Padar Qubadli - Wikipedia
Padar — Azərbaycan Respublikasının Qubadlı rayonunun Balasoltanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
PADAR | |
---|---|
39°22′45″ şm. e. 46°40′28″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Qubadlı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Toponimikası
redaktəPadar kəndi Həkəri çayının sahilindədir. Yaşayış məntəqəsi oğuz-səlcuq tayfalarından biri olan padaraların adı ilə bağlıdır. Tədqiqatçılara görə, padarlar Elxanilər dövründə (XIII əsr) Orta Asiyadan Azərbaycana gəlmişlər. Padarlar Azərbaycanın c.-unda yaşamış, Səfe- vilər dövründə (XVI-XVII əsrlərdə) dağlı tayfaların basqınlarının qarşısını almaq məqsədilə Azərbaycanın şm. zonasma köçürülmüş¬dülər. Şahsevən tayfa ittifaqında mühüm rol oynayan padarlar sonralar müəyyən ictimai-iqtisadi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnmişdilər. XIX əsrdə Cavad qəzasında yaşayan padarlarm ilxıçı, qaraçörüklü, axtaçı, pölüklü, küyülçü və s. tirələrindən, ümumiyyətlə 20 tirə və 218 ailədən ibarət olması haqqında məlumat mövcuddur.[2]
Əhalisi
redaktəErməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət idi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı, "Şərq-Qərb", 2007. səh.427
Xarici keçidlər
redaktə Qubadlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |