Ordubad Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Ordubad Tarix Diyarşünaslıq Muzeyi - Bu muzey məşhur Qeysəriyyə memarlıq abidəsi olmuşdur. [1]
Ordubad Tarix Diyarşünaslıq Muzeyi | |
---|---|
Ordubad Tarix Diyarşünaslıq Muzeyi | |
Əsası qoyulub | 1986 |
Mövzu | Tarix |
Yerləşir | Ünvan: Ordubad rayonu, Ordubad şəhəri, Heydər Əliyev prospekti |
Kolleksiyası | 4000 eksponat |
Muzey binası
redaktəQeysəriyyə Ordubad şəhərində XVII əsrə aid ölkə əhəmiyyətli Azərbaycan memarlıq abidəsidir. Ordubad şəhərinin mərkəzində yerləşir. Ümumi sahəsi 540 kv m-dir. [2]
Muzey binasının memarlıq xüsusiyyətləri
redaktəAbidə 10x10 m olan mərkəzi səkkizbucaqlı zaldan və onun üzərini qapayan dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan və dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən (eni 3,4 m) ibarətdir. Dayağın divarlarındakı taxçaların ölçüləri 1,4x1, 45x2,2 m-dir. Dayaq taxçalarından fərqli olaraq kənar divar taxçaları çatmatağ konstruksiyalı olub ölçüsü 3,4x1, 37x3 m-dir. Keçidlərin tavanı 16 ədəd kiçik günbəzlərlə qapanıb. Abidə bişmiş kərpicdən inşa olunmuş, divarının qalınlığı 80 sm-dir. Abidənin mərkəzi, günbəzi də daxil olmaqla, ümumi hündürlüyü 8,5 m-dir. [3]
Qeysəriyyə binası
redaktə- Qeysəriyyə sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı deməkdir. Belə tikililərə dünyanın üç yerində rast gəlmək olar: Səmərqənd, Təbriz və Ordubad şəhərlərində. Hazırda ən görkəmlisi və abadı Ordubaddakıdır.
- Sonrakı dövrlərdə bu abidədən “Zorxana” kimi istifadə edilmişdir. Belə ki, zalının döşəməsi nisbətən binanın döşəməsindən aşağılıq olduğu üçün döşək əvəzinə dağlardan yığılmış gəvən kollarını buraya doldurub üstünə narın torpaq tökərmişlər. İrandan, Türkiyədən, Həmədandan və başqa yerlərdən gələn pəhləvanlar burada öz güclərini sınayarmışlar. Kim qalib gəlirdisə, hücrələrdə əyləşən xandan mükafat kimi bir kisə qızıl alarmış.
- XIX əsrin ortalarına yaxın Ordubadda yaradılmış “Əncüməni-şüəra” ədəbi məclisinin yığıncaqları burda keçirilirdi. Belə ki, “Əncüməni-şüəra” ədəbi məclisinin üzvləri Hacıağa Fəqir Ordubadi, Məhəmməd Tağı Sidqi, Qüdsi Vənəndi, Aşıq Abbas Dəhri, Usta Zeynal Nəqqaş, Hacı Əhməd Bikəs və başqaları bu binaya yığışıb öz yazdıqları əsərləri oxuyaraq kimi daha güclü yazdığını bəyan edərmişlər.
- Qeysəriyyə binası çar Rusiyasının hakimiyyəti dövründə üçtürləngəli feldşer Qasımın və pinəçi İbrahimin babaları və dayıları tərəfindən qızıl pulla alınaraq ipək sarıyan sexə çevrilmişdir.
- Sovet hakimiyyəti dövründə binanın bir tərəfi mağaza və anbar, digər tərəfi isə aşxana kimi istifadə edilmişdir.
- 1978-ci ildə ordubadlı memar Zakir Haşım oğlu Babyev tərəfindən abidə yenidən bərpa edilmişdir.
- Qeysəriyyə binası 1981-ci ildən Ordubad rayon Tarix-Diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərir. [4]
Muzey bərpası
redaktə14 yanvar 2011-ci il tarixdə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi Qeysəriyyə tarixi abidəsinin bərpa işlərindən sonra açılışı olub. [5]. Açılış tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycanın incisi olan Ordubadda tarixi abidələr bərpa olunur, onların gələcək nəsillərə çatdırılması təmin edilir. Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”. [6]
Muzey eksponatları
redaktə150 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4000-dən artıq eksponat qorunub saxlanılır. Ən qədim eksponat bizim eramızdan əvvəl II-I minilliyə aid Gəmiqaya qranit daşları, 32 ədəd Quran cüzvələri əl ilə yazılıb. Burada qədim numizmatika, pul nümunələri var. Daş üzərində gənc qızın simasında naxışlarla Qulfu-Allah yazılmış Bir eksponat diqqəti cəlb edir. Uşaqların yerini islatmaması üçün xüsusi qabı olan beşik, tüstünü qovan ən iri kürə də məhz bu muzeydədir. Burada həmçinin Zınqırovlu sandıq vardır. Ordubadın varlı təbəqəsindən olan Ərbab adlı şəxs qiymətli əşyalarını saxlamaq üçün onu Fransadan gətizdirib. Muzeydə varlı Ərbaba məxsus bir neçə eksponat qorunub saxlanılır. İri kəfkirli saat da məhz onun şəxsi istifadəsində olub. Hər dəfə saat vuranda, onun səsi Cənubi Azərbaycanın Siyalı kəndinə qədər gedib çıxıb. [7]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "Tarix və diyarşünaslıq muzeyləri - yaşayan tariximizin təkrarsız ünvanı..." anl.az. İstifadə tarixi: 16.02.2021.
- "Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə sakinlər tərəfindən yeni eksponatlar təqdim olunub". www.serqqapisi.az. İstifadə tarixi: 16.02.2021.
- "Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə sakinlər tərəfindən 50-dən çox eksponat təqdim olunub". naxcivanxeberleri.com. İstifadə tarixi: 16.02.2021.
Mənbə
redaktə- Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, 2008, səh. 267-269
- Muzeylər Arxivləşdirilib 2010-09-26 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ "Ordubad rayon Tarix-Diyarşünaslıq Muzeyi". kataloq.gomap.az. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.02.2021.
- ↑ "Ordubad Tarix-diyarşünaslıq muzeyi nadir eksponatları ilə seçilir". salamnews.org. 2015-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.02.2021.
- ↑ "Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində tədbir olub". nuhcixan.az. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.02.2021.
- ↑ "Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə yeni eksponatlar təqdim olunub". naxcivantv.az. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.02.2021.
- ↑ "Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi Qeysəriyyə tarixi abidəsi bərpa olunmuşdur". old.xalqqazeti.com. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.02.2021.
- ↑ "Muzey binası". ordubad.ucoz.com. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.02.2021.
- ↑ "Sakinlər Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə 50-dən çox eksponat təqdim ediblər". azertag.az. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.02.2021.