Pablo Eskobar - Wikipedia
Pablo Emilio Eskobar Qaviriya (isp. Pablo Emilio Escobar Gaviria; 1 dekabr 1949[1][2][…], Rioneqro[d], Antyokiya – 2 dekabr 1993[1][2][…], Medellin, Antyokiya) — kolumbiyalı narkobaron, narkoterrorist və siyasətçi. Medellin Kartelinin qurucusu və lideri olmuşdur. “Kokainin kralı” adını qazanan Eskobar tarixin ən zəngin cinayətkarlarından biri kimi yadda qalıb. O, vəfat etdiyi günə qədər təxminən 30 milyarda yaxın dollar qazanmışdır. Bu günümüzdə 70 milyard dollara bərabərdir. Onun narkotik karteli 1980-ci və 1990-cı illərin əvvəllərində ABŞ-də kokain ticarətinə nəzarət edirdi. Narkotik satışından əldə etdiyi gəlirlə 1989-cu ildə Forbes jurnalında dünyanın ən varlı yeddinci şəxsi elan edilmişdir.
Pablo Eskobar | |
---|---|
isp. Pablo Escobar | |
| |
Doğum tarixi | 1 dekabr 1949[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 dekabr 1993[1][2][…] (44 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Həyat yoldaşı |
|
Uşaqları | |
Partnyoru |
|
Fəaliyyəti | narkobaron[d], siyasətçi |
Partiyası | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Eskobar Rioneqro şəhərində anadan olub və uşaqlığını Medelində böyüyərək keçirib. Qısa müddət Universidad Autónoma Latinoamericana-ya daxil olmuş, lakin təhsilini başa vurmamışdır. O, bunun əvəzində saxta lotereya biletləri və siqaret satışı, eləcə də avtomobil oğurluğu kimi qanunsuz fəaliyyətlərlə məşğul olmuşdur. 1970-ci illərin əvvəllərində o, narkotik qaçaqmalçıları üçün işləməyə başlayır, tez-tez insanları qaçırır və onların azad edilməsi üçün pul tələb edirdi.
1976-cı ildə Pablo Eskobar toz şəklində olan kokaini yaymaq məqsədi ilə Medellin Kartelinin əsasını qoyur. O, rəhbərlik etdiyi bu kartel ilə kokaini ABŞ-ə, əsasən Florida ştatından keçirirdi. Narkotiklər ABŞ-ə çatdıqdan sonra dilerlər və distribyutorlar şəbəkəsi vasitəsilə paylanılıb satılırdı. Eskobarın ABŞ-ə girməsi kokainə tələbatın böyük artmasına səbəb olur. 1980-ci illərdə o, Kolumbiyadan hər ay təxminən 70-80 ton kokain gətirirdi. Narkotik ticarəti ona tez bir zamanda var-dövlət qazandırır və onu dünyanın ən varlı şəxsləri cərgəsinə qatır. Bununla belə, o, rəqib kartellərin rəqabəti ilə üzləşirdi ki, bu da davam edən münaqişələrə və şiddətli qarşıdurmalara səbəb olurdu. Bu, müxtəlif zorakı hadisələrlə, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşlarını, hakimləri, mülki şəxsləri və tanınmış siyasi xadimləri hədəf alan qırğınlar və qətllərlə nəticələnmişdi.
1982-ci ildə Kolumbiya parlament seçkilərində Pablo Eskobar Liberal Partiyasının Nümayəndələr Palatasının ehtiyat üzvü seçilir. O, xalq üçün evlər və futbol meydançaları tikdirmiş və yerli sakinlər arasında populyarlıq qazanmışdı. Eskobarın siyasi ambissiyaları da var idi. Kolumbiya və ABŞ hökumətləri isə ona qarşı çıxaraq həbsini tələb edirdilər. Eskobarın onlara cavab olaraq "Avianca Flight 203" və "DAS Building" hücumları kimi partlayışları təşkil etdiyi güman edilir.
1991-ci ildə Pablo Eskobar hakimiyyət orqanlarına təslim olur və müxtəlif ittihamlarla beş il müddətinə həbs edilir. Ənənəvi həbsxanaya göndərilmək əvəzinə, o, cəzasını "La Catedral" adlı özünün inşa etdirdiyi həbsxanada çəkməsi üçün Kolumbiya Prezidenti Sesar Qaviria ilə müqavilə bağlayır. 1992-ci ildə səlahiyyətlilər onu başqa həbsxanaya köçürməyə çalışarkən Eskobar qaçıb gizlənir. Bu, onun bütün ölkədə axtarışına səbəb olur. Medellin Karteli artan təzyiqlərə görə dağılır və Eskobar 1993-cü ildə 44-cü ad gününün səhəri doğma şəhərində Kolumbiya Milli Polisi tərəfindən öldürülür.
Bəzi Kolumbiyalılar Pablo Eskobarın cinayətlərini pisləyir, bəziləri isə onu yoxsullara kömək etdiyi üçün "Robin Hud bənzəri" bir qəhrəman kimi görür. Onun dəfnində 25.000-dən çox insan iştirak edib yas tutmuşdur. Onun şəxsi mülkü "Hacienda Nápoles" hal-hazırda əyləncə parkı kimi fəaliyyət göstərir. Onun həyatı əsasında filmlər, teleseriallar və mahnılar hazırlanmışdır.
Həyatı
redaktəPablo Emilio Eskobar Qaviriya 1949-cu ilin dekabrın 1-də Kolumbiyanın Rioneqro şəhərində anadan olmuşdur. Yeddi qardaş-bacıdan üçüncüsü idi. Medelində yoxsulluq şəraitində böyümüşdür. Atası fermer anası isə müəllim idi. Pablo Eskobar 1966-cı ildə 17 yaşına çatmaq üzrə olanda məktəbə getməyi dayandırmışdır. İki il sonra, 19 yaşında əmisi oğlu Qustavo Qaviriya ilə birlikdə məktəbə geri qayıtmışdır. Onların küçədə tərbiyə alması, onların aqressiv davranmasına və müəllimləri tərəfindən qanqster kimi damğalanmasına səbəb olmuşdu. Bir ildən çox məktəbə getdikdən sonra hər ikisi tərk etmək qərarına gəlməyi düşünmüşdür, lakin Eskobar səbr etməyi və təhsilini davam etdirməyi seçmişdir. Pablo Eskobar saxta orta məktəb diplomu düzəltmiş, hüquqşünas, siyasətçi və hətta prezident kimi karyera qurmaq məqsədi ilə qısa müddət ərzində universitetdə oxumuşdur. Maddi imkansızlıqlara görə hədəflərindən imtina etməli olmuşdur.[4][5][6]
Cinayət fəaliyyəti
redaktəEskobarın gənclik dövrü Kolumbiyanın Medellin şəhərində keçmişdir. Medellin 1970–1980-ci illərdə ən təhlükəli şəhərlərdən biri idi. Kolumbiya narko kartellərinin hər biri bu şəhərdə cəmləşmişdi. Eskobar da ilk cinayətkar fəaliyyətinə bu şəhərdə maşın oğurluğu edərək başlamışdır. Şəhər məzarlığından baş daşlarının oğurlayıb, Antiogada yerləşən kəndlərdə satması haqqında olan iddialar öz təsdiqini tapmamışdır. Xırda oğruluğun təhlükəli və az qazanclı olması səbəbindən Eskobar 1970-ci illərdə narkotik biznesinə başladı. Narkotikdən əldə edilən gəlirlər hesabına qısa zamanda varlanan Eskobar 1975-ci ildə Medellin şəhərində bütün narko kartellərinin tabe olduğu və baş narkobaron kimi tanınan Fabio Restreponu öldürmək göstərişi vermişdir. Fabio Restreponu ölümündən sonra Kolumbiyada olan bütün narkotik transferi Eskobarın nəzarətinə keçmişdir. 1976-cı ildə ABŞ-də satılan narkotikin 80% gəliri Eskobarın hesabına yazılırdı.
1980-ci illərin əvvələrində Eskobar özünün böyük narkotik imperiyasını yaratmışdı. ABŞ, Meksika, Puerto-Riko, Pakistan və Tayland kimi ölkələrə narkotik satışı ilə Eskobarın karteli məşğul olurdu. Pablo Eskobarın vardatı durmadan artırıdı. Gün ərzində polisə 60 ton kokain yem edib, 600 ton narkotik satışı həyata keçirirdilər. Eskobarın karteli, narkotikin qramını ən ucuz halda 150 dollara satırdı. Bu şəkildə gün ərzində milyonlar qazanırdı. 1983-cü ildə öz biznesini daha təhlükəsiz idarə etmək məqsədilə millət vəkili seçilmək istədi. Həmin keçirilən parlamet seçiklərində parlamentə deputat kimi daxil oldu. Pablo Eskobarın deputat seçilməsi yerli qəzetlərdə qanunun Eskobar tərəfindən satın alınması kimi təqdim olundu. Yüksək vəzifəli dövlət məmurları ilə yaxşı münsibətdə olan Eskobar öz biznesini durmadan genişləndirirdi.
Pablo Eskobarın adamları 200-ə yaxın müstəntiqin və 1000 yaxın polisin öldürülməsində günahlandırıldı. 1989-cu ildə bir jurnalist əlində Eskobarı həbs edəcək qədər dəlil olduğunu açıqladı. Həmin şəxs dəlilləri polisə gətirmək ücün təyyarəyə minən zaman Eskobarın adamları tərəfindən təyyarə havada partladılmışdır. Hadisə nəticəsində jurnalist də daxil olmaqla 110 nəfər həlak olmuşdu. 1990-cı ildən etibarən Pablo Eskobar təqib olunmağa başlayır. Mətbuata verdiyi bir açıqlamasında əgər polis tərəfindən rahat fəaliyyət göstərməsinə şərait yaradılarsa, Kolumbiyanın bütün xarici borcunu ödəməyə hazır olduğunu bildirmişdir. 1992-ci ildə onun haqqında axtarış verilmişdir. Eskobarın həbs olunmasını ən çox yerli polislər istəyirdi. Hər bir polisin öldürülməsinə görə 3 min dollar vəd edən Eskobar polislərdən nifrət etdiyini hər zaman dilə gətirmişdir.
Eskobarın hər bir polisin başına 3 min dollar mükafat elan etməsi, 1970–1980-ci illərdə 400 nəfər polisin ölümünə səbəb olmuşdur. 1993-cü ildən etibarən Eskobar gizlənməyə başladı. Medellin polisi Eskobarın bu şəhərdə gizlənməsi haqqında ətraflı məlumata sahib idi. Onun yerinin müəyyən edilməsi ücün aparılmış əməliyyat prosesi 6 ay çəkmişdir. Eskobarın ələ keçməsində oğlu Juan Pablo ilə saatlarla telefonla danışması səbəb olmuşdur. Polis tərəfindən yerinin müəyyən olduğunu anlayan Eskobar gizləndiyi evin damına çıxmışdır. Oğluna Bir gün polisə tutulma ehtimalı olsa sağ qulağının arxasından özünü vuraraq öldürəcəyini demişdir. 2 dekabr 1993-cü ildə gizləndiyi evin damında sağ qulağının arxasından özünü vuraraq intihar etmişdir.
Futbola böyük marağı olan Eskobar öz tikdirdiyi La Catedral adlı Sözde həbsxanasında olduğu müddət ərzində, Kolumbiya milli futbol komandası ilə həbsxanada yoldaşlıq oyunu təşkil etmişdir. Narkotik ticarətindən milyard dollarlar qazanan Pablo Eskobar heç vaxt narkotikdən və siqaretdən istifadə etməmişdir. Eskobar və ailəsi haqqında olan bəzi maraqlı məlumatlar onun həyat tərzinin sadə olduğunu göstərir. Övladlarının çoxlu pul xərləməsinə və siqaret çəkməsinə qarşı olan Eskobar, Medellində məktəb, xəstəxana, kilsə və uşaq evlərinin tikilməsinə milyonlarla dollar pul ayırmışdır. Bu səbəbdən əksər Medellinlilər onu müsbət şəxs kimi xarakterizə edirdilər.
Kitablar
redaktə- Bowden, Mark (2002). Killing Pablo: The Hunt for the World's Greatest Outlaw. Penguin Pub.
- Escobar, Roberto (2009). The Accountant's Story: Inside the Violent World of the Medellín Cartel. Grand Central Pub.
- McAleese, Peter (1993, 2001). No Mean Soldier. Cassell Pub.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Tikkanen A. Pablo Escobar // Encyclopædia Britannica (ing.).
- ↑ Find a Grave (ing.). 1996.
- ↑ "Pablo Escobar: The Rise and Fall of the 'King of Cocaine'". 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-24.
- ↑ Deas, Malcolm. "Obituary: Pablo Escobar". Independent (ingilis). 1993-12-04. 18 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-29.
- ↑ Chepesiuk, Ron. Escobar Versus Cali: The War of the Cartels (ingilis). Strategic Media Books. 2013. ISBN 9781939521019.