Overkill - Wikipedia
Overkill — ABŞ-nin treş-metal qrupu.
Overkill | |
---|---|
Overkill | |
Əsas məlumatlar | |
Üslub | treş-metal |
Fəaliyyət illəri | 1980—h.h. |
Ölkə | ABŞ |
Şəhər | Nyu-York |
Leybl | Bodog Records |
Heyət |
D.D. Verni Bobby "Blitz" Ellsworth Dave Linsk Derek "The Skull" Tailer Ron Lipnicki |
Keçmiş üzvlər |
Danny LilkerDan Spitz Bobby Qustafson Rob Kannavino Merritt Qant Rat Skeyts |
www.wreckingcrew.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrup haqqında
redaktəTreş-metal janrının nəhənglərindən olan qrup 1980-ci ildə Nyu-Cersidə qurulmuşdur. Əslində punk qrupu The Lubricunts'də çalan D.D Verne (bas gitara) və Rat Skates'in (vurma alətlər) qrupdan getməsi ilə, Verne'nin də yeni qrup axtarmasıyla başladı hər şey. Verne Bobby «Blitz» Ellsworth (əslində bas gitaristtir ancaq Overkill'də vokal olaraq fəaliyyət göstərir) ilə tanış olur və köhnə punk qrupundan bir gitaristi də heyətə daxil etdikdən sonra qrup öz formasını alır. Qrup "Virgin Killer" adı ilə qurulduqdan sonra çox keçmədən adını Motörhead'in LP'sinə verdiyi Overkill adıyla qəti olaraq dəyişdirir.
Uzun bir müddət Ramones, Dead Boys, Motorhead, Judas Priest, Iron Maiden, Riot kimi qrupların mahnılarını cover edirlər. Cover'lər sərt, güclü rifflər üzərinə sıxlaşmışdı bu da thrash metala atdıqları ilk adımlar idi. 1981-ci ildə Dan Spitz (gitara) qrupdan ayrıldıqdan sonra yerinə Bobby'yə yoldaşlıq edəcək Rich Conte (gitara-vokal) gəldi. Conte, Bobby Gustafson (gitara) qədər yaxşı idi. Qrup bu mərhələlərdən sonra cover etməyi buraxıb mahnı bəstələri üzərinə yükləndi və öz bəstələriylə məşğul olmağa başladı. Bunun üçün ilk nümunələr "Grave Robbers", "Overkill" və "Unleash The Beast Within" oldu. Bunlardan sonra "Death Rider" (1981) və "Rotten The Cure" (1982) çıxdı. Eyni il Rich Conte qrupdan ayrıldı, beləcə Bobby Gustafson solo gitara olaraq qaldı. Qrup demo albom hazırlıqlarına başladı və Nyu-Yorkda bir çox barda səhnə aldı. Qrupun yaşıl logosunun hazırlanması o ildə məqsəd digər logolar arasında fərqlənə bilmək idi.
Verne o illərdə vokalist Bobby'yə həyat tərzi ilə əlaqədər «Blitz» ləqəbini vermişdi və o zamandan bəri bu adla yadda qalıb. "The Power In Black" adlı demonu 1983-ci ildə yazdılar və həmin il də çıxartdılar. 4 mahnıdan ibarət olan demoya sonradan «There 's No Tomorrow» adlı mahnı da əlavə edildi. İki il sonra qrup «Feel the Fire» adlı ilk albomunu çıxartdı. Bu albomda demoda yer alan mahnılar təkrardan yazılmışdı, ancaq albom aqressiv thrash ritmlərindən çox heavy elementləri daşıyırdı. Bu albomdan bir mahnıya video klip çəkildi. Bir boşluq yaşayan qrup yeni materiallar çıxartdı və 1987-ci ilə qrupun vurma alətləri ifaçısı Rat qrupdan ayrıldı. Yerinə müvəqqəti olaraq Mark Archibole keçdi, ancaq daha sonra Sid Falck heyətə daxil oldu. Eyni il qrup «Taking Over» adlı ikinci albomlarını satışa çıxardı. Bir il sonra yəni 1988-ci ildə «Under The Influence» hazırlandı. Bu albomdakı "Hello From The Gutter" adlı mahnıya videoklip çəkildi.
1989-cu ildə «The Years Of Decay» albomu çıxdı. Qrupun pərəstişkarları getdikcə artırdı. Bu albomunun «Elimination» adlı mahnısına videoklip çəkildi. 1990-ci ilə gitarist Bobby də qrupu tərk etdi, Rob Cannavino və Merritt Gant, Overkill'in heyətinə daxil oldu. Yeni heyətlə yeni bir albom işinə başlayan qrup 1991-ci ildə «Horrorscope» adlı albomunu hazırladı və bu albom qrupun pərəstişkarları tərəfindən bəyənildi. 1992-ci ildə üzv dəyişikliyi yaşayan qrupa Tim Mallar qatıldı. «I Hear Black» (1993) albomunu çıxaran qrup, bu albomda, eyni zamanda Anthrax və Testament qruplarının prodüseri olan Alex Perialas ilə çalışmışdı.
Albomun ardından Avropa turnesinə qatılan qrup bir il sonra «WFO (Wide Fucking Open)» adlı albomunu Atlantic Records etiketiylə çıxartdı. Albom bərabərində konsert turlarını da gətirmiş oldu. 1995-ci ilin martında «Wrecking Your Neck» adlı 100 dəqiqəlik 2 CD olan konsert albomunu satışa çıxarıldı. "Bastard Nation" adlı mahnıya klip çəkildi. Həmin il Rob Cannavino və Merritt Gant qrupdan ayrıldı; yerlərinə Joe Comeau və Sebastian Marino gəldi. 1999-cu ildə Joe Comeau qrupdan ayrıldı. 1996-cı ildə «The Killing Kind» Judas Priestin də prodüseri olan Chris Tsangarides tərəfindən yazıldı. Bu albom klassik thrash sound'undan əlavə bir çox müasir element və hardcore elementlərini də əhatə edirdi. Bu albomdan sonra iki dəfə Avropa turnesinə qatılan Overkill 1996-ci ilin yayına doğru Judas Priest üçün hazırlanan tribute alboma "Tyrant" adlı mahnını yazdı. 1997-ci ildə isə «From The Underground And Below» adlı albom satışda idi və bu albomdan "Long Time Dyin" adlı mahnıya klip çəkildi. 1998-ci ildə qrupun etdiyi tək şey konsertlərə qatılmaq oldu. O il qatıldığı konsertlərdə Nevermore, Angel Dust və Nocturnal Rites ilə eyni səhnəni paylaşdılar.
1998-ci ildə Overkillin döyünən ürəyi Blitz xərçəng xəstəliyə tutuldu və gedərək aqressivləşdi. Ancaq sonra əməliyyat olub bu xəstəliyin öhdəsindən gəldi. 10-cu studiya albomu üçün işlərə başlayan qrup 1999-cu ilin fevral ayında «Necroshine» adlı uğurlu albomunu çıxartdı. Həmin il "Coverkill" albomu çıxdı. Bu albom adından da aydın olduğu kimi cover mahnılardan ibartə idi. Almaniyada Kanadalı Thrash qrupu Annihilator ilə konsert verən qrup, 2000-ci ildə «Bloodletting» albomunu çıxardaraq azacıq da olsa groove metala yönəldi. Ailəsi ilə daha çox maraqlanmaq istəyən Sebastian Marino qrupdan ayrılır və yerinə Dave Linsk gəlir. 2002-ci ildə ikinci canlı konsert albomları olan «Wrecking Everything» çıxdı. Derek Tailer qrupa daxil olur. Bu albomun ardından təkrar studiyaya girən qrup 2003-cü ilin martında «Killbox 13» adlı albomlarını çıxartdı. 2004-cü il Yaponiya turnesinin ardından yenidən albom işlərinə başlayan qrup 2005-ci ildə «Relixiv» albomu ilə pərəstişkarlarını sevindirdi. Vurma alətlərinin ifaçısı Tim Mallare'nin axırıncı Overkill albomu bu idi. Qrupdan ayrılan Mallare'nin yerinə Ron Lipnicki gəldi. 2007-ci ildə keyfiyyətitirmədən irəliləyən bu Thrash Metal Ataları ilin ən yaxşı sayıla biləcək thrash metal albomlarından olan «Immortalis»-i hazırladı. Təxminən 30-cu ilə yaxınlaşan qrup bir çox üzv dəyişikliyi yaşamış olsa da möhkəm addımlarla irəliləməyi bacarmışdır.
Diskoqrafiya
redaktəStudiya albomları
redaktə- 1985 - Feel the Fire
- 1987 - Taking Over
- 1988 - Under The Influence
- 1989 - The Years of Decay
- 1991 - Horrorscope
- 1993 - I Hear Black
- 1994 - W.F.O.
- 1996 - The Killing Kind
- 1997 - From the Underground and Below
- 1999 - Necroshine
- 2000 - Bloodletting
- 2003 - Killbox 13
- 2005 - ReliXIV
- 2007 - Immortalis
- 2010 - Ironbound
- 2012 - The Electric Age
- 2014 - White Devil Armory
- 2017 - The Grinding Wheel
- 2019 - The Wings of War
- 2023 - Scorched
Konsert albomları (live)
redaktə- 1990 - Hello From the Gutter
- 1995 - Wrecking Your Neck
- 2002 - Wrecking Everything
- 2002 - Extended Versions