Ordubad Dovlet Tebiet Yasaqligi - Wikipedia
Ordubad_Dövlət_Təbiət_Yasaqlığı - Haqqında Məlumat
Ordubad Dövlət Təbiət Yasaqlığı – 1969-cu ilin iyulunda Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131 hektar sahəsi Milli Park elan edilmişdir. Milli Parka akademik Həsən Əliyevin adı verilmişdir. Hal-hazırda yasaqlığın ərazisi 27869 hektardır. Yasaqlığın yaradılmasında məqsəd ərazidəki nadir və qiymətli heyvanları qoruyub artırmaqdır.
Ərazidə bezoar keçisi, köpgər, daş dələsi, canavar, çaqqal, tülkü və s. məməli heyvan novlərinə, turac, qırqovul, kəklik, bildirçin, alabaxta və s. quş növlərinə rast gəlinir.[1]
Mənbə
redaktə- ↑ "Dövlət Təbiət Yasaqlığı". 2010-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-02.