Oxcu Qalasi - Wikipedia
Oxçu qalası (erməni mənbələrində "Baqaberd") — Qafan rayonunda Oxçuçay və Kığı çaylarının qovuşan yerində Novruzyurd adlı hündür bir təpəliyin üstündədir. Bu qala Zəngəzurun iki zirvəsini — Xustub və Gəzbel dağ zirvələrini bir-birindən ayıran hərbi-strateji baxımdan çox əhəmiyyətli bir mövqedə yerləşmişdir[1]
Oxçu qalası | |
---|---|
39°12′53″ şm. e. 46°16′39″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Yerləşir | Sünik mərzinin Qafan və Qacaran şəhərləri arasında, Oxçuçay və Kığı çaylarının qovuşan yerində, Novruzyurd adlı təpənin üstündə |
Aidiyyatı | Sünik knyazlığı |
Tikilmə tarixi | III-IV əsrlər |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qalanın inşa olunma tarixi VI–VII əsrlərə aid edilir. Oxçu qalası Zəngəzurdakı beş Babək qalasından biridir. Böyük Azərbaycan sərkərdəsinin son döyüşlərindən birinin bu qalada baş verdiyi söylənilir. Qalanın tədqiqi göstərir ki, bu, istehkam xarakterli tikili olmuşdur.
Son vaxtlara kimi Oxçu qalasının 17 bürcü qalmaqda idi. Ümumiyyətlə, qalanın 26–27 bürcü olduğu güman edilir. Qalanın iki tərəfi sıldırım, digər iki tərəfi isə ikiqat hasar divarları vasitəsilə ətraf ərazilərdən ayrılır. Oxçu qalası vulkanik yonulmamış daşlarla, əhəng məhsulu vasitəsilə tikilmişdir. Bu qala ilə üzbəüz Oxçu çayının digər sahilində başqa bir (çox güman ki, keşikçi) qalanın qalıqları vardır.
Oxçu qalası uzun illər Sünikin mərkəzi kimi fəaliyyət göstərmişdir. Qala 1170-ci ildə Səlcuq türkləri tərəfindən alınan zaman dağıdılsa da, sonralar yenidən bərpa olunmuşdur.[2]
Qalereya
redaktəMənbə
redaktə- Ə. Ələkbərli. Qədim Türk-Oğuz yurdu — "Ermənistan", Bakı, 1994, səh.83–88;
- Musa Urud. Zəngəzur. Bakı,2005, səh.93.
- Həmzə Vəli. Babək xürrəmdinin son taleyi. Bakı,1992.
İstinadlar
redaktə- ↑ Həmzə Vəli. Babək xürrəmdinin son taleyi. Bakı, 1992.
- ↑ "Musa Urud, Zəngəzur // Prezident kitabxanasl" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-01-12.