbək gücünün təmsilçisini kimi iştədirdi.[1]
İstinadlar
redaktə- ↑ 1 2 "Derek Edward Peterson. When a Pound Weighed a Ton: The Cotton Scandal and Uzbek National Consciousness". 2020-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.
- ↑ laboja Pamela Blackmon. In the Shadow of Russia: Reform in Kazakahstan and Uzbekistan
- ↑ Alan G. Robinson Sam Stern. Corporate Creativity
- ↑ "Петр Бологов. Почему Узбекистан не может избавиться от хлопкового проклятия". 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.
- ↑ Владимир Калиниченко, бывший следователь по особо важным делам при Генеральном прокуроре СССР: «Всесильный министр внутренних дел СССР Щёлоков принял решение о моём физическом устранении. В ответ на это Андропов приказал группе „Альфа“ меня охранять»//В гостях у Гордона Arxivləşdirilib 2016-06-03 at the Wayback Machine. Первый национальный канал (Украина). 7 ноября 2004 г.
- ↑ 1 2 Сочнев, Алексей. "«Массы быстро забыли Гдляна и Иванова и возненавидели Ельцина»: Бывший народный депутат РСФСР и следователь Юрий Лучинский о том, как «хлопковое дело» отразилось на перестройке". Лента.Ру. 2015-05-18. 2017-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-08.
- ↑ «Совесть и Фемида». "«Хлопковое дело» в Узбекистане". Газета. Атырау: Ак Жайык. 2008-07-03. 2009-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-08.
- ↑ «Известия» от 27.04.1989 г.
- ↑ См.: Чурбанов Ю. М. Мой тесть Леонид Брежнев. М., 2007. С. 198
- ↑ "Дмитрий Аляев. Прокурор Олег Гайданов – о перезахоронении Шарафа Рашидова, «хлопковом деле» и Исламе Каримове". 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.