Ozernoy Yarimadasi - Wikipedia
Ozernoy yarımadası — Kamçatka yarımadasında yerləşən dörd iri yarımadadan biri. Sahillərini Sakit okean suları yuyur. Kamçatka yarımadasından şimalda qərarlaşır. Ən ucqar şərq nöqtəsində Ozernoy burnu qərarlaşır. Burada mayak belə vardır. Üstəlik burada Yujnı, Dvoynoy, Nizki, Perevalnı, Kamenisti, Naçikinski, Severo-Zapodnı burunları və Ozernaya, Malamvayam, Makedoniya, Olxovaya, Konskaya, Şipatinskaya gölləri yerləşir. Yarımada Ozernaya körfəzi ilə Karaqin körfəzlərini ayırır.
Ozernoy yarımadası | |
---|---|
Yerləşməsi | |
57°41′00″ şm. e. 162°51′00″ ş. u.HGYO | |
Akvatoriya | Berinq dənizi |
Ölkə | Rusiya |
|
Yarımadanın relyefi dağlıqdır. Ən hündür nöqtəsi Naçinski dağıdlr (1210 m). Digır zirvələri: Qreben (805 m), Dvoynoy (729 m), Rısar (645 m), Klık (585 m), Tryoxqrannaya (499 m), Şaqayevskaya sopka (387 m), Uval (362 m), Razvilok (285 m). Cənub hissəsində Naçinski silsiləsi yerləşir. Sahillərində dərinlik birdən-birə 3163 metrə qədər enir. Şərq sahilindən 2,5 km aralıda Mancur adası yerləşir.