Ordu - Wikipedia
Ordu — dövlətin silahlı qüvvələrinin əsas hissəsi; məsələn, Azərbaycan Milli Ordusu, müdafiə ordusu, hücum ordusu, ekspedisiya ordusu və s. Ordu, bir dövlətin silahlı qüvvələrinin bütünü ya da hər hansı bir hərbi qüvvənin ən böyük birliyi. Ordular 4 elə 6 korpuslardan meydana gələr. Günümüz orduları əksəriyyətlə ən az general rütbəsinə sahib hərbçilər tərəfindən idarə edilir. Ordunun vəzifəsi dövlətə qarşı gələcək daxili və xarici təhdidlərdən müdafiə etməkdir. Buna qarşı indiki vaxtda və ya keçmişdə müxtəlif ölkələrdə ordunun rəhbərliyə əl qoyması da görülmüşdür.
Vahid | Heyət | Rəhbər |
---|---|---|
Tim | 4 | Kiçik çavuş Çavuş Baş çavuş Birinci dərəcəli starşina İkinci dərəcəli starşina Üçüncü dərəcəli starşina |
Manqa | 8-13 | Kiçik gizir Gizir Baş gizir Kiçik miçman Miçman Baş miçman |
Taqım | 25-26 | Kiçik leytenant Leytenant Baş leytenant |
Bölük | 80-225 | Baş leytenant Kapitan (hərbi rütbə) Kapitan-leytenant |
Tabor | 300-1300 | Kapitan (hərbi rütbə) Mayor Polkovnik-leytenant Üçüncü dərəcəli kapitan |
Alay | 1300-3000 | Polkovnik-leytenant Polkovnik İkinci dərəcəli kapitan |
Briqada | 3000-5000 | Polkovnik General-mayor Kontr-admiral |
Diviziya | 10000-15000 | General-mayor Kontr-admiral |
Korpus | 20000-45000 | General-leytenant Vitse-admiral |
Ordu | 80000-200000 | General-polkovnik Admiral |
Ordu qrupu | 400,000–1,000,000 | Dörd ulduzlu general/Admiral/Marşal/Böyük Admiral |
Ordu, üç hissədən meydana gələr: Quru Qüvvələri, Dəniz Qüvvələri və Hava Qüvvələri. Bəzi ölkələrdə bu üç hissəyə əlavə olaraq Sahil Mühafizə, Daxili Qüvvələr, Dəniz Piyadaları, Kosmik Qüvvələri, Dəniz Hava Qüvvələri, Havadan Müdafiə Qüvvələri, Xüsusi Qüvvələr, Hərbi Kəşfiyyat, Topçu Qüvvələri, Raket Qüvvələri, Mərmi Qüvvələri və Hərbi Tibb Xidməti kimi alt hissələr də orduların tabeçiliyində vardır. Bəzi ölkələr isə öz silahlı qüvvələrinə içində Quru Qüvvələri, Hava Qüvvələri, Dəniz Qüvvələri vs. qüvvələr olmasına baxmayaraq "silahlı qüvvələr" adı yerinə "ordu" adını verər (Məs: Çin Xalq Ordusu, Vyetnam Xalq Ordusu kimi). Bəzi ölkələr isə Quru qüvvələrini silahlı qüvvələrin ana və baş ordusu olaraq qəbul edər və Quru qüvvələrinin bayrağını və ya emblemi silahlı qüvvələrin emblemi edər. Eləcədə ordunun ən yüksək ali vəzifəsi General Palkovnikdir.
Etimologiya
redaktəAzərbaycan dilindəki "ordu" sözü qədim türkcə "qərargah, saray" mənasını daşıyan "ordu və ya "ordo" sözündən əmələ gəlmişdir. Bu söz monqolca "ordu" sözü ilə sinonimdir və eyni məna daşıyır. Əvvəlcə "imarət, qərargah" mənasını versə də, XIII əsrdən sonra ərəbcə olan "əsgər" sözünün qarşılığı kimi istifadə edilmişdir.[1] XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə ləşkər (لشکر) adlandırılmışdır.[2] Bu söz fars mənşəlidir.[3]
İstinadlar
redaktə- ↑ "ordu". Nişanyan Sözlük. 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
- ↑ Султан-Меджид Ганиев, Русско-татарский словарь, Баку, 1909
- ↑ MacKenzie, D. N. (1971), “laškar”, in , London, New York, Toronto: Oxford University Press
Hərb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |