Osteoparoz - Wikipedia
Osteoparoz - Haqqında Məlumat
Osteoparoz (yunanca: osteo — sümük, poros-dəlik deməkdir)- skeletin metabolik xəstəliyi olub,sümük toxumasının zədələnməsi, sümüklərin deformasiyası və sınığı ilə nəticələnən xəstəlikdir. Osteoparoz çox geniş yayılmış bir xəstəlik olub, xüsusilə qadınlarda menopauza dövründə daha çox rast gəlinir.Osteoparozun əsas fəsadı kiçik travmalar zamanı belə sınıqların yarana bilmə təhlükəsidir. Osteoparoz zamanı onurğanın sınığı ağır yük qaldırma və bədənin sirkələnməsi zamanı baş verə bilər. Dünyada yaşlı insanların əlilliyinin və ölümünün əsas səbəblərindən biri osteoparoz hesab olunur. 60 yaşdan yuxarı qadınlarda bud sümüyü boynunun sınıqlarının əsas səbəbi osteoparoz göstərilir. Osteoparoza və osteopeniyaya yol açan bir sıra hallar vardır:
- Bədən çəkisin azalması
- Cinsi hormonların az olması
- Oturaq həyat tərzi (2 aydan çox yataq rejimi, əlillər üçün kreslodan istifadə)
- Siqaret, alkoqol və narkotik vasitələrindən istifadə.
- "D" vitamininin çatışmazlığı
- Kalsium mübadilə pozulması
- Qalxanvariətraf vəzin xəstəlikləri[3]
Osteoparoz | |
---|---|
XBT-10-KM | M81.0, M81 |
XBT-9-KM | 733.0[1][2], 733.00[1][2], 733.09[2] |
OMIM | 166710 |
DiseasesDB | 9385 |
MedlinePlus | 000360 |
MeSH | D010024 |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ 1 2 Disease Ontology (ing.). 2016.
- ↑ 1 2 3 Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
- ↑ "OSTEODENSİTOMETRİYA". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.