Palicourea Elata - Wikipedia
Palicourea elata (əvvəllər Psychotria elata[1]) — adətən "sevgili öpüşü"[2], "isti dodaqlar" və digər oxşar adlarla tanınan tropik bitki. Meksika, Kosta Rika, Ekvador, Panama və Kolumbiya kimi ölkələrdə, Mərkəzi və Cənubi Amerikanın yağış meşələrində yetişir.[3]
Palicourea elata | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Palicourea elata |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Təsvir
redaktəBitki özünün aydın formalı qırmızı diş telləri ilə diqqəti cəlb edir və buna görə də "isti dodaqlar" adlanır. Parlaq qırmızı braktlar onun ən əsas xüsusiyyəti hesab edilsə də, onlar bitkinin əsl çiçəkləri deyil, sadəcə ekstravaqant yarpaqlardır. İnsan dodaqları kimi bu bitki də müxtəlif çeşid və formalarda yetişir. "Palicourea elata" yaxşı öyrənilmiş və əsrlər boyu sənədləşdirilmişdir.
İstifadəsi və qorunması
redaktə"Palicourea elata"nın yetişdiyi lokal ərazidə meşələrin qırılması, geniş əkinçilik sahələrinin salınması, ağacların qanuni və qeyri-qanuni kəsilməsi və beləliklə ərazinin mal-qara üçün otlaqlara, və yaxud çöllərə çevrilməsi bitkinin yetişməsini təhlükə altına salır. Həmçinin bitkinin yerli icmalar tərəfindən tibbi məqsədlər üçün və görünüşünə görə hədiyyə məqsədilə istifadə edilməsi ilə əlaqədar sayı kəskin şəkildə azalır. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi "palicourea" növlərinin artıq onda birinin nəslinin kəsilməkdə olduğunu bildirir. Lakin bununla belə nəsli kəsilməkdə olan növlərin statusu hələ də tam dəqiqləşdirilməyib.[4]
İstinadlar
redaktə- ↑ Borhidi, A. "Transfer of the Mexican species of Psychotria subgen. Heteropsychotria to Palicourea based on morphological and molecular evidences". Acta Botanica Hungarica. 53 (3–4). September 2011: 241–250. doi:10.1556/ABot.53.2011.3-4.4.
- ↑ Huettmann, Falk. Conservation Research in the Cloud Forest of Central America with Lessons from Maderas Volcano, Ometepe, Nicaragua: A First-Person Narrative About Very Tough Fieldwork, Unfinished Data, and Climate Justice While Running Out of Time // Central American Biodiversity. 2015. 419–433. doi:10.1007/978-1-4939-2208-6_17. ISBN 978-1-4939-2207-9.
- ↑ "World Checklist of Selected Plant Families (WCSP)". June 26, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 19, 2020.
- ↑ "2008 IUCN Red List of Threatened Species". International Union for Conservation of Nature (IUCN). 2008. 2014-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-30.